1961-ci ildə “Vətən” operası və “Sülh uğrunda” simfonik poeması Dövlət mükafatına layiq görülmüşdür. 1977-ci ildə yaradıcılıq fəaliyyətinə görə Oktyabr İnqilabı ordeni ilə təltif olunmuşdur.
C.Hacıyev 2002-ci ildə vəfat etmişdir. 1. Sülh uğrunda 2. IV simfoniya (Leninə) 3. Oratoriya 4. V simfoniya (İnsan, Yer , Kainat) 5. “VIII simfoniya”: “Onu zaman seçib” H.Əliyev
41.Azərbaycan bəstəkarları S.Rüstəmov, A.Məlikov, C.Cahangirov yaradıcılığı
Səid Rüstəmov (1907 – 1982)
Onun yaradıcılığı dövrün nəbzinə müvafiq olaraq, neftçiləri, pambıq tarlalarında çalışan zəhmətkeşləri, eləcə də hərbçiləri və vətən naminə çalışanları təmsil edir. Bəstəkar daima sülh, vətən, dostluq, həmçinin vətənpərvərlik mövzularına üstünlük vermişdir. Onun yaradıcılığı təkcə mahnı janrında yox, musiqili komediya, eləcə də instrumental janrlarda öz əksini tapır.
Səid (Əli oğlu) Rüstəmov 1907-ci ildə (İrəvanda) anadan olmuşdur. 1931-ildən S.Rüstəmov Ü.Hacıbəyov tərəfindən təşkil edilmiş ilk notlu x.ç.a. orkestrinin bədii rəhbəri və baş dirijoru işləmişdir. Burada o, Azərbaycan xalq mahnılarını işləmiş,
Dostları ilə paylaş: |