Кәрбәлада чахан бир шимшәк


Başqalarına qarşı mƏsuliyyƏt hiss etmƏk



Yüklə 3,48 Mb.
səhifə13/14
tarix05.06.2018
ölçüsü3,48 Mb.
#52718
1   ...   6   7   8   9   10   11   12   13   14

Başqalarına qarşı mƏsuliyyƏt hiss etmƏk


İkinci bir məsələ insanların cəmiyyətdə bir-birinə qarşı məsuliyyətli olmalarıdır; bir-birinin rəftarına bir növ nəzarət etmələridir. Bu məsələ az-çox sivilizasiyalı cəmiyyətlərdə mədəni inkişaf fərqi və aralarındakı ixtilafa baxmayaraq, həmişə mövcud olmuşdur. Elə bir cəmiyyət tapmaq olmaz ki, mədəni inkişafa qədəm qoysun, lakin o xalq arasında qarşılıqlı həmkarlıq və məsuliyyət hissi olmasın. İnsan başqalarının hərəkət, rəftar və davranışlarına qarşı məsuliyyətli olmalıdır. Amma müxtəlif cəmiyyətlərdə bu məsələ həmin cəmiyyətlərin hakim olduğu dəyər sisteminə görə bir-birindən fərqlənir. Müxtəlif cəmiyyətlərdə “yaxşı” və “pis” anlayışı həmin cəmiyyətlərin dəyər sisteminə görə fərqli olduğu kimi, başqalarının rəftarına qarşı məsuliyyətin keyfiyyəti də hər xalqın dünyagörüşündən asılı olub, onların cəmiyyətə və insana baxışlarına əsaslanır. Bu məsələ geniş açıqlama tələb etdiyi üçün onun haqqında da tərtibi ardıcıllıqla danışacağam.

FƏrdyÖnlü vƏ ictimayÖnlü dƏyƏr sistemi


Cəmiyyətlərə hakim olan nəzəriyyələri ümumi bir bölgüdə iki dəstəyə ayırmaq olar: Fərdyönlü cəmiyyətlər və ictimayönlü cəmiyyətlər. Bu iki dəstədən hər biri də öz növbəsində müxtəlif dəstələrə bölünürlər.

Həyatda bəzi insanlar ancaq özlərini düşünürlər; rahatlıq iddiasındadırlarsa, bunu ancaq özləri üçün tələb edirlər. İnkişafı, tərəqqini dəstəkliyərlərsə, bunu da ancaq özləri üçün nəzərdə tuturlar. Onların fikir və fəaliyyətlərinin mehvəri şəxsi mənafeyinə qarşı olan zərərin dəf edilməsi və mənfəətin cəzb olunmasıdır.



Digər bir dəstənin nümayəndələri özlərini ictimai həyatda başqaları ilə şərik bilirlər; onların etiqadına görə, cəmiyyət vahid bir toplumdur. Cəmiyyətin bütün fərdləri bir-birinə bağlı olub, vahid bir ictima yaradırlar. Bu baxımdan onlar, yalnız özlərini fikirləşmirlər. Bu dəstəyə mənsub olanlar xeyr və mənfəət tələb edirlərsə, bunu hamı üçün istəyirlər. Hətta mənəvi inkişaf və axirət səadətini də ümumi xalq üçün arzu edirlər.

İslam dininin insana baxışı


Peyğəmbərlər və xüsusilə də müqəddəs İslam dini ictimayönlü nəzəriyyəni təsdiq edib qüvvətləndirir. Bu din insanı elə tərbiyə etmək istəyir ki, onun təsiri altında insan öz həyatının bütün mərhələlərində bütün bəşəriyyətə, və eləcə də İslam cəmiyyətinə qarşı məsuliyyət dərk etsin. Misal üçün, bilirik ki, namaz fərdi bir ibadətdir. Bütün insanlar öz əqidələrinə uyğun olaraq, Allah qarşısında bəndəçiliklərini izhar edirlər. Amma biz müsəlmanlar Allah qarşısında öz bəndəçiliyimizi namaz şəklində izhar edirik. Namaz qılanda həmd surəsini oxuyan şəxs ibadət məqamında bəndəçiliyini bildirərkən Allaha xitab olaraq demir: “Mən sənə ibadət edirəm.” Deyir: “Biz sənə ibadət edirik”. Əgər bir nəfər gecə də olsa, tək ibadətə dayanıb namaz qılmaq istəsə, deməlidir: “Biz sənə ibadət edirik.” Bir nəfər müsəlman, insan olmayan səhrada da tək namaz qılsa, deməlidir: «İyyakə nəbudu və iyyakə nəstəin» Namazda heç vaxt demək olmaz: «İyyakə əbudu və iyyakə əstəin» (Yəni, mən sənə ibadət edirəm və mən səndən yardım diləyirəm.) Hökmən, «biz sənə ibadət edir və biz səndən kömək istəyirik» - deməlidir. Bu o deməkdir ki, möminlər bir-birlərini həmişə öz ətrafında bilməlidirlər. İnsan namaz qıldıqda davamlı olaraq, möminləri öz kənarında görür. Həmçinin namazdan xaric olanda da bütün möminlərə salam verməlidir. Bu İslam tərbiyəsidir. Bütün İslam göstərişlərində - istər fərdi və ictimai ibadətlərdə, istərsə də iqtisadi və ictimai-tərbiyəvi məsələlərdə, hətta cihad və müdafiə məsələlərində müsəlman özünü digər möminlərə şərik və bağlı bilməlidir. Bu İslam dininə məxsus olan bir tərbiyədir.

QƏRBİN İNSANA BAXIŞI


Amma qərb ölkələrində hakim olan tərbiyə üsulu- xüsusilə də axırıncı iki əsrdə - fərdyönlü dəyər sisteminə əsaslanır. Ona görə də bu cəmiyyətlərdə insanın yalnız öz xeyrini güdməsi normal hal hesab olunur. Bu cəmiyyətlərdə ən yaxın insani əlaqələr, qarşılıqlı münasibətlər çox soyuq olur. Ailələr dağılır, qadın və kişi çox vaxt müstəqil yaşayıb, müstəqil hərəkət edirlər. Ata və oğul da bəzən yad münasibətdə olurlar. Qonşunun-qonşudan xəbəri olmur. Bu xüsusiyyətin hakim olduğu cəmiyyətlərdə insani əlaqələr zəif olur. Bu məktəbdə insanın fikri mehvəri, şəxsi mənafe ətrafında fırlanır.

Başqalarının ƏmƏllƏrinƏ ictimai nƏzarƏtin zƏruriliyi


Amma özündə olan çirkinliklərə və çatışmazlıqlara baxmayaraq, fərdiyönlü nəzəriyyə sahibləri yaxalarını başqalarının əməllərinə nəzarət və məsuliyyətdən tamamilə kənara çəkə bilməzlər. Çünki, praktiki olaraq xaricdə insanların mənfəəti, ləzzəti, acılıq və şirinlikləri cəmiyyətin digər fərdləri ilə sıx şəkildə bağlıdır. İnsan nə qədər öz şəxsi mənafeyini düşünsə də, axırı anlayır ki, onun şəxsi problemləri digərlərinin mənafeyinə kömək etmədən təmin olunmur. İnsan həyatdan ləzzət almaq istəsə, təklikdə bu hissini doyura bilmir. Bunun üçün başqa fərdə də ehtiyac duyur. İnsan ictimai, iqtisadi, ticarət və digər sahələrdə irəliləyiş əldə etmək istəyəndə də təklikdə müvəffəqiyyət əldə edə bilmir. Başqaları ilə əməkdaşlıq etmək məcburiyyətindədir. İnsan sağlam mühitdə yaşamasını arzu edəndə də, təklikdə bu işi tənzim etməyi bacarmır. Mühit o zaman sağlam qalır ki, başqaları da bu sahədə köməklik göstərsinlər. Bildiyiniz kimi, bu gün dünyada hər bir şəxs siqaretin insana necə zərərlər vurduğunu dərk edir. Əksər yerlərdə siqaretin ümumi ictimai mühitdə, bağlı salonlarda çəkilməsi qadağan edilib. Bir kəs siqaret çəkmək istdikdə, salonu tərk edib, siqareti açıq fəzada çəkir. Çünki, qapalı mühitlərdə siqaretin çəkilməsi digərlərinin də müəyyən qədər həmin tüstünü udması deməkdir və bunun da onlar üçün zərəri vardır. Ona görə də siqaret çəkən şəxslər bunu nəzərə alıb, onların sağlamlıq hüquqlarına riayət etməlidirlər. Fərdyöndü əhval-ruhiyyəyə baxmayaraq, onların arasında bu kimi məsələlər mövcuddur və ona tabe olmaq məcburiyyətindədirlər.

Əmr be məruf və nəhy əz münkər barəsində çox gözəl bir misal var: Bir dəstə adam gəmiyə minir. Sərnişinlərdən biri öz oturduğu yeri deşməyə başlayır. Başqaları ona irad tutub deyirlər: “Niyə gəmini deşirsən?” Deyir: ”Gəminin bu yeri mənim ixtiyarımdadır, bu yerə pul verib oturmuşam, mən öz oturduğum yeri deşirəm, sizin yerinizlə heç bir işim yoxdur.” Sərnişinlər ona etiraz edib deyirlər: “Düzdür ki, sən öz oturduğun yeri deşirsən, ancaq su gəmiyə dolanda artıq sənə, mənə baxmayacaq, hamımızı batıracaq.”

İctimai həyatda da insan ancaq öz xeyrini güdə bilməz. “Qoy mən salim olum, cümlə cahan batsa da batsın!» deməklə, heç kəs canını qurtara bilməz. İnsan bir kimsənin cəmiyyətə zərər vurduğunu görəndə, onu həmin işdən çəkindirməlidir. Cəmiyyət üzvləri baş verəcək zərərin hamıya toxunacağını hiss etdikdə, şəxsi maraqlarını güdmələrinə baxmayaraq, bu təhlükənin aradan qaldırılmasında güclərini səfərbər edirlər. Deməli, fərdyönlü nəzəriyyənin də tam hakim olduğu cəmiyyətlərdə az-çox xalq nəzarəti mövcuddur.


Yüklə 3,48 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin