“Kiçik orqan” kitabını yazır. 1739-cu ildə yazdığı Clavierbung və "Böyük on səkkiz"


«Burun» (N.Qoqolun povesti əsasında) və «Msensk qəzasından ledi Makbet»



Yüklə 56,1 Kb.
səhifə5/35
tarix31.12.2021
ölçüsü56,1 Kb.
#112528
1   2   3   4   5   6   7   8   9   ...   35
musiqi bestekarlar

«Burun» (N.Qoqolun povesti əsasında) və «Msensk qəzasından ledi Makbet» (N.Leskovun hekayəsi əsasında) operaları musiqi baxımından həddindən artıq mürəkkəb elan olunur və səhnədən çıxarılır. Bu əsərlər yalnız 60-cı illərdə həyata qayıdır və XX əsr dünya opera sənətinin parlaq nailiyyətləri kimi layiqincə qiymətləndirilir. Şostakoviçin müxtəlif teatr tamaşalarına, «Ovod», «Hamlet», «Kral Lir» və başqa kinofilmlərə yazdığı musiqi, eləcə də A.Blokun, M.Svetayevanın sözlərinə bəstələdiyi romansları bəstəkar irsinin dəyərli səhifələridir.

Şostakoviç Azərbaycan musiqisinin inkişafına da böyük təsir göstərmişdir. Qara Qarayevin dediyinə görə, «Azərbaycan bəstəkarlıq məktəbinin formalaşmasından danışarkən ilk növbədə Üzeyir Hacıbəyov və Dmitri Şostakoviçin — bu iki klassikin adlarını çəkməliyəm». Onu da qeyd edək ki, Qara Qarayev Cövdət Hacıyevlə birgə Şostakoviçin sinfındə təhsil almış, onunla sıx yaradıcılıq və dostluq münasibətində olmuşlar. Bəstəkar 1975-ci ildə vəfat edib.

Dmitri Borisoviç Kabalevski (1904 – 1987)

D.B.Kabalevski 1904-cü ildə Peterburqda anadan olmuşdur.

Müharibənin ilk aylarında kütləvi mahnılar, səs və orkestr üçün vokal monoloqlar, səs ila f-no üçün S.Marşakın sözlərinə 3 uşaq mahnısı, “7 şən mahnı”, vokal silsiləsi, “Böyük Vətən” kantatası meydana çıxır.

Müharibə illərinin əsərlərindən danışarkən “Xalq qisasçıları” süitasını, “Od içində” operasını, N.M.Myaskovskiyə həsr olunmuş 24 prelüd silsiləsini (f-no üçün), 1944-cü ildə “Don Kixot” radio tamaşasına yazdığı musiqini qeyd etmək lazımdır. Müharibədən sonraki dövrdə bəstəkar instrumental musiqi sahəsində çox fəal işləyir, V.Şekspirin “Romeo və Cülyetta” faciəsinə “Musiqi lövhələri” süitasını yazır. Bəstəkar 20 illik fasilədən sonra yenidən simfoniya janrına müraciət edərək, 1966-cı ildə 4cü simfoniyasını bəstələyir.

1947-50-ci illərdə B.Qorbatovun “Yenilməz insanlar” povesti üzrə “Tarasın ailəsi”, 60-cı illərdə L.Lavrovun povesti üzrə “Bacılar” operasını, 1952-ci ildə “Bahar oxuyur” operettasını yazır.

Kabalevskinin ən məşhur əsərlərindən biri şair R.Rojdestvenskinin sözlərinə yazdığı “Rekviem” əsəridir. Əsər Böyük Vətən müharibəsində həlak olmuş qəhrəmanlara ithaf olunub. “Rekviyem”ə görə bəstəkar Dövlət mükafatına layiq görülür. Yaradıcılığının son dövründə Kabalevski V.Şekspir, R.Həmzətov, S.Marşak və başqa şairlərin şeirlərinə müraciət edərək, romanslar bəstələyir. Bas və f-no üçün Şekspirin sözlərinə yazdığı “On Sonet” bəstəkarın yaradıcılığında önəmli rol oynayır. Onlar lirik monoloq tərzində bəstələnmişdir. D.B.Kabalevski 1987-ci ildə vəfat etmişdir.

37.Azərbaycan professional musiqisinin banisi Ü.Hacıbəyli yaradıcılığı ( 1885-1948)

Ü.Hacıbəyov Az-da ilk dəfə olaraq həmçinin bir sıra müxtəlif musiqi janrlarının əsasını qoymuşdur: opera, musiqili komediya, simfonik və xalq çalğı alətləri orkestri üçün əsərlər, vokal və s. bəstəkarın yaradıcılığı teatr sənəti sahəsində təkamül etmişdir. İlk operaları muğam üzərində qurulduğu halda “Koroğlu” operasında xalq musiqisinin milli mənbələrindən istifadə edərək özünəməxsus orijinal musiqi üslubunu yaratmışdır.

Ü.Əbdülhüseyn oğlu Hacıbəyov 1885-ci ildə Şuşa yaxınlığında Ağcabədi kəndində anadan olmuşdur. 1897-ci ildə Ü.H. Şuşada olan iki illik rus-tatar məktəbinə daxil olur. Həmin məktəbi müvəffəqiyyətlə bitirən Ü.H. 1899-cu ildə Qori müəllimlər seminariyasına daxil olur. Qori seminariyası ibtidai siniflər üçün müəllim hazırlayırdı. 1904-cü ildə o, seminariyanı ibtidai sinif müəllimi kimi bitirir. 1904-cü ildə seminariyanı bitirdikdən sonra Bakıya qayıdır və Hadrut kəndində müəllimlik edir. İbtidadi sifinlərdə dərs deyərək şagirdlərdən ibarət xor kollektivi təşkil edir. Sonralar o, Bibi Heybətdə “Səadət” məktəbində azərbaycan və rus dillərindən, eləcə də nəğmə və hesab dərsi deyir.


Yüklə 56,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin