Yarımfəsil 2 - İstintaq səlahiyyətləri ilə bağlı qarşılıqlı yardım
Maddə 31 - Saxlanılan kompüter verilənlərinə daxil olma ilə bağlı qarşılıqlı yardım
1. Tərəf digər Tərəfdən kompüter sistemi vasitəsi ilə qorunan, sorğu edilən Tərəfin ərazisində yerləşən verilənlərin, o cümlədən 29-cu maddəyə əsasən saxlanılan verilənlərin axtarışını və ya buraxılmanı təmin edən digər analoji hərəkətlərin həyata keçirilməsini, götürülməni və ya analoji mühafizəni yaxud bu verilənlərin açıqlanmasını sorğu edə bilər.
2. Sorğu edilən Tərəf 23-cü maddədə sadalanan beynəlxalq sənədlərə, razılaşmalara və qanunlara, habelə hazırkı bölmənin müvafiq müddəalarına uyğun olaraq həmin sorğuya cavab verir.
3. Sorğuya aşağıdakı hallarda operativ şəkildə cavab verilir:
a) müvafiq verilənlərin itkiyə və ya modifikasiyaya məruz qalacağına güman etməyə əsaslar olduqda;
b) 2-ci bənddə sadalanan sənədlər, razılaşmalar və qanunlar digər operativ əməkdaşlığı nəzərdə tutduqda.
Dostları ilə paylaş: |