Kənd Təsərrüfatının Inkişafı və Kreditləşməsi Layihəsinin



Yüklə 267,79 Kb.
səhifə8/8
tarix10.06.2018
ölçüsü267,79 Kb.
#53215
1   2   3   4   5   6   7   8

6.3 Problemli Borclular

Aşağıdakılar problemli borclular hesab edilir:




  • Birgə borclu faiz və əsas məbləğ üzrə borcunu ödəmə tarixindən 30 gün ərzində həmin borcu ödəməzsə;

  • Birgə borclunun faiz və əsas məbləğ üzrə borcu 30 (otuz) manatdan artıq olarsa;

  • Birgə Borclular öhdəliyin icrasında birgə məsuliyyət daşıdıqlarına görə onlardan biri borcunu ödəmədiyi təqdirdə, öhdəlik tam icra edilənədək qalan borcluların da Problemli Borclular kimi hesab edilməsi.

Problemli borclulara aid edilmiş Birgə borcluların növbəti kredit müraciətləri qəbul olunmur.


Problemli borclulara aid edilmiş Birgə borclular sonradan borclarını tam ödədikləri təqdirdə, onlar Kİ-yə üzv ola bilər.

Əlavə 1. Monitorinq Sistemi
Monitorinq sistemi aşağıdakı məqsədlərə nail olmaq üçün yaradılacaq:



  • BB üzvlərinə verilmiş kredit məhsuldar təyinatla istifadə olunur

  • İKA tərəfindən maliyyələşdirilən BB qruplarının fəaliyyətinə aid məhsuldarlığın, istehsalın və mənfəətliliyin hansı həcmdə artmasını qiymətləndirmək.

  • Planlaşdırılma prosesində nəzərdə tutulduğu kimi fəaliyyətin uğurla həyata keçirilməsində borcalanların üzləşdiyi problemləri başa düşmək və müəyyən edilmiş problemlərin həllini axtarmaq.

  • Qarşısını almaq məqsədilə müvafiq tədbirlər görmək üçün meydana çıxan risk faktorunu müəyyənləşdirmək və kreditin faizlə qaytarılmasına mənfi təsir edə biləcək ilkin xəbərdarlıq siqnallarını hiss etmək.

  • Monitorinq sisteminin yuxarıda qeyd edilmiş xalis təsiri İKA-i krediti faiz ilə birlikdə vaxtında qaytarması/kredit itkilərinin qarşısını almasına qabil edə bilər

Və 2 səviyyədə həyata keçirilməlidir:




  • Birgə Borclular qrupu tərəfindən

  • İKA tərəfindən

Monitorinq sisteminin yuxarıda qeyd edilmiş məqsədlərinə nail olmaq üçün BB qrupu aşağıdakıların müsbət təsirini/cavabını müzakirə etmək və təmin etmək məqsədilə ayda bir dəfə üzvlərlə görüş nəzərdə tuta bilər:




  • Müəyyən edildiyi kimi, sanksiyası verilmiş kredit nə cari borcların ödənilməsi, nə də keçmişdə kənd sektorunda olan torpağın/əmlakın alınması üçün deyil, yalnız istehsal məqsədilə istifadə olunmalıdır.

  • Kreditin alındığı müddətdə BB üzvü hər hansı iri/xırda buynuzlu heyvanın artımı/itkisi, ümumi əmlakda hər hansı digər münasib dəyişikliklər barədə BB qrupuna vaxtaşırı məlumat verməlidir. Əgər BB qrupu borcalana hər hansı iri/xırda buynuzlu heyvanı satmağa/bağışlamağa icazə versə, satışdan gələn gəlir dərhal iki gün içərisində borcalanın kredit hesabına köçürülməlidir

  • Borcalanlar istehsala/dövriyyəyə fəaliyyətlərin satış və gəlirlərinə birbaşa təsir baxımından müxtəlif fəaliyyətlərin həyata keçirilməsi üzrə öz təcrübələrini paylaşa bilər. Kreditin faizlə birlikdə vaxtında geri ödənilməsi üzrə müsbət/mənfi təsirin qeyd edilməsi arzu olunandır.

  • Istehsal vasitələri üzrə qiymətlərin qeyri normal artımı, istehsalın və heyvandarlıq məhsullarının qiymətləri daima izlənməlidir.

  • Üzvlər istehsal vasitələrinin tədarükünü və həmçinin topdansatışçılar tərəfindən məhsulların satışının təşkilini və xərclərin azaldılması üçün hətta dövlət (ictimai) nəqliyyatından istifadəni nəzərdə tuta bilərlər

  • BB qrupu heyvandarlığı artırmaq üçün elmi metodların tətbiq edilməsində üzvlərini təlimləndirmək məqsədilə məsləhətçiləri dəvət edə bilərlər. Bu təlim borcalanları istehsal xərclərini azaltmağa, məhsuldarlığı artırmağa və məhsullarını müvafiq bazar qiymətlərində satılması üçün məhsulların keyfiyyətini artırmağa qabil edəcəkdir, bu da üzvlərin gəlirlərinin artması ilə nəticələnəcək. Ətraf mühitə təhlükəli təsiri azaltmaq üçün aqro-kimyəvi maddələrin və pestisidlərin istifadə olunması təlimdə nəzərə alınmalıdır.

RN-in rolu BB-nin inkişafını izləmək və səhv istiqamətdə inkişaf olduğu hallarda, BB qrupu iclaslarında müəyyən edilmiş potensial problemli kreditlər barədə üzvlərə məsləhət verməkdir.


İKA AMB qaydalarında müəyyən edilmiş öz fəaliyyətlərini əhatə edən prosedurları izləyərək BB qruplarının maliyyə vəziyyətini monitorinq edəcək.

Əlavə 2.BB-nin Regional Kredit Fəaliyyətində İş və Funksiyaların Koordinasiyası



Monitorinq şöbəsi:


  • Regionlar üzrə hazırlanmış bütün hesabatları, kredit müraciət formalarını təsdiq etmək;

  • Verilən məlumatın İKA rəhbərliyinin tələb etdiyi formata uyğun olmasını təmin etmək;

  • RN-dən kredit müraciət formalarını, hesabatlar və s-ni toplamaq;

  • Kredit müraciəti və kredit qiymətləndirməsi üçün müəyyən olunmuş meyarlara uyğun olaraq kredit müraciətlərinin daxil olması və qeydiyyatdan keçməsinə nəzarət;

  • Natamam kredit müraciət formalarını RN-ə qaytarmaq;

  • Kreditin vaxtında qaytarılmaması ilə əlaqədar proseduralara əməl etmək, kredit itkilərinin azaldılması üçün ehtiyat tədbirlər görmək;

  • Azərbaycanda mikro kredit bazarını izləmək, mövcud hüquqi, inzibati və əməliyyat şərtlərinə görə İdarə Heyəti sədrinə vaxtaşırı olaraq hesabat vermək;



Regional Nümayəndə (RN)


  • Regionda BB-nin yaradılması prosesində iştirak etmək;

  • BB-nin kredit müraciət formasının hazırlandığı iclasında iştirak etmək;

  • BB və İKA arasında əlaqə yaratmaq;

  • Regionda BB-ləri monitorinq etmək;

  • Regiondakı iş barədə hesabat və planlar hazırlamaq;

  • Borclunu krediti vaxtında qaytarmağa sövq etmək;

  • İKA-nın hazırladığı təlim paketi və təlimatlara əsasən BB-ni yerlərdə təlimləndirmək;

  • İKA-nın fəaliyyətinin sürətli və səmərəli icrası üçün kənd icra nümayəndələri, rayon torpaq komitələri, Kənd Təsərrüfatı Nazirliyinin texniki şöbələri, notariat orqanları, sığorta təşkilatları, yerli bank ofisləri, məlumat məsləhət xidmətləri mərkəzi, Su İstifadəçiləri Assosiasiyası, Baytarlıq Xidmətləri və s kimi yerli təşkilatlar ilə səmərəli münasibətlər qurmaq;

  • BB-yə kredit verilməsi prosesində iştirak etmək;

  • BB-nin kreditin qaytarılması iclasında iştirak etmək,

  • Nağd pul əməliyyatları və BB-nin qaytardığı kreditin İKA-nın bank hesabına köçürülməsi daxil olmaqla, lakin bununla məhdudlaşmamaqla kreditin qaytarılması prosedurasının idarə olunması;

  • Fəsil 7.2-də göstərildiyi kimi kreditin qaytarılmaması ilə əlaqədar proseduraların icra olunması;

  • BB üçün kreditin müəyyən olunması forması- Kredit forması 3-ün hazırlanması.



