Azərbaycan Respublikasının «Kibercinayətkarlıq haqqında» Konvensiyanın 24-cü maddəsinin 7-ci bəndinin «a» yarımbəndi üzrə Bəyanati
Azərbaycan Respublikası, Konvensiyanın 24-cü maddəsinin 7-ci bəndinin «a» yarımbəndinə uyğun olaraq, ekstradisiya müqaviləsi olmadığı hallarda ekstradisiya və müvəqqəti həbsə dair sorğuları qəbul edən səlahiyyətli orqan qismində Ədliyyə Nazirliyini təyin edir.
Azərbaycan Respublikasının «Kibercinayətkarlıq haqqında» Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinin «c» yarımbəndi üzrə Bəyanati
Azərbaycan Respublikası, Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinin «c» yarımbəndinə müvafiq olaraq, qarşılıqlı yardım üçün sorğu göndərmək, sorğuları icra etmək və onların icra edilməsi üçün məsul olan səlahiyyətli orqan qismində Milli Təhlükəsizlik Nazirliyini təyin edir.
Dostları ilə paylaş: |