“Sarı bülbül”, “Leyla”, “Qarabağ şikəstəsi” kimi gözəl əsərlər yaradır. O dövrün ən məşhur əsərlərindən biri isə simfonik orkestr üçün yazdığı uvertüradır. Milli musiqidə simfonizm xəttinin davam etdirildiyi bu əsərdə müəllif dünyəvi musiqi klassiklərinin ənənələrini öz fərdi yaradıcılıq süzgəcindən keçirərək müasir ruhlu, milli koloritli əsər yaratmağa nail olmuşdur. Həmin illər Bolqarıstan və Çexoslovakiyada səfərdə olan bəstəkar “Bolqar süitası” və “Çex rəqsi” əsərlərilə diqqət çəkir.
1964-cü ildə yazdığı daha möhtəşəm əsərdə - orkestr üçün “Konsert”də kəskin təzadlar, fəal və müasir musiqi dili, qeyri-adi, parlaq koloritli orkestrovka hiss olunur. Mətbuat, musiqi biliciləri bu əsəri öz müəllifini “böyük orkestr ustadı”, “öz əsərini mahiranə şəkildə instrumentləşdirmiş və çalğı alətlərinin ifaçılıq imkanlarından ustadanə istifadəçi”, “milli simfonik musiqi mədəniyyətinə gözəl hədiyyə” kimi təqdim edirlər.
S.Hacıbəyovun tamaşalara yazdığı musiqilər də
Dostları ilə paylaş: |