Kənd Təsərrüfatının Inkişafı və Kreditləşməsi Layihəsinin



Yüklə 267,79 Kb.
səhifə1/8
tarix10.06.2018
ölçüsü267,79 Kb.
#53215
  1   2   3   4   5   6   7   8

BİRGƏ BORCLULARA KREDİT VERİLMƏSİNƏ DAİR

KREDİT TƏLİMATI

İCRAÇI KREDİT AGENTLİYİ”

Səhifə: - -







“Təsdiq edilmişdir”
“İcraçı Kredit Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyət

Bank olmayan Kredit Təşkilatının İdarə Heyətinin

25.01.2013-cü il tarixli 01 saylı protokol qərarı ilə

Birgə Borclulara Kredit verilməsinə dair

Kredit Təlimatı

Bakı – YANVAR 2013


Mündəricat


1. Giriş 5

1.1 Təlimatın məqsədləri 5

1.2 Təlimatın İstifadəçiləri 5

2. Kredit Siyasəti 5

2.1 Benefisiarların və BB-nin seçilməsi meyarları 6

2.2 Borc alan üçün maksimum kredit məbləğinin müəyyən edilməsi 7

2.4 BB üzvlərinə kredit vermənin əsas şərtləri 7

2.4.1 Kreditin Məbləği 7

2.4.2 Kreditin Müddəti 7

2.4.3 Faiz məzənnəsi 7

2.4.5 Girov 8

2.4.6 Sığorta 8

2.4.7 Kreditin verilməsi Tədbirləri 8

2.5 Yeni kreditin verilməsi 8

2.6 Kreditin Təhlili 8

2.7 Borc verməyə Səlahiyyəti olan Orqan 9

2.8 Kreditin vaxtında qaytarılmaması 9

2.9 Kredit Qovluğunun Saxlanılması 9

2.10 Kreditin Monitorinqi 9

2.11 Kredit Portfelinin İdarə edilməsi 10

2.12 İmzalama hüquqları 10

2.13 Hesabatvermə 10

2.14 Təhlükəsiz Mühafizə 11

3. Kreditin növləri 11

11

4. Kreditin verilməsi prosesi 11



4.1 Kreditin verilməsi prosesində iştirak edənlər 12

4.1.1 Birgə Borclular 12

4.1.2 Regional Nümayəndəlik (RN) 13

4.1.3 Kredit Şöbəsi 13

4.1.4 İdarə Heyəti və Kredit Komitəsi 14

4.1.5 Kredit Müraciət forması və təsdiq prosesi 14

4.1.6 BB-lərə məsləhət xidmətləri 15

4.2 Ödənişlər 16

4.3 Kreditin idarə edilməsi funksiyası 17

4.4 Kreditin idarə olunması prosesinin icmalı 17

4.5 Vəzifələrin Bölgüsü 17

5 Kreditin təhlili 18

5.1 Kreditin təhlili Prosesi 20

5.1.1 Sənədlərin yekunlaşmasını yoxlamaq 20

5.1.2 Kredit müraciətinin qiymətləndirilməsi 20

5.1.3 Kredit Təklifini hazırlamaq 20

6. Kreditin toplanması və vaxtında qaytarılmayan kreditlə əlaqədar proseduralar 21

6.1 Kreditin toplanması 21

6.2 Vaxtında qaytarılmayan kreditlə əlaqədar proseduralar 22

6.3 Problemli Borclular 22

Əlavə 2.BB-nin Regional Kredit Fəaliyyətində İş və Funksiyaların Koordinasiyası 25

Əlavə 3. BB üzrə Kreditin Qiymətləndirilməsi 26

Əlavə 4. BB Kredit Formalarının Nümunəsi 30


İxtisarlar

AMB Azərbaycan Mərkəzi Bankı

ƏKM Əlavə Kredit Müqaviləsi

İKA İcraçı Kredit Agentliyi

BB Birgə borclu Qrupu

Kİ Kredit İttifaqı

KİF Kredit İttifaqlrı Fondu

KX Kredit Xətti

RN Regional Nümayəndəlik

Ön söz
təlimat “İcraçı Kredit Agentliyi” mƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏT BANK OLMAYAN KREDİT TƏŞKİLATI (bundan sonra “İKA” adlanacaq) tərəfindən işlənib hazırlanmışdır və İKA-nın Birgə Borclulara (bundan sonra “BB” adlanacaq) kredit vermə fəaliyyəti çərçivəsini əhatə edir.
Kredit təlimatı İKA tərəfindən hazırlanmış və İKA-nın IDARƏ HEYƏTİ tərəfindən təsdiq olunmuşdur.
Kredit təlimatında kredit verilməsi prosesi üçün ən mütərəqqi beynəlxalq standartlardan istifadə edilib və bu prosesin bütün mərhələlərində razılaşdırılmış borc və kredit siyasətinin ümumi prinsipləri verilib.

Təlimatın hazırlanması Birgə Borcluların yaradılması, fəaliyyəti, kredit müraciət formalarının hazırlanması, kreditin vaxtında istifadəsi, qaytarılması işlərində onları təlimləndirmək və bu sahədə təcrübə yaradılmasına doğru bir təşəbbüsdür.




1. Giriş

Təlimatda aşağıdakılara diqqət verilir:




  • İKA-nın Kredit siyasəti;

  • BB-yə kredit verilməsi;

  • Kredit üzrə müxtəlif rəsmiləşdirmə sənədləri (formalar və blanklar);

  • Kreditin icrası üzrə İKA-nın səlahiyyətləri;

  • Borcların monitorinqi, faiz ödənişinin və əsas borcların toplanması;

  • Kredit portfelinin idarə edilməsi.

Təlimat İKA kadrları və BB-nin əməl edəcəyi əsas kredit prosedurlarını və doldurulacaq formaları özündə birləşdirir. O, həmçinin kredit proseduralarının arxasında dayanan əsas prinsiplərin izahını verməyə çalışır.




1.1 Təlimatın məqsədləri

Birgə Borclular üçün Kredit Təlimatının hazırlanmasında əsas məqsədlər aşağıdakılardır:



  • İKA tərəfindən verilən kreditlərin bütün aspektlərini lazımi qaydada başa salmaq;

  • BB və onun üzvlərini İKA-dan kreditin alınması proseduraları üzrə təlimləndirmək;

  • İKA tərəfindən BB üzvlərini kreditlə təmin edərkən təlimat istifadəçilərinə öz dəqiq rolları və səlahiyyətlərini başa düşməyə kömək etmək.



1.2 Təlimatın İstifadəçiləri





  • İKA-nın kadrları;

  • İKA-nin Regional Nümayəndəlikləri;

  • BB-lər və onun üzvləri.



2. Kredit Siyasəti

İKA-nın siyasəti, kredit fəaliyyətində sabitliyi təmin etmək, riskin öhdəsindən gəlmək, kreditin düzgun idarəetməsi və portfel idarəçiliyi üzrə əsasları təşkil edir.


İKA-nın kredit fəaliyyəti həm borc alan, həm də krediti verən üçün qarşılıqlı faydalı olmalıdır. İKA-nın kreditvermə fəaliyyəti seçilmiş kənd yerlərinin fermer təsərrüfatı, xidmət və ya kiçik müəssisələrin inkişafına kömək məqsədi güdür. Borc alanlara aşağıdakılar üzrə kömək edilir və həvəsləndirilir:

  • Bazar iqtisadiyyatının işini başa düşmək;

  • Kommersiya şərtləri ilə kredit almaq üçün ödəniş qabiliyyəti tələb olunduğunu başa düşmək;

  • Kredit əldə etmə və qaytarma qabiliyyətini saxlamaq;

İKA-nın rəhbərliyi özünün kredit siyasəti, onun həyata keçirilməsi, rəhbərlik edilməsi və icrası üçün prinsiplərin yaradılması üzrə tam məsuliyyət daşıyır.


Borc əməliyyatında aşağıdakı prinsinlərə əməl edilir:


  • Azərbaycan Respublikasında quvvədə olan kredit qanunlarına uyğunluq;

  • AMB-nın normativ sənədlərinə uyğunluq;

  • İKA-nın qaydalarına uyğunluq;

  • Maliyyə itkisini ya tamamilə ləğv etmək, ya da minimuma endirmək üçün kredit riskinin qiymətləndirilməsi;

BB-nin seçilməsi, onun üzvləri və borc üçün ərizə verilməsi, əsasən BB-nin iclasları vasitəsi ilə həyata keçirilir, İKA-nın rolu isə bu prosesi dəstəkləməkdir. İKA BB-dən qəbul edilən bütün kredit müraciət formalarını kreditin verilməsindən əvvəl diqqətlə nəzərdən keçirməlidir.


İKA-ya kredit üçün müraciət edən BB və onun fərdi üzvləri, kredit təlimatında İKA-nın kredit vəsaitinin verilməsi üçün nəzərdə tutulan qanun və tələbatlara düzgün əməl etməlidirlər.


Yüklə 267,79 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin