Yanmfəsil 3 - Məlumatların məzmunu ilə bağlı cinayətlər
Maddə 9 - Uşaq pornoqrafiyası ilə bağlı cinayətlər
1. Hər bir Tərəf aşağıdakı əməllərin qəsdən və hüquqazidd olaraq törədilməsi hallarında onların daxili qanunvericiliyində cinayət əməli kimi tövsif olunması üçün zəruri olan qanunvericilik və digər tədbirləri görür:
kompüter sistemi vasitəsilə yaymaq məqsədilə uşaq pornoqrafiyasının istehsalı;
kompüter sistemi vasitəsilə uşaq pornoqrafiyasının təklif edilməsi və ya istifadə üçün təqdim edilməsi;
kompüter sistemi vasitəsilə uşaq pornoqrafiyasının yayılması və ya ötürülməsi;
özü, yaxud digər şəxs üçün kompüter sistemi vasitəsilə uşaq pornoqrafiyasının əldə edilməsi;
e) kompüter sistemində və ya kompüter verilənlərinin daşıyıcılarında uşaq pornoqrafiyasına malik olma.
2. Bu maddənin 1-ci bəndində göstərilən məqsədlər baxımından «uşaq pornoqrafiyası» anlayışına aşağıdakıları təsvir edən pornoqrafiya materialları daxildir:
a) yetkinlik yaşına çatmamış şəxsin açıq seksual xarakterli hərəkətlərdə iştirakı;
b) yetkinlik yaşına çatmaması güman edilən şəxsin açıq seksual xarakterli hərəkətlərdə iştirakı;
c) açıq seksual hərəkətlərdə iştirak edən yetkinlik yaşına çatmamış şəxsin həqiqi təsvirləri.
3. Bu maddənin 2-ci bəndinin məqsədləri üçün «yetkinlik yaşına çatmamışlar» anlayışı 18 yaşına çatmamış istənilən şəxsi nəzərdə tutur. Lakin, hər bir Tərəf 16 yaşdan az olmamaq şərtilə daha aşağı yaş hədlərini müəyyən edə bilər.
4. Hər bir Tərəf bu maddənin 1-ci bəndinin «d» və «e» yarımbəndlərinin, o cümlədən 2-ci bəndin «b» və «c» yarımbəndlərinin müddəalarını tam və ya qismən tətbiq etməmək hüququnu özündə saxlayır.
Dostları ilə paylaş: |