Kibercinayətkarlıq haqqında


Yarımfəsil 5 - Kompüter verilənlərinin real vaxt rejimində toplanması



Yüklə 180,5 Kb.
səhifə20/48
tarix01.01.2022
ölçüsü180,5 Kb.
#104029
1   ...   16   17   18   19   20   21   22   23   ...   48
Yarımfəsil 5 - Kompüter verilənlərinin real vaxt rejimində toplanması

Maddə 20 - Trafik verilənlərinin real vaxt rejimində toplanması

1. Hər bir Tərəf onun səlahiyyətli orqanlarına həmin Tərəfin ərazisində kompüter sistemi vasitəsilə real vaxt rejimində ötürülən konkret məlumatlarla əlaqədar trafik verilənləri barəsində aşağıdakı səlahiyyətlərin verilməsi üçün zəruri qanunvericilik və digər tədbirləri görür:

a) bu Tərəfin ərazisində texniki vasitələri tətbiq etməklə məlumatları toplamaq və ya yazmaq;

b) xidmət provayderləri üzərinə mövcud texniki imkanlar çərçivəsində aşağıdakı öhdəlikləri qoymaq;

i) həmin Tərəfin ərazisində texniki vasitələri tətbiq etməklə məlumatları toplamaq və ya yazmaq;

ii) məlumatların toplanmasında və ya yazılmasında səlahiyyətli orqanlarla əməkdaşlıq etmək və onlara kömək etmək.

2. Hər hansı bir Tərəf onun daxili qanunvericilik sisteminə aid olan prinsiplərə əsasən 1»a» bəndində nəzərdə tutulan tədbirləri həyata keçirə bilmirsə, bunun əvəzində o, öz ərazisindəki belə məlumatlarla əlaqədar trafik verilənlərini öz ərazisində mövcud olan texniki vasitələri tətbiq etməklə real vaxt rejimində toplamağı və yazmağı mümkün etmək üçün zəruri ola bilən qanunvericilik və digər tədbirləri görə bilər.

3. Hər bir Tərəf xidmət provayderini bu maddə ilə nəzərdə tutulan istənilən səlahiyyətin həyata keçirilməsi faktının və bu barədə məlumatın məxfiliyinə əməl etməyə məcbur etmək üçün zəruri qanunvericilik və digər tədbirləri görür.

4. Bu maddədə göstərilən səlahiyyət və proseduralar 14-cü və 15-ci maddələrə uyğun olaraq müəyyən edilir.


Yüklə 180,5 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin