1-ci tip şəkərli diabet
293.8 yaşlı uşaq 3 gündür xəstədir. Konyuktivit, zökəm əlamətləri var, hərarəti 38C dərəcədir, fotofobiya (işıqdanqorxma) qeyd olunur.
Yanağın iç səthində manna yarmasına bənzər səpgilər görünür.Hansı xəstəlikdən şüphələnirsiniz? Qizılca
294.Xəstəxanaya 4 yaşlı uşaq gətirilib. 2 gündür ki, bütün bədəni başdan – başa kiçik çəhrayı səpgilərlə örtülüb. Uşağın əhvalı pozulmayıb, temperaturu subfebrildir. Palpasiyada ənsə limfa düyünləri böyüyüb.Hansı xəstəlikdən şüphələnirsiniz? Məxmərək
295.Qəbul şöbəsinə 3 yaşlı uşaq daxil olub. Halsızdır, udma və çeynəmənin ağrılı olmasından şikayətlənir. Müayinədə sağ qulaq-arxası nahiyədə xəmir konsistensiyalı şişkinlik əllənir. Şişkinlik üzərində dəri dəyişilməyib. Hansı xəstəlikdən şüphələnirsiniz? Epidemik parotit
296.Xəstəxanaya 5 yaşlı uşaq gətirilib. Süstdür, halsızdır, ətrafa marağı azalıb. Ananın dediyinə görə 10 gün əvvəl angina keçirib. Baxışda temperaturu 39C dərəcədir, dəridə çəhrayı nöqtəvari səpgilər, avazımış burun-dodaq üçbucağı, “moruğu” dil və lakunar angina görünür.Hansı xəstəlikdən şüphələnirsiniz? Skarlatina
297.İnfeksion xəstəxananın qəbul şöbəsinə 7 yaşlı uşaq gətirilib. Narahatdır, qaşınması var, yuxusu pozulub, iştahı azalıb. Müayinədə hərarəti febrildir. Baxışda bədənində müxtəlif formalı səpgilər görünür.
Uşağın dərisində həm ləkə, həm qovuqcuq, həm də qartmaqlar var. Hansı xəstəlikdən şüphələnirsiniz? Su çiçəyi
298.Uşağın 6 yaşı var. Tez -tez angina ilə xəstələnir. Axırıncı dəfə xəstələndikdən 2 həftə sonra zəiflikdən, baş ağrılarından, ürək bulanmadan, səhərlər yuxudan duranda üzündə ödemdən şikayət edir. Sidiyi bulanıq rəngdədir. Hansı xəstəlik barədə düşünmək lazımdır? Qlomerulonefrit
299.Uşağın 7 yaşı var. Müayinə zamanı çəkidən və fiziki inkişafdan geri qalma, periferik limfa düyünlərinin böyüməsi, subfebril hərarət müşahidə olunur. Mantu sınağı 10 mm. Döş qəfəsinin rentgen müayinəsində patologiya aşkar olunmayib. Hansı xəstəlik barədə düşünmək lazımdır? Erkən vərem intoksikasiyası
300. Uşaqda yüngül zökəm əlamətlərı və subfebril temp. müşahidə olunur.Başın tüklü hissəsindən başlayaraq tədricən bütün bədənə yayılan səpkilər əmələ gəlmişdir. 2 gün həmin səpkilərin mərkəzində içərisində seroz maye olan qabarciqlar qeyd olunur Hansı xəstəlikdən şübhələnmək olar? Su çiçəyi
Dostları ilə paylaş: |