Kibercinayətkarlıq haqqında


Fəsil I - Terminlərdən istifadə



Yüklə 180,5 Kb.
səhifə2/48
tarix01.01.2022
ölçüsü180,5 Kb.
#104029
1   2   3   4   5   6   7   8   9   ...   48
Fəsil I - Terminlərdən istifadə

Maddə 1 – Anlayışlar

Hazırkı Konvensiyanın məqsədlərinə nail olmaq üçün:

«kompüter sistemi» - müvafiq proqramlara uyğun olaraq verilənlərin avtomatik işlənməsini həyata keçirən hər hansı qurğunu və ya qarşılıqlı qoşulmuş və ya əlaqəli qurğular qrupunu nəzərdə tutur;

«kompüter verilənləri» - faktların, məlumatların və ya anlayışların kompüter sistemində, o cümlədən kompüter sistemində hər hansı funksiyanın həyata keçirilməsini təmin edən proqram vasitəsilə emal üçün yararlı olan istənilən təqdim formasını nəzərdə tutur;

c) «Xidmət provayderi»:

i) xidmətlərinin istifadəçilərini kompüter sistemi vasitəsi ilə məlumat mübadiləsi imkanı ilə təmin edən istənilən dövlət və ya özəl qurum; və

ii) bu cür rabitə xidməti və ya onun istifadəçilərinin adından kompüter verilənlərinin işlənməsi və ya saxlanılmasını həyata keçirən istənilən digər qurum nəzərdə tutur:

d) «trafik verilənləri»- kompüter sistemi vasitəsilə ötürülən və müvafiq rabitə zəncirinin tərkib hissəsi olan kompüter sistemlərində yaradılan informasiya ilə əlaqəli olan və informasiyanın mənbəyi, təyinatı, marşrutu, vaxtı, tarixi, həcmi, davamlılığı və ya əsas xidmətin növünü göstərən kompüter verilənlərini nəzərdə tutur.




Yüklə 180,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin