“Şur” və “Kürd ovşarı” simfonik muğamlarını yazmışdır. Bu simfonik muğamlarda bəstəkar xalq musiqisinin inkişaf prinsipindən istifadə etmişdir. Həmin simfonik muğamlar 1949-da Dövlət mükafatına layiq görülmüşlər.
C.Cabbarlının eyni adlı dramı əsasında yazdığı “Sevil” operasının ilk tamaşası 1953-cü ildə Bakıda Dövlət Opera və balet teatrında böyük müvəffəqiyyətlə keçmişdir. Bəstəkar bir sıra dram tamaşalarına da musiqi yazmışdır: S.Vurğunun “Xanlar”, “Vaqif”, H.Cavidin “Şeyx Sənan”, “Cavanşir” və s.
1961-də simfonik orkestr üçün “Azərbaycan kapriççiosu”nu, “Azərbaycan qravürlərini”, “Nəsimi” vokal xareoqrafik poemasını yazmışdır. 1971-ci ildə “Gülüstan – bayatı şiraz” simfonik muğamını yaradır.
Bəstəkarın balet janrındakı fəaliyyəti 70-ci illərin axırlarına təsadüf edir. O, xalq nağılları mövzusuna müraciət edərək
Dostları ilə paylaş: |