"Qız-ulduz", "Pişik və Sərçə" və "Meşə nağılı" operalarını da yazıb. "Şəngülüm, Şüngülüm və Məngülüm" adlı musiqili komediya, violoncel və fleyta üçün konsertlər, simfonik poemalar, kantatalar, dörd simfoniya, instrumental pyeslər, teatr və kino üçün musiqi yazan bəstəkarın böyük simfonik orkestr üçün yaratdığı "Şənlən, mənim xalqım" uvertürası kimi bir çox məşhur musiqi əsərlərinin müəllifidir. 2010-2012 illərdə O.Zülfüqarov "Məlik Məmməd" nağılı əsasında uşaqlar üçün "Sehrli alma" iki hissəli balet, eyni zamanda musiqi dərslikləri yazıb. Uzun illər "Tumurcuq" və "Aysel" Uşaq Mahnı Teatrı Oqtay Zülfüqarovun rəhbərliyi altında Azərbaycan Dövlət Televiziyasında verilişlər hazırlayıb.
1958-ci ildə Qara Qarayevin sinfini uğurla başa vuran Oqtay Zülfüqarov müəlliminin məsləhəti ilə uşaqlar üçün silsilə mahnılar yaratmağa başlayıb. Eyni zamanda o, Qızulduz, Pişik və Sərçə və Meşə nağılı operalarını da yazıb. Şəngülüm, Şüngülüm və Məngülüm adlı musiqili komediya, violoncel və fleyta üçün konsertlər, simfonik poemalar, kantatalar, dörd simfoniya, instrumental pyeslər, teatr və kino üçün musiqi yazan bəstəkarın böyük simfonik orkestr üçün yaratdığı Şənlən mənim xalqım uvertürası 1962-ci ildə Moskvada laureat adına layiq görülüb.
Oqtay Zülfüqarov ömrünün 60 ilindən çoxunu uşaq mahnılarının yazılmasına, Azərbaycan mədəniyyətinin inkişafına həsr etmişdir.
Uşaqlara daim böyük sevgi və həssaslıqla yanaşan Oqtay müəllim onlar üçün şən, gözəl mahnı nümunələri yaratmış və neçə-neçə nəsil bu mahnılarla böyümüşdür. Uzun müddət Azərbaycan televiziyasında onun uşaqlarla apardığı veriliş uşaqların sevə-sevə izlədiyi proqram idi. Oqtay Zülfüqarov 31 avqust 2016-cı ildə 87 yaşında vəfat etmişdir. Əvəzolunmaz sənətkar 2-ci Fəxri Xiyabanda dəfn edilmişdir. Əsərləri Baletlər "Əlibaba və 40 quldur" /libretto müəllifindir/ (1990) "Sehrli alma" /libretto müəllifindir/ (2012) Operalar "Meşə nağılı" "Pişik və sərçə" - libretto: Teymur Elçin "Ulduz-qız" Operettalar "Şəngülüm, Şüngülüm, Məngülüm" "Xoruz" Kukla teatrı tamaşalarına musiqi "Cırtdan" (1995) "İ voüt i bleüt" /libretto – H.Hüseynov/ (1997) "Dovşanın məhkəməsi" /libretto – M.Quliyev/ (1997)16 "Göyçək Fatma" /libretto – M.Dilbazi/, (1998) "Repka" /rus xalq nağılı əsasında/ (1999) Uşaq mahnıları "Ala bula boz keçi" - Sözləri: Abdulla Şaiq "Ay pipiyi qan xoruz" - Sözləri: Abdulla Şaiq "Balaca ovçu" - Sözləri : Hikmət Ziya "Can nənə" - Sözləri: Teymur Elçin "Cırcırama"
44.Azərbaycan bəstəkarları A.Rzayeva,Ş.Axundova, H.Nəcəfova yaradıcılığı
Ağabacı Rzayeva (1912-1975)
Ağabacı İsmayıl qızı Rzayeva 15 dekabr 1912-ci ildə Bakıda musiqiyə dərin hörmət bəslənilən ziyalı ailəsində anadan olmuşdur.
Onun bəstələdiyi ilk əsər
Dostları ilə paylaş: |