Maddə 46 - Tərəflərin məsləhətləşmələri
1. Tərəflər, müvafiq hallarda, aşağıdakıları təşviq etmək məqsədilə müntəzəm olaraq məsləhətləşmələr keçirirlər:
a) hazırkı Konvensiyadan səmərəli istifadə və onun tətbiq edilməsi, o cümlədən ona aid olan problemlərin, habelə hazırkı Konvensiyaya uyğun olaraq verilmiş hər hansı bəyanat və ya qeyd-şərtin nəticələrin aşkarlanması;
b) hüquqi, siyasi və ya texniki sahələrdə kibercinayətkarlığa və elektron formada sübutların toplanmasına aid mühüm dəyişikliklər haqqında məlumat mübadiləsi;
c) hazırkı Konvensiyaya mümkün əlavə və ya düzəlişlərin edilməsi məsələsinin nəzərdən keçirilməsi.
2. Cinayət problemləri üzrə Avropa Komitəsi 1-ci bənddə göstərilən məsləhətləşmələrin nəticələri haqqında müntəzəm olaraq məlumatlandırılır.
3. Cinayət problemləri üzrə Avropa Komitəsi müvafiq hallarda 1-ci bənddə göstərilən məsləhətləşmələrin keçirilməsinə yardım göstərir və Tərəflərə onların Konvensiyaya əlavə və düzəlişlər etmək səylərinə köməklik etmək üçün zəruri tədbirlər görür. Hazırkı Konvensiyanın qüvvəyə minməsindən sonra üç ildən gec olmayaraq Cinayət problemləri üzrə Avropa Komitəsi Tərəflərlə əməkdaşlıqda Konvensiyanın bütün müddəalarını nəzərdən keçirir və, zərurət yarandıqda, hər hansı müvafiq düzəlişin qəbul edilməsini tövsiyə edir.
4. Avropa Şurası xərclərin öz üzərinə götürdüyü hallar istisna olmaqla, 1-ci bəndin müddəalarının həyata keçirilməsi zamanı əmələ gələn xərcləri Tərəflər özlərinin müəyyən etdikləri şərtlər əsasında ödəyirlər.
5. Avropa Şurasının Katibliyi Tərəflərə onların bu maddədən irəli gələn vəzifələrinin həyata keçirilməsində köməklik göstərir.
Dostları ilə paylaş: |