Kəskin böyrək çatışmazlığı - böyrək parenximasına müxtəlif faktorların (ekzogen, endogen) təsiri nəticəsində əmələ gələn vəziyyət olub, böyrəklərin ekskretor, sekretor, filtrasiya funksiyalarının kəskin pozulması ilə müşayiət olunur

Prerenal (hemodinamik) forma – böyrək qan
cərəyanının kəskin pozulması nəticəsində əmələ
gəlir.
Renal (parenximatoz) forma – böyrək
parenximasının zədələnməsi nəticəsində əmələ
gəlir.
Postrenal (obstruktiv) forma – sidiyin xaric
olmasının kəskin pozulması nəticəsində əmələ
gəlir.
Arenalforma– çox nadir forma olub, həyati göstərişə
görə hər iki böyrəyin və ya tək böyrəyin çıxarılması
nəticəsində əmələ gəlir.
Sitokinlərin böyrəklərə zədələyici təsiri
Sitokinlərin böyrəklərə zədələyici təsiri
Böyrək qan cərəyanı və yumaqcıq filtrasiyasının azalması, böyrəklərin işemiyası
Na və suyun distal kanalcıqlara gəlməsinin azalması
Kanalcıqların epitelinin apoptozu güclənməsi
Disseminə olunmuş damar daxili laxtalanma sindromu inkişaf etməsi
Böyrək kanalcıqları hüceyrələrində Ca-nin toplanması, onun ödemi və şişməsi
Pielorenal və pielovenoz reflüksün inkişaf etməsi
Kanalcıqlarda hidrostatik təzyiqin artması
İnterstisiyanın ödemi
Yumaqcıqlarda və kanalcıqlarda qan cərəyanının pozulması
Tubulyar nekrozun əmələ gəlməsi
Zədələnmə yerinə görə:
Zədələnmə yerinə görə:
Prerenal
Renal
Postrenal
Etiopatogenezinə görə:
Etiopatogenezinə görə:
Şok böyrəyi
Toksiki böyrək
Kəskin infeksion böyrək
Damar obstruksiyası
Uroloji obstruksiya
Arenal vəziyyət
Gedişinə görə:
Gedişinə görə:
Faktorun təsirinin başlanğıc dövrü
Oliqoanuriya dövrü
Diurezin bərpa olunması dövrü
Sağalma dövrü
Ağırlıq dərəcəsinə görə:
Ağırlıq dərəcəsinə görə:
1-ci dərəcə - yüngül
2-ci dərəcə - orta ağırlıqda
3-cü dərəcə - ağır
Başlanğıc dövr yaxud etioloji faktorun təsir dövrü
Başlanğıc dövr yaxud etioloji faktorun təsir dövrü
Hemorragik şok zamanı - qan əvəzedici məhlulların köçürülrməsi
Nefrotoksik kəskin böyrək çatışmazlığında - mədə-bağırsağın
təmizlənməsi, bu yolla uremik toksinlərin orqanizmdən
çıxarılması
Renal mənşəli KBÇ-da - böyrək xəstəliklərinin müalicəsi
Sidik yollarının okklyuziyası fonunda əmələ gələn KBÇ – da -
təcili nefrostomiya
Massiv hemoliz zamanı - qan köçürülməsi
Sepsis fonunda baş vermiş KBÇ-da - intensiv antibakterial terapiya
Dövr edən qanın həcminin bərpa edilməsi
Dövr edən qanın həcminin bərpa edilməsi
Poliqlükin - plazma əvəz edici preparatdır, tədricən damar divarından keçir, hemodinamik təsir göstərir, AT-ni tez yüksəldir.
Reopoliqlükin - dekstranın 10%-li məhluludur. Preparat mayenin toxumalardan qan dövranına keçməsinə şərait yaradır, dövr edən qanın həcmini artırır, mikrosirkulyasiyanı yaxşılaşdırır.V/d damcı üsulu ilə istifadə edilir (400-1000 ml).
Şok zamanı dövr edən qanın həcmini bərpa etmək üçün - zülal preparatları - Yeni hazırlanmış plazmanın v/d. damcı üsulu ilə köçürülməsi
etməklə miokardın yığılma qabiliyyətini artırır, böyrək qan cərəyanını artırmaqla, yumaqcıq filtrasiyasını
yaxşılaşdırmaqla diurezi artırır.
200 mq (5 ampula) dopmini 5%-li 400 ml qlükoza yaxud
NaCl-da həll edib v/d. damcı üsulu ilə yeridilir.
Dopmin böyrək qan cərəyanını yaxşılaşdırır, AT-ni yüksəldir
Dopmin dozasının çox olması fonunda böyrək
arteriyalarının daralmasına görə böyrək qan cərəyanı
pisləşə bilər.
Prednizolonun istifadə edilməsi
Prednizolonun istifadə edilməsi
Qlükokortikoidlərin istifadəsi - autoimmun
proseslər fonunda əmələ gələn KBÇ-da məsləhət görülür.
Prednizolonu 3-5 mq/kq dozada istifadə etmək olar.
Qlükokortikoidləri həmçinin hemolitik mənşəli KBÇ-da da
tətbiq etmək olar.
Arterial hipotenziya ilə müşayiət olunan KBÇ-da da 60-90 mq prednizolondan v/dax. axınla istifadə etmək olar,
sonra isə saxlayıcı doza təyin edilir.
Xəstələrdə şok vəziyyəti 4-5 saatdan çox davam edərsə, böyrək toxumasında geri dönməz dəyişikliklər əmələ gəlir. Odur ki, şok zamanı tədbirlər təcili, qısa müddət ərzində aparılmalıdır.
Xəstələrdə şok vəziyyəti 4-5 saatdan çox davam edərsə, böyrək toxumasında geri dönməz dəyişikliklər əmələ gəlir. Odur ki, şok zamanı tədbirlər təcili, qısa müddət ərzində aparılmalıdır.
Diuretiklər KBÇ-nın müalicəsində ilk saatlardan istifadə edilməlidir.
Diuretiklər KBÇ-nın müalicəsində ilk saatlardan istifadə edilməlidir.
Furosemid Na və suyun geriyə sorulmasını blokada etməklə böyrək damarlarını genişləndirir, diurezi artırır.
KBÇ-da furosemid v/d. yeridilməklə 2 mq/kq (8 ampula-160 mq) dozadan başlanır, əgər 1 saat ərzində effekt olmazsa, təkrar preparatı 1 mq/kq dozaya (40 ampula-800 mq) qədər vena daxilinə vurmaq olar.
Furosemidin böyük dozalarının toksiki effekti əmələ gələ və böyrək çatışmazlığı proqressivləşə bilər.
artırmaqla suyun reabsorbsiyasını azaldır, yumaqcıq
filtrasiyasını, böyrək qan cərəyanını yaxşılaşdırır.
Əgər KBÇ olan xəstələrdə mannitolun istifadəsindən
sonra diurez artmırsa, onu sonra istifadə etmək lazım deyil,
çünki mannitolun artıq tətbiq edilməsi nəticəsində
hipervolemiya, ağciyərlərin və beynin ödemi əmələ gələ
bilər.
Mannitolun 10-20% məhlulunu 5%-li qlükoza məhlulunda həll etməklə vena daxilinə damcı üsulu ilə yaxud v/dax. Axınla yavaş-yavaş 1 q/kq dozada istifadə etmək olar.
Mannitolla bərabər vena daxilinə 200 mq furosemidin vurulması da məsləhətdir.
KBÇ-da antikoaqulyantların istifadəsi disseminə olunmuş damar daxili laxtalanma (DDDL) yaxud hemolitik-uremik sindrom zamanı göstəriş hesab olunur.
KBÇ-da antikoaqulyantların istifadəsi disseminə olunmuş damar daxili laxtalanma (DDDL) yaxud hemolitik-uremik sindrom zamanı göstəriş hesab olunur.
DDDL sindromunun hiperkoaqulyasiya dövründə heparin hər 6 saatdan bir 15-50 vah./kq dozada təyin edilir.
DDDL sindromunun 2-ci (hemorragik) fazasında təzə hazırlanmış plazma və proteolitikfermentlərin inhibitorları v/dax. vurulur.
Bu mərhələdə ölüm daha çox
Bu mərhələdə ölüm daha çox
Hiperhidratasiyadan
Hiperkaliemiyadan
Tənəffüsün və qan dövranının pozulması ilə müşayiət olunan metabolik asidozdan
Hiperazotemiyadan ola bilər.
Pəhriz az zülallı olmalı (gün ərzində 20 qramdan artıq olmamaqla), əsasən karbohidrat və yağlardan təşkil olunmalıdır.
Pəhriz az zülallı olmalı (gün ərzində 20 qramdan artıq olmamaqla), əsasən karbohidrat və yağlardan təşkil olunmalıdır.
Zülal katabolizmini azaltmaq üçün anaboliklərdən-retabolil ə/dax. 1 ml-dən həftədə 1 dəfə, kişilərə testosteron propionat 100 ml/gün dozada ə/dax. istifadə edilir.
Zülal katabolizmini azaltmaq üçün həmçinin proteolitik fermentlərin inhibitorları: kontrikal, trasilol 30000-50000 TV v/dax. damcı üsulu ilə 250-300 ml 5%-li qlükoza məhlulunda gündə 1 dəfə 4-5 gün ərzində köçürülə bilər.
Xəstəliyin oliqoanurik mərhələsində çox maye köçürmək olmaz
Xəstəliyin oliqoanurik mərhələsində çox maye köçürmək olmaz
Mayenin artıq miqdarda infuziyası hidremiyanı artıra, su zəhərlənməsi yarada bilər
Xəstədə diurez olmadıqda yaxud oliqouriya olduqda, gün ərzində 600-700 ml maye köçürülməsi məsləhət görülür
Xəstəyə mayeni daxilə də vermək olar
Eyni zamanda v/dax. 5-10 %-li qlükoza yaxud Ringer məhlulunu köçürmək olar. Qlükoza zülal katabolizmini azaldır, ketoasidozım qarşısını alır
Hiperkaliemiyanın korreksiyası üçün ilk növbədə K ilə zəngin qida məhsullarını istifadə etməmək lazımdır (kartof, meyvə şirələri, ərik, gavalı qurusu və s.).
Hiperkaliemiyanın korreksiyası üçün ilk növbədə K ilə zəngin qida məhsullarını istifadə etməmək lazımdır (kartof, meyvə şirələri, ərik, gavalı qurusu və s.).
Bu məqsədlə 200-300 ml 40%-li qlükoza məhlulunun 40 vahid insulinlə v/dax. vurulması məsləhətdir.
Ağır hiperkaliemiya zamanı 5%-li 10-20 ml NaCl yaxud laktat məhlullarını v/dax. istifadə etmək olar. Ancaq bu zaman ehtiyatlı olmaq lazımdır, çünki Na-un dozası çox olduqda ağciyərlərin ödemi əmələ gələ bilər.
Asidoz hiperkaliemiyanın əmələ gəlməsinə şərait yaradır. Odur ki, NaHCO3 məhlulunu v/dax. istifadə etmək olar.
Asidoz hiperkaliemiyanın əmələ gəlməsinə şərait yaradır. Odur ki, NaHCO3 məhlulunu v/dax. istifadə etmək olar.
Aparılan tədbirlər effektsiz olduqda hemodializ müalicəsi məsləhət görülür.
Hipokalsiemiyanın qarşısını almaq üçün isə v/dax. 10%-li kalsi qlükonatdan 20-40 ml v/dax. istifadə edilir.
Hiponatriemiya adətən hidremiya ilə əlaqədar olur. Bu zaman hüceyrələrdə K Na ilə əvəz edilir. Hiperkaliemiya, hidremiya aradan qaldırdıqda hiponatriemiya da normallaşır.
KBÇ-nın oliqoanuriya mərhələsində asidoz əmələ gəlir.
KBÇ-nın oliqoanuriya mərhələsində asidoz əmələ gəlir.
Metabolik asidoz zamanı K hüceyrə daxilindən çıxır və Na hüceyrə daxilinə keçir.
KBÇ zamanı nadir hallarda metabolik alkaloz inkişaf edə bilər ki, bu da özünü qusma, ishal, hiperventilyasiya ilə göstərir.
Asidozun müalicəsi
Asidozun müalicəsi
4,2% NaHCO3 məhlulu hər kq çəkiyə 4 ml hesabi ilə köçürülürə bilər
NaHCO3 məhlulunun təsirindən asidoz azalan zaman Ca-nın qan zərdabında səviyyəsi azalmaqla qıcolma əmələ gətirə bilər
Onun qarşısını almaq üçün isə Ca qlükonatın 10%-li məhlulu 20 ml v/dax. vurula bilər
Ca qlükonatın 10%-li məhlulundan 50 ml-əqədər v/daxistifadə olunur.
Dezintoksikasiya məqsədilə hemodez, qlükoza, ringer məhlullarından istifadə etmək olar, ancaq KBÇ olan xəstələrdə hiperhidratasiya olduğundan bu preparatların böyük dozalarda istifadəsi məhdudlaşdırılmalıdır

KBÇ-nin müalicəsində hemodializin tətbiqi ən effektiv üsullardan hesab edilir
Əgər xəstələrdə hemodializ müalicəsini aparmaq mümkün deyilsə, bu zaman hemofiltrasiya üsulundan istifadə etmək olar
KBÇ zamanı antibiotiklər əsasən sepsis, infeksion fəsadlar olan zaman təyin edilir.
KBÇ zamanı antibiotiklər əsasən sepsis, infeksion fəsadlar olan zaman təyin edilir.
Antibiotiklərin istifadə edilməsi zamanı nefrotoksiklik, böyrək funksiyasının pozulmasının dərəcəsi, preparatın farmakokinetikası nəzərə alınmalıdır.
Qidalanma rejimi
Qidalanma rejimi
Diurezin bərpa olunması dövründə xəstələrin qidalanması rejimi genişləndirilməlidir
Kifayət qədər zülal qəbulu məsləhət görülür
Xörək duzunu məhdudlaşdırmağa ehtiyac olmur
Qida vitaminlə, minerallarla zəngin olmalıdır
Vitamin çatışmazlığı dövrlərində polivitamin preparatlarından istifadə etmək olar
Poliuriya fazasında xəstələr 2-3 l və ondan artıq maye qəbul edə bilərlər ki, kifayət qədər diurez olsun.
Hüceyrədən kənar dehidratasiyanın
Hüceyrədən kənar dehidratasiyanın
müalicəsi
NaCl-u daxilə qəbul etmək lazımdır (xaric edilən hər litr sidiyə təxminən 2 qram hesabı ilə)
NaCl-un 0,9%-li məhlulunun v/dax. yeridilməsi (gün ərzində 2-3 litr)
v/dax plazma, albuminin istifadə edilməsi
Hüceyrə dehidratasiyasının müalicəsi
Hüceyrə dehidratasiyasının müalicəsi
Gün ərzində xaric edilən sidiyin miqdarından çox mayenin daxilə qəbul edilməsi
v/dax. 3-5 litr 5%-li qlükozanın damcı üsulu ilə köçürülməsi
Sonra isə NaCl-un izotonik məhlulu v/dax. yeridilir
NaCl, qlükozanın hipertonik məhlulları, kolloid məhlulların istifadəsi əks göstərişdir
KBÇ-nın poliuriya fazasında sidiklə çoxlu miqdarda elektrolitlər itirildiyindən hipokaliemiya, hiponatriemiya, hipoxloremiya, hipomaqniemiya yarana bilər.
KBÇ-nın poliuriya fazasında sidiklə çoxlu miqdarda elektrolitlər itirildiyindən hipokaliemiya, hiponatriemiya, hipoxloremiya, hipomaqniemiya yarana bilər.
Bu dövrdə qan zərdabında Ca-nin səviyyəsi normallaşır.
Hipokaliemiya və hiponatriemiyanı korreksiya etmək üçün müvafiq elektrolitlər təyin edilir.
Eyni zamanda tərkibi K ilə zəngin olan məhsulları da istifadə etmək olar (portağal, mandarin, süd, kartof, qara gavalı, banan və s.).
KBÇ zamanı infeksion ağırlaşmalar əmələ gələrsə, nefrotoksik olmayan (penisillin qrup antibiotikləri) və az nefrotoksik (sefalosporinlər) antibiotiklərdən istifadə etmək olar.
KBÇ zamanı infeksion ağırlaşmalar əmələ gələrsə, nefrotoksik olmayan (penisillin qrup antibiotikləri) və az nefrotoksik (sefalosporinlər) antibiotiklərdən istifadə etmək olar.
Antibiotiklərin təyin ediləcək dozaları böyrəklərin funksional vəziyyətindən asılı olaraq seçilməlidir.
Müalicə məqsədilə dəmir tərkibli preparatlar, eritropoetin istifadə edilməlidir.
Müalicə məqsədilə dəmir tərkibli preparatlar, eritropoetin istifadə edilməlidir.
Xroniki böyrək çatışmazlığı – tədricən əmələ gələn, getdikcə proqressivləşən, nefronların funksiyasının və miqdarının azalması, böyrəklərin ekskretor və inkretor funksiyasının, turşu-qələvi, su-duz mübadiləsinin pozulması, uremik intoksikasiya ilə müşayiət olunan xroniki xəstəlikdir.

Dünyanın müxtəlif ölkələrində hər 1mln. əhalinin 800-1200 nəfəri xroniki böyrək çatışmazlığından əziyyət çəkir və onlardan 250-650 –i dializ müalicəsi qəbul edir (ÜST)
Diabetik qlomeruloskleroz
Diabetik qlomeruloskleroz
Arterial hipertenziya
Xroniki qlomerulonefritlər
Böyrəklərin polikistozu
Xroniki pielonefrit
- Böyrək daşı xəstəliyi
Birləşdirici toxumanın diffuz xəstəlikləri
Prostat vəzinin adenoması və xərçəngi
Prostat vəzinin adenoması və xərçəngi
Böyrəklərin amiloidozu
Böyrəklərin kistası
Böyrəklərin vərəmi
Böyrək və sidik çıxarıcı yolların anomaliyaları
Podaqra
Etioloji xəstəliklərin uzun müddət ərzində davam etməsi nəticəsində böyrəklərin parenximasında geri dönməz struktur dəyişikliklər baş verir
Etioloji xəstəliklərin uzun müddət ərzində davam etməsi nəticəsində böyrəklərin parenximasında geri dönməz struktur dəyişikliklər baş verir
Nefronların miqdarı azalır, onlar atrofiyalaşır, büzüşürlər
Böyrəklərin kompensator imkanları tükənir
Böyrəklərin zədələnməsinin struktur dəyişikliyi ilə bərabər, XBÇ-nin terminal mərhələsində immunoloji dəyişikliklər də mühüm əhəmiyyət kəsb edir
Böyrəklərin zədələnməsinin struktur dəyişikliyi ilə bərabər, XBÇ-nin terminal mərhələsində immunoloji dəyişikliklər də mühüm əhəmiyyət kəsb edir
Xəstəlik fonunda yumaqcıqların çox hissəsi boşalır, kanalcıqlar atrofiyalaşır
Böyrəklərin sidiyi konsentrasiya, həll etmək imkanları azalır
Böyrəklərin sidiyi konsentrasiya, həll etmək imkanları azalır
Bu dəyişikliklər nefronlar üzərinə osmotik yükün artması, eyni zamanda henle ilgəyinin zədələnməsi ilə əlaqədardır
Kanalcıqların sekretor funksiyası azalır, xəstəliyin terminal mərhələsində bu göstərici 0-a bərabər olur
Beləliklə, böyrəklərin sidik əmələ gətirmə, xaric etmə, qanyaratma və s. funksiyaları kobud şəkildə pozulur və XBÇ-nin simptomatologiyası əmələ gəlir
Xəstəliyin gedişində 2 mərhələ ayırd
Xəstəliyin gedişində 2 mərhələ ayırd
edilir:
Konservativ mərhələ - yumaqcıq filtrasiyası 40 ml/dəq.-dək enir
Terminal mərhələ - yumaqcıq filtrasiyası 15 ml/dəq.-dək və daha aşağı enir. Bu zaman qanın böyrəkdən kənar təmizlənmə üsulLARIndan (hemodializ, PERİTONEAL DİALİZ) yaxud böyrək transplantasiyası əməliyyatından istifadə olunur
Xəstələr ləng, apatik, yuxulu olurlar
Dəri quru, sifət şişkin olur
Əzələ zəifliyi (hipokaliemiya ilə əlaqədar olaraq), asidotik tənəffüs, əzab verici dəri qaşınması (uremik toksinlərin dəridəki sinir uclarını qıcıqlandırması nəticəsində)
Əzələlərdə qıcolmalar, əzələ dartılmaları, gərilmələri (Ca-nin qan zərdabında səviyyəsinin azlması ilə əlaqədar)
Əzələlərdə qıcolmalar, əzələ dartılmaları, gərilmələri (Ca-nin qan zərdabında səviyyəsinin azlması ilə əlaqədar)
Osteopoz, “ikincili podagra”, uremik plevrit,
Perikardit. Perikardın sürtünmə küyü - “uremikin ölüm zəngi”. Bu əlamətin olması xəstəliyin finalının yaxınlaşdığını göstərir.
USM, kompüter tomoqrafiya, nüvə maqnit rezonansı üsullarının köməkliyi ilə böyrəklərin büzüşməsi, onlarda ola bilən struktur dəyişikliklər haqqında məlumatlar əldə etmək mümkündür.
USM, kompüter tomoqrafiya, nüvə maqnit rezonansı üsullarının köməkliyi ilə böyrəklərin büzüşməsi, onlarda ola bilən struktur dəyişikliklər haqqında məlumatlar əldə etmək mümkündür.
Bağırsaqlar yaxşı təmizlənərsə - ümumirentgenoqrafiya vasitəsilə də böyrəklərin ölçülərinin kiçilməsini müəyyən etmək olar.
Pəhriz
Pəhriz
Qəbul edilən zülalların miqdarı məhdudlaşdırılmalıdır
Qidanın tərkibi əsasən karbohidrat və yağlardan ibarət olmalı, qida mikroelement və vitaminlərlə zəngin olmalıdır
Qəbul edilən fosfatların miqdarı azaldılmalıdır
NaCl, su və K-nin qəbuluna nəzarət edilməlidir
Kifayət qədər maye qəbul edilməlidir ki, diurez 2-2,5 l olsun (ürək çatışmazlığı yoxdursa)
Hiperkaliemiyada –
- Qlükoza + insulin qarışıgı
- Kalsi qlükonat 10% 20-30 ml v/d yaxud
- Natri hidrokarbonat 5% 200 ml v/d
Enterodez yaxud karbolen - 5 qr. 100 ml suda həll edib gündə 3 dəfə yem. 2 saat sonra qəbul etmək
Enterodez yaxud karbolen - 5 qr. 100 ml suda həll edib gündə 3 dəfə yem. 2 saat sonra qəbul etmək
Bağırsaqların təmizlənməsi - NaHCO3 məhlullu imalələrdən istifadə edilir.
Bağırsaqların təmizlənməsi - NaHCO3 məhlullu imalələrdən istifadə edilir.
Xəstələrin müalicəsində eyni zamanda sorbit, ksiliti ( 50 qram sorbit verməklə stulu tezləşdirmək və bu yolla uremik intoksikasiyanı azaltmaq mümkündür) də tətbiq etmək olar ( bağırsaq lavajı)
Zəif soda məhlulu ilə mədənin yuyulması
XBÇ-nin başlanğıc mərhələsində anaboliklərdən ( retabolil ) istifadə etmək olar ( 1 ml-dən həftədə 1 dəfə, 3-4 həftə ərzində ).
XBÇ-nin başlanğıc mərhələsində anaboliklərdən ( retabolil ) istifadə etmək olar ( 1 ml-dən həftədə 1 dəfə, 3-4 həftə ərzində ).
Bitki mənşəli preparatlar ( xofitol, lespenefril ) da xəstəliyin başlanğıc mərhələlərində azotemiyanı azalda bilər.
Dezintoksikasiya məqsədilə isə 5%-li qlükoza , hemodez, 0,9%-li NaCl məhlulları v/dax. yeridilə bilər.
Asidoz hiperkaliemiyanın əmələ gəlməsinə şərait yaradır
Asidoz hiperkaliemiyanın əmələ gəlməsinə şərait yaradır
Soda məhlulları v/d. bolyusla (şırnaqla) yaxud damcı üsulu ilə köçürülə bilər
Xəstələrdə reninemiya ilə əlaqədar olaraq ciddi arterial hipertenziya olur
Xəstələrdə reninemiya ilə əlaqədar olaraq ciddi arterial hipertenziya olur
Bu zaman AÇFİ, ARA, Ca ionlarının antaqonistlərindən, BAB istifadə etmək olar
AÇFİ və ARA-nın istifadəsi zamanı qan zərdabında K-nin və kreatininin səviyyəsinə nəzarət etmək lazımdır
Qan zərdabında kreatininin səviyyəsi 200 mmol/l.-dən artıq olduqda- tiazid və tiazidə bənzər diuretiklərin (hidrochlortiazid, indapamid) istifadə edilməsi məsləhət görülmür, çünki onlar yumaqcıq filtrasiyasını pisləşdirməklə uremiyanı artıra bilərlər.

İlgər diuretikləri əsasən diuretik məqsədlə istifadə edilir ( torasemid,furosemid- laziks, uregit).
XBÇ zamanı hipertonik kriz müşahidə edilərsə, peroral olaraq kaptopril, nifedipin və klofelindən istifadə edilməlidir.
XBÇ zamanı hipertonik kriz müşahidə edilərsə, peroral olaraq kaptopril, nifedipin və klofelindən istifadə edilməlidir.
MgSO4-ün krizlərdə istifadəsi məsləhət görülmür, çünki xəstələrdə hipermagniemiya olur.
Xroniki uremiyalı xəstələrdə eritropoetin çatışmazlığının müalicəsi üçün rekormondan
Xroniki uremiyalı xəstələrdə eritropoetin çatışmazlığının müalicəsi üçün rekormondan
(rekombinat eritropoetin) istifadə edilir.
1 ampulada 1000 TV olur. Preparatın başlanğıc dozası 20 TV/kq-dan həftədə 3 dəfə dəri altına təyin edilir, effekt olmadıqda hər ay 3 inyeksiya artırılır. Preparatın maksimal dozası 720 TV/ həftə hesab edilir. Hemoqlobinin səviyyəsi artandan sonra saxlayıcı doza seçilir.
MİRSERA
MİRSERA
ə/dax. ayda 1 dəfə
Kişilərdə eritropoezi gücləndirmək üçün androgenlərdən istifadə olunur.
Kişilərdə eritropoezi gücləndirmək üçün androgenlərdən istifadə olunur.
Testosteron ə/dax. 400-600 mq 5%-li məhluldan həftədə 1 dəfə, sustanon isə ə/dax. 100-150 mq 10%-li məhluldan həftədə 3 dəfə vurulur.
Dəmir preparatlarını ( tablet şəklində ) da bu məqsədlə istifadə etmək olar, ancaq kifayət qədər effekti olmayacaqdır.
Ağır formalı anemiyalarda (Hb 50 q/l-dən aşağı olduqda) qan köçürülməlidir.
XBÇ olan xəstələrdə uremik osteodistrofiya əmələ gəlir -qanda kalsiumun miqdarı azalır, fosfor isə artır.
Bu məqsədlə Ca qlükonat 10%-dən 10-20 ml. v/dax. istifadə edilməlidir.
Hiperfosfatemiyanı azaltmaq üçün isə almageldən istifadə etmək olar.
Hiperfosfatemiyanı azaltmaq üçün isə almageldən istifadə etmək olar.
Almagelin tərkibində olan alüminium hidroksid bağırsaqlarda fosforla həll edilməyən birləşmə əmələ gətirir və bağırsaqlardan xaric olur.
Ca preparatı daxilə qəbul edilir - əks əlaqə prinsipi ilə qalxanabənzər ətraf vəzinin funksiyasını azaldır
Vit. D bağırsaqlardan Ca-nin sorulmasını gücləndirməklə qanda səviyyəsini artırır, nəticədə qalxanabənzər ətraf vəzinin funksiyası tormozlanır
XBÇ zamanı infeksion ağırlaşmalar olarsa penisillin yaxud sefalosporin qrup antibiotiklərindən, xəstə onları qəbul edə bilmədikdə ( yanaşı təsirlərinə görə) makrolidlərdən istifadə olunmalıdır.
XBÇ zamanı infeksion ağırlaşmalar olarsa penisillin yaxud sefalosporin qrup antibiotiklərindən, xəstə onları qəbul edə bilmədikdə ( yanaşı təsirlərinə görə) makrolidlərdən istifadə olunmalıdır.
Aminoqlikozidlərin ( gentamisin, kanamisin, amikasin, streptomisin) istifadəsi məsləhət görülmür, çünki onların güclü nefrotoksik təsirləri vardır.
Tetrasiklinlər az nefrotoksikdirlər, ancaq onlar uremiyanı artırdığından istifadəsi məsləhət görülmür.
Tetrasiklinlər az nefrotoksikdirlər, ancaq onlar uremiyanı artırdığından istifadəsi məsləhət görülmür.
Nitrofuran birləşmələrinin və nalidiks turşusupreparatlarının yalnız XBÇ-nın kompensasiya və latent mərhələsində təyin edilməsi tövsiyyə olunur.
XBÇ-nın terminal mərhələsində xəstələrə konservativ müalicə kömək etmədikdə, permanent (fasiləsiz) hemodializ və böyrəktransplantasiyası üsullarından istifadə edilməlidir.
XBÇ-nın terminal mərhələsində xəstələrə konservativ müalicə kömək etmədikdə, permanent (fasiləsiz) hemodializ və böyrəktransplantasiyası üsullarından istifadə edilməlidir.
Hemodializin aparılmasına göstərişlər:
Hemodializin aparılmasına göstərişlər:
Yumaqcıq filtrasiyası 5 ml/ dəq-dən az olduqda
Kalinin qan zərdabında konsentrasiyası >6 mmol/l olduqda
Oliqoanuriya yaranarsa
Ağciyərlərin ödemi, fibrinoz yaxud nadir hallarda eksudativ perikardit əmələ gələrsə
Periferik neyropatiya əlamətləri artarsa
2005-ci ildə Azərbaycanda cəmi 3 hemodializ mərkəzi var idi. Bu mərkəzlərdə cəmi 200 xəstəni dializ etmək mümkün idi. 800 nəfərə qədər xəstə dövlət hesabına müalicə olunmaq üçün növbə gözləyirdi.
2005-ci ildə Azərbaycanda cəmi 3 hemodializ mərkəzi var idi. Bu mərkəzlərdə cəmi 200 xəstəni dializ etmək mümkün idi. 800 nəfərə qədər xəstə dövlət hesabına müalicə olunmaq üçün növbə gözləyirdi.
27 hemodializ mərkəzi (20-regionlarda, 7-i Bakıda), bu mərkəzlərdə 400-ə yaxın dializ aparatı var.
27 hemodializ mərkəzi (20-regionlarda, 7-i Bakıda), bu mərkəzlərdə 400-ə yaxın dializ aparatı var.
Naxçıvan, Gəncə, Siyəzən, Lənkəran, Bərdə, Şirvan, Qəbələ, Zaqatala, Qazax və s. bölgələrdə dializ mərkəzləri fəaliyyət göstərir.
Bu mərkəzlərdə 2000-dən çox xəstə dövlət vəsaiti hesabına müalicə qəbul edir. Növbə yoxdur.
1 hemodializ aparatının dəyəri təxminən 200 000 avrodur.
1 hemodializ aparatının dəyəri təxminən 200 000 avrodur.
Dializ alan xəstələrin sayı hər il 21-25% artır
Hal-hazırda 15 yaşa qədər uşaqlar arasında hemodializ müalicəsi qəbul edən 11 xəstə var
Hal-hazırda 15 yaşa qədər uşaqlar arasında hemodializ müalicəsi qəbul edən 11 xəstə var
1 xəstənin illik dializ xərci təxminən 15000 manatdır. 1 prosedura dövlətə 115, 1 aylıq müalicə isə 1200-1400 manata başa gəlir.
1 xəstənin illik dializ xərci təxminən 15000 manatdır. 1 prosedura dövlətə 115, 1 aylıq müalicə isə 1200-1400 manata başa gəlir.
Dializ alanların 80%-i həftədə 3 prosedura qəbul edənlərdir.
Azərbaycanda 2010-cu ildən bu işə başlanılıb.
Azərbaycanda 2010-cu ildən bu işə başlanılıb.
Hal-hazırda 14 xəstə bu müalicəni alır.
Xroniki hemodializdə olan xəstələr böyrək köçürülməsi əməliyyatına hazırlanmalıdırlar
Xroniki hemodializdə olan xəstələr böyrək köçürülməsi əməliyyatına hazırlanmalıdırlar
Böyrək transplantasiyasının 45-50 yaşdan yuxarı yaşı olan, şəkərli diabetli xəstələrə aparılması məqsədəuyğun deyildir, çünki bu zaman donor böyrəyinin uyğunlaşmamaq ehtimalı çox olur
Transplantasiya zamanı donor böyrəyi HLA-antigen sistemi ilə seçilir
Donor böyrəyini adətən eyni yumurta əkizlərindən, xəstənin valideynlərindən, bəzi hallarda HLA sistemi ilə uyğun gələn, qəza nəticəsində ölmüş xəstələrdən götürürlər.
Donor böyrəyini adətən eyni yumurta əkizlərindən, xəstənin valideynlərindən, bəzi hallarda HLA sistemi ilə uyğun gələn, qəza nəticəsində ölmüş xəstələrdən götürürlər.
Hal-hazırda 300-ə qədər belə xəstə var.
Hal-hazırda 300-ə qədər belə xəstə var.
Transplantasiya olunmuş xəstələrə dövlətin aylıq sərf etdiyi vəsait 500-600 manatdır.
Böyrək köçürülməsi mərkəzləri (RKUX, Mərkəzi Neftçilər və Kömrük xəstəxanaları)
Statistik məlumatlara görə, hemodializ və böyrək transplantasiyası üsullarını tətbiq etməklə xəstələrin ömürlərini 10-20ilə qədər artırmaq, xəstələrdə proqnozu və xəstələrin həyat keyfiyyətlərini yaxşılaşdırmaq mümkündür.