Azərbaycan Respublikasınm «Kibercinayətkarlıq haqqında» Konvensiyanın 27-ci maddəsinin 9-cu bəndinin «e» yarımbəndi üzrə Bəyanati
Konvensiyanın 27-ci maddəsinin 9-cu bəndinin «e» yarımbəndinə uyğun olaraq Azərbaycan Respublikası baş katibi məlumatlandırır ki, səmərəliliyin təmin edilməsi məqsədilə bu bənd əsasında edilmiş sorğular onun mərkəzi hakimiyyət orqanına göndərilməlidir.
Azərbaycan Respublikasının «Kibercinayətkarlıq haqqında» Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndi üzrə Bəyanati
Azərbaycan Respublikası, Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq, kompüter sistemləri və kompüter verilənləri ilə əlaqədar cinayətlərin istintaqı və ya digər icraatın aparılması məqsədilə və ya cinayətlərə dair sübutların elektron formada toplanması üçün təxirəsalınmaz yardımın göstərilməsini təmin etmək məqsədilə sutkada iyirmi dörd saat, həftədə yeddi gün ərzində fəaliyyət göstərən əlaqələndirici qurum qismində Milli Təhlükəsizlik Nazirliyini təyin edir.
Dostları ilə paylaş: |