Əlavə 3. BB üzrə Kreditin Qiymətləndirilməsi



Ön söz
Bu əlavə BB-nin üzvlərinə veriləcək kreditin qiymətləndirilməsi prosesini başa düşmək təlimin tərkib hissəsidir.
BB-nin görəcəyi bu iş üzvlərin seçiminin, BB kredit müraciətindəki (Forma 2) məbləğin münasibliyinə əmin olmaq üçün çox vacibdir.
BB daimi təşkilat olmadığından üzvlərin BB vasitəsilə İKA-dan bir neçə “dövrə” kredit alması gözlənilir. Bəzi BB üzvlərinin öz seçimləri və daha böyük məbləğdə kredit tələbləri gözlənildiyindən onlar BB-dən çıxa və Kredit İttifaqlarına üzv ola bilərlər.
Kredit Müraciətini hazırlayarkən, BB Kreditin Qiymətləndirilməsi Prosesində aşağıdakı mühüm məsələləri nəzərə alacaq:

    • Üzv kredit almaq üçün İKA-nın meyarlarına uyğundurmu, digər üzvlər təklif olunan kreditə görə birgə zəmanəti qəbul etmək istəyirlərmi;

    • Kredit nə üçün tələb olunur, üzv krediti səmərəli istifadə və idarə edə biləcəkmi?

    • Üzv özünün mövcud ödəmə qabiliyyəti ilə krediti vaxtında qaytara bilərmi?

    • Kreditin məqsədinin ətraf mühitə təsiri varmı?



Borcalanın Müvafiqliyi:
Borcalanın və layihənin düzgün seçilməsi kreditin qiymətləndirilməsi qədər vacibdir. Bu səbəbdən də, maliyyə riskinə təsiri olan və BB qrupu tərəfindən razılaşdırılan və İKA tərəfindən şərtləndirilən müvafiqlik kriteriyalarının borcalan tərəfindən yerinə yetirilməsi düzgün və dəqiq qurulmalıdır.
Müvafiqlik meyarları aşağıdakılardır:


  • Eyni ailə təsərrüfatından yalnız bir üzv BB üzvü ola bilər;

  • Şəxsiyyəti təsdiq edən etibarlı sənədin olması;

  • Üzvlüyün digər bütün BB üzvləri tərəfindən qəbul edilməsi;

  • Birgə zəmanət [birgə və müştərək məsuliyyət] əsasında borcu geri qaytarmaq istəyi.

BB özünün seçki proseduralarında üzvlərdə aşağıdakı keyfiyyətlərin olmasına əmin olmalıdır:




  • BB-yə hər hansı məlumatı düzgün olaraq çatdırmaq və BB-nin bütün qaydalarına əməl etmək istəyi;

  • Doğruçuluq və çalışqanlıqla əlaqədar inam;


İKA-dan kredit almaq üçün müvafiqlik meyarları:


  • Heç bir BB üzvünün ödənilməmiş borcu ola bilməz;

  • Bir üzv birdən artıq BB-yə üzv ola bilməz və BB üzvü İKA-nın maliyyələşdirdiyi hər hansı bir KI-dən kredit ala bilməz.


BB iclası zamanı, BB/RN BB üzvlərindən soruşa bilərlər ki, onlar indi kredit tələb etdikləri fəaliyyəti keçmişdə necə maliyyələşdiriblər? Cavablar: (a) borc almaq (b) öz məhdud mənbələrindən və (c) başqaları ola bilər. Əgər borc alınmışsa, borcalma şərtləri üzrə növbəti araşdırmalar, borcun necə ödənilməsi və borcun ləğv edilməsi üçün maliyyə mənbəyi cari maliyyə məsuliyyətini işıqlandıracaq. Digər üzvlər isə həmçinin hər şeylə maraqlana bilər və üzvlərin kredit ödəmə bacarıqlarını və tamlığını qurmaq üçün bəzi məlumatları təmin edə bilərlər.
Kredit nə üçün tələb olunur, üzv krediti səmərəli istifadə və idarə edə biləcəkmi?
Kredit tələbi:
Kredit tələbi real olmalıdır, ehtiyaca əsaslanmalı və borcalanın məşğul olduğu fəaliyyətin dövriyyə kapitalına olan tələblərini qarşılamaq üçün düzgün qiymətləndirilməlidir. Kredit təlabatı borcalanın məşğul olduğu təsərrüfat/qeyri-təsərrüfat bölməsində sub-kredit layihəsinin növü nəzərə alınmaqla qiymətləndirilməlidir.
Hər hansı biznes üçün kredit təlabatı əsasən fəaliyyətin təkrarlanan xərclər strukturunu təqdim edir, buraya istehsal vasitələrin/xammalın xərci, əmək ödənişləri; icarə üzrə xərclər, sığorta, vergilər, marketinq, nəqliyyat, kommunikasiya və s daxildir. Hər xərc bəndi üzrə vahidlər və üstünlük təşkil edən bazar qiymətləri nəzərə alınmaqla, xərclər ədalətli qiymətləndirilməlidir.
RN-nin üzvlər ilə keçən ilki fəaliyyət üzrə xərclər, qiymətlər, istehsal, gəlir haqqında təfsilatlı müzakirələri üzvlərin cari və keçmiş fəaliyyəti barədə yaxşı təsəvvür yaradacaq. Digər üzvlər tərəfindən tələb olunan kredit məbləğinin müxtəlifliyi borcalanların fəaliyyətinin həcmi və onların malik olduqları maliyyə resursları baxımından kredit təlabatlarını düzgün başa düşməyə imkan verəcəkdir.
BB üzvləri öz iqtisadi fəaliyyətlərini ənənəvi yolla idarə edərək davam etdirmək üçün kreditin müvafiq məbləği nəzərə alına bilər. Eyni zamanda, təsərrüfat və heyvandarlıq sektorunda cari texnoloji inkişaf və qeyri təsərrüfat sektorunda iqtisadiyyatın bazar orientasiyası məhsuldarlığı, istehsalı, təsərrüfat/qeyri təsərrüfat biznesinin mənfəətliliyini və dövriyyəsini artırmaq üçün yeni imkanlar verir. Bu səbəbdən də, qısa müddətli kreditlər verilməklə üzvlər bu sektorlarda mümkün potensialı aşkar etməyə həvəsləndirilə bilərlər. Potensialın aşkarlanması üçün kredit təlabatı müvafiq dərəcədə qiymətləndirilməlidir və tələblərə cavab verən kredit BB üzvlərinə təmin edilməlidir. Xüsusilə bu məqsədlə tərtib edilmiş Forma 2 davam etdirilən fəaliyyətlər və çəkiləcək xərclər baxımından onların ehtiyaca əsaslanan kreditlərini qiymətləndirməkdə yardım edəcək.
Texniki –iqtisadi əsaslandırma:
Kredit ilə yardım göstəriləcək fəaliyyətlər texniki-iqtisadi cəhətdən əsaslı olmalıdır ki, borcalan sahə səviyyəsində fəaliyyətini düzgün həyata keçirə bilsin və gözlənilən istehsal/məhsul/dövriyyə və gəliri əldə etsin. Fəaliyyətin, vasitələrin/xidmətlərin texniki iqtisadi əsaslandırmasını təmin etmək üçün aşağıdakılar təmin olunmalıdır.


    • Müvafiq infrastruktur

    • İnformasiya və məsləhət xidmətləri yayımı

    • Nəqliyyat və kommunikasiya xidmətləri

    • BB/RN üzvlər ilə keçən bir neçə il ərzində onların qarşılaşdığı problemləri və hər biri fərdi olaraq bu fəaliyyət zamanı onların öhdəsindən necə gəldiklərini müzakirə edə bilər. Onlar kredit ilə yardım olunmuş fəaliyyətlərin həyata keçirilməsi zamanı bu və ya digər problemlərin ola biləcəyinə inanırmı? Əgər belədirsə, üzvlər BB qrupu halında onları necə həll edəcək? Bu, onlara kreditin yardımı ilə həyata keçiriləcək fəaliyyətin texniki iqtisadi əsaslandırılması üzrə aspektlərdə olan bəzi çatışmamazlıqları qiymətləndiməyə imkan verəcək.



Maliyyə cəhətdən dayanıqlılıq:

Kredit ilə yardım olunmuş fəaliyyətlər maliyyə cəhətdən dayanıqlı olmalıdır ki, borcalanlar istehsal xərclərini qarşıladıqdan sonra kredit üzrə faiz daxil olmaqla krediti ödəmək üçün kifayət qədər gəlir əldə etmiş olsunlar və ailə xərcləri üçün qənaətbəxş məbləğ də qalsın. Bu səbəbdən də, istehsal vasitələri xərcləri, məhsulun qiymətləri və gözlənilən gəlir real olmalıdır və cari bazar vəziyyətini əks etdirməlidir. Forma 2 (Borcalanın Kredit Müraciəti) xüsusi kredit fəaliyyəti altında xərclər və gəlir üzrə borcalan haqqında anlayış ilə təmin edir


Fərdi borcalan:
Borcalanın doğruçuluğunun, əməksevərliyinin, ailə xərclərinin, likvidlik vəziyyətinin, İKA-ya borcun qaytarılması istiqamətində məlumatlılığı və öhdəliyi, mənəvi və etik qiymətlərinin və s. maliyyə riskinə əhəmiyyətli dərəcədə təsiri vardır.
Aşağıdakılar baxımından borcalanın Kredit Müraciət Formasında məlumatların araşdırılması

    • Mümkün halları qarşılamaq üçün ailə xərcləri də daxil olmaqla, ümumi ailə gəliri (Forma 2) cəmi xərclərdən yüksəkdirmi. Cəmi xərclərə faiz ilə kredit məbləği daxil olduğundan (dövriyyə kapitalı xərclərini qarşılamaq üçün), normal şərtlər altında hər hansı maliyyə riski olmamalıdır. Bəzi hallarda, il ərzində yaranmış gəlirdən istifadə etməklə borcalanlar tərəfindən sosial mərasimləri və gözlənilməz xərcləri qarşılamaq üçün istifadə oluna bilər. Maliyyə dayanıqlılığı üzrə müzakirələr zamanı BB bu faktoru müəyyən edə bilər.




    • Kredit məbləğinin faizi kimi əmlakın xalis dəyəri. Forma 2-də bu baxımdan verimiş göstəricilər təmin edilmişdir. Bunlar əmlakın xalis dəyərinin verilmiş kredit məbləğindən hansı həcmdə artıq olduğunu hesablamaq üçün istifadə oluna bilər. Üzvə əmlakın digərinə verməsinə icazə verilməsə və kreditin ödənilməsi müddətində bu əmlakların xalis dəyəri saxlanılsa risk idarə edilə bilər. Aylıq BB qrupu iclasları keçirilməklə bu faktor BB /RN tərəfindən müntəzəm monitorinq olunmalıdır.



Üzv mövcud ödəmə qabiliyyəti ilə krediti vaxtında qaytara bilərmi?



Ödəniş Cədvəli:

Kreditin ödənilməsi müddətində gəlirin yaranması nəzərə alınmaqla, verilmiş kreditin məbləğini və üzvlər tərəfindən nə zaman geri ödəniləcəyini göstərən ödəniş cədvəli tərtib edilməlidir. Mikro-maliyyə proqramı altında borcalanlar kreditin geri ödənilməsi müddətində istehsal fəaliyyətlərinin müxtəlif növləri üzrə xərcləri qarşılamaq istərdilər. Kreditin geri ödənilməsi üzrə bu mühüm aspekti üzvlərin diqqətinə çatdırmaq BB /İKA-ya kreditlərin vaxtında qaytarılmasını təmin etmək üçün böyük kömək edəcəkdir. Üzvlərin faizi aylıq əsasda ödəmələrinə və krediti bir dəfədən artıq müddətə ödəmələrinə inandırmaq yaxşı olardı, belə ki, o faktı nəzərə alsaq ki, üzvlər bir dəfəyə tam krediti faiz ilə ödəməyə qabil olmaya bilərlər və ola bilsin ki, bəzi fəaliyyətlərdən hər ay gəlir əldə etmək mümkündür və əgər toplanmasa digər məqsədlərlə xərclənə bilər. Həmçinin üzvlərə aylıq əmanət vərdişləri aşılana bilər, bu da problemi çox yaxşı həll etməkdə yardım edə bilər.

İdarəetmə bacarığı:

Kredit üçün müvafiq BB üzvlərinin kredit tələb etdikləri fəaliyyət üzrə ən azı bir il təcrübəyə malik olmaları mühümdür. Müvafiq olaraq, fəaliyyəti həyata keçirmək üçün onların bəzi bacarıqlara/təcrübəyə malik olmaları gözlənilir və onların fəaliyyətdən gəlir qazanmaq uğurları BB/RN-i onların bacarıqlarını qiymətləndirməkdə istiqamətləndirəcəkdir. BB /RN keçmişdə bu fəaliyyətlərin idarəedilməsində hər bir üzvün təcrübəsini və üzvlər öz bacarıqlarını necə artırmaq istədikləri/hiss etdikləri haqqda fikirləri paylaşmaq istəyə bilər. Təsərrüfat və qeyri təsərrüfat sektoru altında fəaliyyətlərdən gəlirlərini artırmaq üçün üzvlər hər hansı təlim alıblarmı. Bu təlimlər onlara gəlirlərini artıqmaqda kömək edibmi və edibsə hansı həcmdə olmuşdur.


Kreditin təyinatının ətraf mühitə təsiri varmı?
Fəaliyyətdə ətraf muhitə qayğı nəzərə alınmalıdır və ətraf mühiti korlayan təsir elementi olmamalıdır. Layihə üzrə fəaliyyət ətraf mühitə hər hansı mənfi təsiri olmadığı təqdirdə, tədbirlərin görülməsi ətraf muhitə qayğı göstərilməsində yardım edəcəkdir. Buraya aşağıdakılar daxildir:


    • Ziyanvericilərə qarşı Birgə Mübarizə Tədbirləri, xüsusilə də pambıqçılıqda üzünbürün böcəyinə qarşı bioloji nəzarət tədbirləri üzrə təlimləndirmə və məsləhətlərin verilməsi

    • Gübrələrdən və aqro-kimyəvi preparatlardan istifadə üzrə təlimləndirmə.

    • Aqro-kimyəvi preparatlardan düzgün istifadə üzrə məlumat vərəqələrinin və digər materialların tərtib edilməsi həyata keçirilə bilər. BB qrupuna yalnız tövsiyyə olunan kimyəvi gübrələrdən və pestisidlərdən istifadə etmək üzrə yardım edilə bilər.



Əlavə 4. BB Kredit Formalarının Nümunəsi



1 Kredit qovluğu BB üçündür.

4 Kənd icra nümayəndəsi aşağıdakıları təsdiq etmək üçün kredit müraciət formasını imzalayır və möhür vurur:

  • Kənd icra nümayəndəsi kənd əhalisi arasında BB üzvlərinin qeydiyyatını təsdiq edir, qeydiyyat kitabında hər bir ailənin malik olduğu əmlakı qeydiyyata alır, bununla əhalinin malik olduğu əmlak barədə məlumatı olur.

  • Kənd icra nümayəndəsinin BB üzvlərinin kənd təsərrüfatı və ya sahibkarlıqla məşğul olması, eyni və ya müxtəlif ünvanlarda yaşamaları barədə məlumatı olur.



5 Kredit müqaviləsi əsasında sifarişçinin aldığı məbləğin yazılı formada təsdiqi

3 Daha ətraflı məlumat üçün Kreditin qiymətləndirilməsi Əlavə 3-ə bax.

4 RN, Kredit Komitəsi və İdarə Heyəti

5 Müvafiqlik meyarı paraqraf 3.1-də təsvir olunub.


6 Kredit qiymətləndirilməsi üçün Əlavə 3-ə, kredit formaları üçün Əlavə 4-ə baxın.


2 Vaxtında qaytarılmayan kreditlərin idarə edilməsi Mühasibatlıq Proseduraları Təlimatında verilib.

3 Həmkarlarının təzyiqi ilə borclu krediti qaytarmağa məcbur edilməlidir. BB üzvləri ilkin olaraq borcunu kredit müqaviləsinə əsasən qaytarmayan borcludan borcunu qaytarmağı xahiş edirlər. Daha sonra, BB-yə İKA-dan kredit almağa icazə verilməyəcək, nəhayət borc qaytarılmayancaya qədər BB üzvlərinə hər hansı digər BB və/və ya Kİ-yə üzv olmağa imkan verilməyəcək.

Yüklə 267,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin