Maddə 15 - Şərtlər və zəmanətlər
1. Hər bir Tərəf bu bölmə ilə nəzərdə tutulmuş səlahiyyət və prosedurların müəyyənləşdirilməsi, icrası və tətbiqinin həmin dövlətin hüquq və azadlıqların, o cümlədən bu Tərəfin Avropa Şurasının 1950-ci il tarixli «İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyası, BMT-nin 1966-cı il tarixli «Mülki və Siyasi Hüquqlar haqqında» Paktı, həmçinin insan hüquqları haqqında digər beynəlxalq müqavilələr üzrə öhdəliklərindən irəli gələn digər hüquqların müdafiəsini təmin edən və mütənasiblik prinsipini nəzərdə tutan daxili qanunvericiliyinə uyğun olaraq nəzərdə tutulmuş şərtlərə və təminatlara müvafiq şəkildə həyata keçirilməsini təmin edir.
2. Səlahiyyət və prosedurların xarakteri nəzərə alınaraq, bu şərtlərə və zəmanətlərə, digərlərlə yanaşı, məhkəmə nəzarəti və digər müstəqil nəzarət, tətbiq etmənin hüquqi əsasları, bu səlahiyyət və proseduraların tətbiq etmə dairəsinə və müddətlərinə məhdudiyyət qoyulması daxildir.
3. İctimai maraqlara, xüsusən də ədalət mühakiməsinin əsaslı həyata keçirilməsinə uyğun olması həddində hər bir Tərəf bu bölmədə nəzərdə tutulmuş səlahiyyət və prosedurların üçüncü tərəflərin hüquq, vəzifə və qanuni maraqlarına təsirini nəzərdən keçirir.
Yarımfəsil 2 - Saxlanılan kompüter verilənlərinin mühafizəsinin operativ təminatı
Dostları ilə paylaş: |