Qriq 12 mahnı və romans nəşr etdirmişdir. Ölümündən sonra isə daha 5 pyesi işıq üzü görür. Əsərlərinini bir qayda olaraq Norveç və Danimarka şairlərinin şerləri üzərində yazmış Qriq nadir hallarda H. Heyne, A. Şamisso və L.Ulanda kimi alman şairlərinə də müraciət etmişdir. Bəstəkar Skandinaviya ədəbiyyatına, xususən də doğma Norveçinin ədəbiyyatına maraq göstərmişdir.
Əsas əsərləri17 "Holberq zamanından" suitası, Op. 40 Fortepiano üçün altı lirik pyes, Op. 54 Simfonik rəqslər" Op, 64 (1898) Norveç rəqsləri" Op, 35 (1881) Simli kvartet sol minor Op. 27 (1877-78) Üç skripkalı sonata Op. 8 (1865) Violenç üçün sonata lya minor Op. 36 (1882) "Payızda" konsert üçün üvertura, (I Hst, op. 11) (1865) "Sigurd Yorsalfar" Op. 26, (1879) (B. Byornsonun faciə dramına yazdığı musiqidən üç orkestrli pyesi) "Troldhaugendə toy günü" Op. 65, No. 6 "Ürək yaraları" (Hjertesar) iki həzin melodiyasından, Op.34 "Sigurd Yorsalfar" Op.56 – Ehtiram marşı "Per Günt" Suita No. 1, Op.46 "Son bahar" iki həzin parçasından, Op. 34 Piano üçün konsert, A minorda, Op. 1
CÜZEPPE VERDİ (1813 -1901)
10 oktyabr 1813-cü ildə Şimali İtaliyadakı Ronkole şəhərində, hazırda muzey kimi istifadə olunan evdə dünyaya göz açıb. O, 1838-ci ildə ilk bəstəsini hazırladı. 1838-ci ildə yazdığı "Operto" adlı ilk operası Milanda o dövrün məşhur sənətkarları tərəfindən çox bəyənildi. Əvvəlcədən bağladığı müqavilə səbəbindən komik opera bəstələməli idi. Məcburiyyətdən ilk komik operası "Bir günlük kral"ı yazdı. Bu əsər La Skalada müvəffəqiyyətsizliklə qarşılaşdığı üçün ruhi düşkünlük yaşayan Verdi artıq əsər bəstələməməyə qərar verdi.
Verdini bu çətin məqamdan xilas edən Bartolomeo Merelli oldu. Merelli Verdinin yaxşı bəstəkar olduğuna inanır və işinə geri dönməyini istəyirdi. Buna görə Verdiyə bir ssenari verib onu evə göndərdi. Opera bəstələməməyə and içən Verdi, evə gələndə ssenarini yerə atır, ancaq açılan səhifədə yazılı olan sözlər marağını çəkir. Orada yazılan sözlər Verdini çox təsirləndirmişdi. Operanı çox sevməsinə baxmayaraq, bəstələməməyə qərarlı olan Verdi Merellinin yanına getdi, amma razı olmuş şəkildə geri döndü. Beləcə Verdinin üçüncü operası "Nabukko" yarandı. Yəhudilərin Babildən sürgün olunması mövzusunda hazırladığı əsərini 1841-ci ildə tamamladı. Bu əsər Verdiyə ilk böyük müvəffəqiyyət qazandırdı və onun adını məşhur İtalyan bəstəkarlarının arasına yazdıracaq şöhrəti gətirdi. Verdi özü qeyd edirdi ki, məhz bu opera ilə o, əsl yaradıcılığa başlamışdır. Bu opera doğurdan da tamaşaçı kütləsi tərəfindən böyük maraq və heyranlıqla qarşılanmışdır.
"Nabukko"dan sonra ard-arda "Lombardi", "Ernani", "I due Foscari" operalarını yazan Verdi böyük şöhrət qazandı. "Nabukko" və "Lombardi"nin xor hissələri küçədəki xalqın və italyan vətənpərvərlərin dilindən düşmürdü. "Ernani" operası isə ona İtaliyadan kənarda da məşhurluq qazandırdı. "Alzira", "Atilla", "Makbet" digər İtaliya şəhərlərində, "I Masnadieri" əsəri isə Londonda səhnələşdirildi.
Verdinin dünyada digər operalardan ən üstün olduğu əsəri "Don Karlos"dur. "La Traviata" operasında ilk dəfə cəmiyyət psixologiyası ilə əlaqədar aktual mövzunu işləyərək opera tarixçilərinə görə o günə qədər kimsənin cəsarət edə bilmədiyi tətbiqin qabaqcılı oldu.
1848-ci ildə Milanın avstriyalılar tərəfindən tutulmasından sonra "Il Corsaro", "La Battaglia di Legnano" və "Luisa" Miller operalarını yazdı.
1851-ci ildə Verdinin "ən yaxşı əsərim" dediyi "Rigoletto" Venesiyada, 1853-cü ildə isə "Il Trovatore" Romada böyük müvəffəqiyyət qazandı. "Rigoletto"nun mövzusunu Viktor Hüqonun "Kral əylənir" adlı əsərindən götürülüb. "Il Trovatore"nin mövzusu isə qarışıq və başa düşülməsi çətin olan operadır. 5 il 20 opera yazmağa ara verdikdən sonra, 1867-ci ildə "Don Karlos" operasını yazdı. Misirdən gələn sifarişlə yazdığı, 1870-də üzərində işə başladığı məşhur "Aida" operası bir il sonra Süveyş kanalının açılışı zamanı Qahirədə səhnəyə qoyuldu. 15 il opera yazmayan Verdi, hamının bəstəkarlıqla vidalaşdığını düşündüyü zaman, 1887-ci ildə "Otello" operası ilə fanatlarının qarşısına çıxdı. "Otello" Verdinin səs və orkestr arasındakı tarazlığı tapdığı ən yetkin əsəridir. 6 il sonra, 1893-cü ildə ikinci komik operası və son əsəri "Falstaff"ı bəstələdi və böyük müvəffəqiyyət qazandı. Əsər ilk dəfə Romada təqdim olundu. Bundan sonra Verdiyə Roma şəhərinin fəxri vətəndaşı titulu verildi. "Falsaff"ı bəstələdikdən sonra o, təkliyə çəkilərək 11 ilini hamıdan uzaqda yaşadı. Dahi bəstəkar 1901-ci il yanvarın 21-də, 88 yaşında Milanda "Grand Hotel"in otağında dünyaya göz yumdu. O, yalnız 20 adamın və kiçik hərbi birliyin qatıldığı səssiz və musiqisiz cənazə mərasimi vəsiyyət etmişdi. İstəyinə uyğun cənazə mərasimi keçirilsə də, bir ay sonra onun və həyat yoldaşı Cüzeppinanın tabutları Milandakı qəbiristanlıqda olan müvəqqəti məkanlarından çıxarılaraq böyük mərasimlə "Casa di Riposo"ya aparıldı. İtalyan kral ailəsi üzvlərinin, millət vəkillərinin, diplomatların da qatıldığı mərasimdə minlərlə adam "Nabukko" operasındakı məşhur ilahini xor halında səsləndirdi.
29.Rus musiqi mədəniyyəti. “Qüdrətli dəstə” bəstəkarları
30.XIX əsr Rus musiqi mədəniyyəti. M.İ.Qlinka
Mixail İvanoviç Qlinka (1804 – 1857)
Mixail İvanoviç Qlinka 1804 – cü ildə Smolensk quberniyasının Novospassk kəndində anadan olmuşdur. Kiçik yaşlarından müstəqil olaraq 2 fortepiano, skripka və fleytada çalmaq öyrənir. O, yüksək mədəniyyəti və hərtərəfli inkişafı ilə fərqlənirdi. İspan, italyan, fars və s. kimi 8 xarici dil bilirdi. 1832 – ci ildə Qlinka milli opera yaratmaq fikrinə düşür.
Qlinka rus xalqının fədakarlığını, avam kəndlinin qəlbinin təmizliyini, sadiqliyini, vətən uğrunda mübarizəsini təsvir edən "İvann Susanin" operasını yazır. Operanın ilk tamaşası 1836 – cı ildə olmuşdur. Həmin gün musiqi tarixinə rus klassik operasının yaranması günü kimi düşdü. Operanı rus cəmiyyətinin qabaqcıl nümayəndələri alqışlarla qarşıladılar.
1837 – ci ildə Qlinka saray nəzdində olan kapellada işləyir. Bu dövrdə bəstəkar yeni – "Ruslan və Lüdmila" operasını yazmaq qərarına gəlir. Arzu edirdi ki, operanın librettosunu A.S. Puşkin yazsın, lakin librettonu bəstəkar özü yazmalı oldu.
Operanın ilk tamaşası 1842-ci ildə çox böyük müvəffəqiyyətlə keçmişdir. Operanın 3 müvəffəqyyəti haqqında mətbuatda çoxlu təriflər çap edilmişdir. Qlinka eyni zamanda "Vals fantaziya", N.V. Kukolnikin (1808–1868) "Knyaz Xolmski" faciəsinə musiqi, 12 romansdan ibarət "Peterburqla vida" məcmuəsini və s. əsərlər yazmışdır. Bəstəkar 1844–cü idə Parisə, 1845–ci ildə İspaniyaya gedir. İspaniyada olarkən xalq mahnı və rəqslərini dinləmiş və nota salmışdır. Bu səfərin təsərrüfatı nəticəsində o, "Araqon xotası" uvertürasını, İspaniyadan qayıtdıqdan sonra (1848 – ci ildə) ikinci ispan uvertürasını yazır. 1848–1857–ci illəri Qlinka Peterburq, Varşava, Paris və Berlində keçirtmişdir.
O, 1848 – ci ildə "Kamarinskaya" simfonik poemasını yazır, "Taras Bulba" simfoniyası və "İki ərli" operası üzərində işləməyə başlayır. Lakin bəstəkar bir qədər ruhdan düşmüşdü, onun operaları demək olar ki, tamaşaya qoyulmurdu. Peterburqda ona qarşı intriqa yaranmışdır. Rus mədəniyyətinin qabaqcıl xadimləri Qlinkanın tərəfində idilər. O, A. S. Darqomıjski, V. S. Stasov (1824 – 1906), A. N. Serov (1820 – 1971) ilə tanış olur. Onlar dostluq edirlər və tez – tez Qlinkanın evində toplaşıb yeni musiqi əsərlərini dinləyib təhlil edirdilər. Tədricən gələcək "Qüdrətli dəstə" nin rəhbəri gənc M.A. Balakirev (1836 – 1910) də onlara qoşulur və onlar möhkəm dostluq edirlər.
1856–cı ildə Qlinka Berlinə gedir. 1857 – ci ilin yanvar ayında konsertdən qayıdarkən xəstələnir və 1857 – ci il fevralın 3 – də vəfat edir. Onun külünü Peterburqa aparırlar.
31.XIX əsr Rus musiqi mədəniyyəti. A.P.Borodin, N.A.Rimski-Korsakov, M.P.Musorqski, P.İ.Çaykovski
Aleksandr Porfiroviç Borodin (1833-1887)
A.P. Borodin 1833-cü ildə anadan olmuşdur. Borodin "Knyaz İqor" operasını Qlinkanın xatirəsinə həsr etmişdir. Qlinkanm musiqi düşüncələrinin cizgiləri Borodin yaradıcılığında öz əksini tapmışdır.
Borodin yaradıcılığı həcmcə çox da geniş deyildir. Buna baxmayaraq onun əsərləri forma və janrların müxtəlifliyi, rəngarəngliyi ilə diqqəti cəlb edir. Lirika onun yaradıcılığında əsas yer tutur.
O, həmçinin xalq yaradıcılığına da istinad edir. Məs. "Knyaz İqor" operasından "xor poselyan" və yaxud "Plaç Yaroslavnı" (refren) Borodin üslubunun formalaşmasında şərq elementləri də xüsusi rol oynayır. O, öz yaradıcılığında şərq musiqisindən çox məharətlə istifadə etmişdir. Onun yaradıcılığmda şərq musiqi elementləri müxtəlif variantlaıia çox geniş inkişaf etmişdir və onlar rus musiqisi ilə yaxınlaşaraq vəhdət təşkil edir. Rus və şərq musiqisi Borodin yaradıcılığında bir-birinə o qədər yaxındır ki, onları fərqləndirmək mümkün deyil (ayırmaq
Borodin 14-15 yaşmda olarkən artıq bəstəkar kimi fəaliyyət göstərirdi. O, müxtəlif alətlər üçün bir sıra əsərlər yazır. O, 1867-ci ildə Es-dur I simfoniyasını yazır. Bu simfoniya ilə Borodin artıq bir bəstəkar kimi tanmmağa başlayır. Həmin il Borodinin iki böyük əsəri II h moll simfoniyası (Boqotırskaya) və "Knyaz İqor" operası onun yaradıcılığmm bünövrəsini qoydu.
"Knyaz İqor" operası "İqo polku haqqında dastan" əsasmda yazılmışdır. Bu 2 əsərin yazılması böyük bir dövrü əhatə edir. II simfoniyasıni bəstəkar 1876-cı ildə tamamlayır. "Knyaz İqor" operasıni isə ömrünün axırınadək yazmışdır.
80-ci illərin əvvəllərində "Orta Asiyada” simfonik lövhəsini yazır. Bəstəkarm III ( a moll) simfoniyası tamamlanmışdır. Borodin 1887-ci ildə (27/11) vəfat etmişdir. Onun "Knyaz İqor" operası ölümündən sonra RKorsakov və Qlazunov tərəfindən tamamlanmışdır. İlk tamaşa 1890-cı ildə Mariinski teatrının səhnəsində olmuşdur.
Nikolay Andreyeviç Rimski - Korsakov (1844 - 1908)
Nikolay Rimski-Korsakov 1844cü il 6 martda Rusiyanın Novqorod əyalətində dünyaya gəlmişdir. 12 yaşında hərbi-dənizçilik akademiyasına yazılan Nikolay, 15 yaşında pianino dərsləri almağa başlayır. 1861ci ildə görüşdüyü M. Balakiryev (“5”dən 1-i) onu bəstəkarlığa daha da həvəsləndirir. 18 yaşında akademiyanı bitirdikdən sonra 3 illik dəniz səyahətindən təəssüratları (1862-1865), Korsakovun yazacağı operalarda da özünü göstərir. İlk peşəkar simfonik bəstəsini edərkən onun 21 yaşı var idi. 1873də hərbi-dəniz akademiyasını tərk edən Nikolay, 1 il sonra Peterburqda “3-cü simfoniya” ilə ilk professional çıxışını reallaşdırır.
Qoqolun əsərlərindən “May gecəsi”ni (1880), Ostrovskinin nağıllarından “Qar qızı” (1881) yazan Rimski-Korsakov, 1888ci ilə qədər durğunluq dövrünü yaşayır və heç bir nəzərəçarpan işə imza atmır. Çox vaxt bu periodun başlıca səbəbi kimi özünə rəqib gördüyü Çaykovski’nin uğurları qeyd olunur, “Motsart və Salyeri” (1897) və “Çarın nişanlısı” (1898)
1905-1907ci illərdə baş tutan siyasi çıxışlarda 100-ə qədər tələbəni dəstəkləmiş Rimski-Korsakov’un konservatoriya professorluğu və əsərləri bir müddət qadağan edilsə də, müəllim və tələbə heyətinin etirazlarından sonra yenidən öz vəzifəsinə qaytarılır.
Nikolay Rimski-Korsakov Rusiya Musiqi cəmiyyətinin fəxri üzvlüyündən rəsmən imtina edir. 61 yaşlı bəstəkarı buna vadar edən səbəb inqilabçı tələbələrin təqibi idi. Rimski-Korsakovu tanıtmaq üçün onun “Sadko”, “Motsart və Salyeri”, “Ölməz Kaşey”, “Milad qabağı gecə”,"Qarqızı" operalarının adını sadalamaq bəlkə də yetərlidir.
Nikolay Rimski-Korsakov 1908-ci ildə 8 iyunda vəfat etmişdir.
Modest Petroviç Musorqski (1839-1881)
M.P.Musorqski 1839-cu ildə Pskov quberniyasının kəndində anadan olmuşdur. Yaratdığı misilsiz musiqi nağıllarında öz xalqının mənəvi-estetik görüşlərini, təxəyyülünü, rəvayət və əfsanələrini, qədim adət-ənənələrini canlandırmaqla milli xarakteri verməyə çalışan Rimski-Korsakovdan da, xalqın bahadır qüdrətini, qəhrəmanlığını epik surətlərdə ümumiləşdirən Borodindən də fərqli olaraq, Musorqski öz əsərlərində - "Boris Qodunov" və "Xovanşina" operalarında, faciəvi mahnı və romanslarında ilk növbədə rus xalqının ağrıacısını, bəlalarını, fəlakətini açıb göstərirdi.
"Qüdrətli dəstə"nin ön sıralarında addımlayan cəsarətli sənətkarlardan biri – Musorqskinin “Soroçin yarmarkası” komik operaları, “Detskaya” vokal silsiləsi, “Na noç lisoy qore” adlı orkestr üçün yazmış fantaziyası, “Sərgidən şəkillər” kimi əsərlərində sənətdə dediyi kəsərli sözlə, bədii kəşfləri, novatorluğu ilə nəinki rus musiqisinin sonrakı inkişaf mərhələsini "qabaqlamış", həm də milli hüdudlara sığmayan, daha geniş miqyasda - ümumdünya musiqi mədəniyyəti kontekstində nəzərdən keçirilməli olan mənəvi dəyərlər yaratmışdır.
Cəmiyyətin eybəcərliklərini, iç üzünü cəsarətlə açıb göstərən bəstəkar çox zaman acı gülüşdən, istehzadan, satiradan güclü bir vasitə kimi istifadə edir. "Seminarist", "Keçi", "Birə" kimi vokal incilər buna parlaq misaldır. "Unudulmuş" adlı vokal ballada, "Ölüm mahnıları və rəqsləri" silsiləsindən olan "Serenada", "Trepak" kimi romanslar, "Kalistrat", "Yeryomuşkanın laylası" - bəstəkarın sanki xalq içərisindən seçib götürdüyü ayrı-ayrı insanların acı taleyini, düçar olduğu bəlaları böyük bədii qüvvə ilə, inandırıcı şəkildə açır.
həmçinin "Günəşsiz" silsiləsinin romansları bəstəkarın insan qəlbinin ən gizli qatlarına varmaq qabiliyyətini, psixoloji dərinliyi ilə seçilən faciəvi obrazlar yaratmaq məharətini nümayiş etdirir.
Pyotr İliç Çaykovksi (1840 - 1893)
Pyotr İliç Çaykovski 1840 – cı ildə Votkinsk şəhərində anadan olmuşdur. Onun yaradıcılığının mərkəzini fəlsəfi psixoloji problemlər tutur.
Bəstəkarın yaradıcılığında opera əsas yer tutur. O, həmçinin rus balet janrının da banisidir. 1877 – ci ildə əsəbilik xəstəliyi keçirən Çaykovski xaricə gedir. Xaricdə olarkən “Yevgeni Onegin” operasını və dördüncü simfoniyasını tamamlayır. Çaykovski simfonik konsertlərdə, opera tamaşalarında dirijor kimi çıxış edərək böyük müvəffəqiyyət qazanmışdır. Xüsusilə Praqada bəstəkar böyük rəğbətlə qarşılanmışdır. “Orlean qızı”, “Mazepa”, “Qaratoxmaq qadın”, “İolanta” operaları, “Manfred”, V və VI simfoniyaları, “İtalyan kapriççinosu”, “Yatmış gözəl”, “Şelkunçik” baletləri, bir sıra romans və kamera instrumenta əsərlər – bəstəkarın tam kamil dövründə yazılmış əsərlərdir.
Çaykovskinin simfonik yaradıcılığını onun 6 simfoniyası (1866 — 1893), Şekspirin əsəri əsasında yazdığı “Romeo və Cülyetta” uvertürası (1869), “Qarışqa” (1873), “Françesko da Rimini” (1876), “Manfred” simfoniyası (1855), “Hamlet” fantaziyası (1888) təşkil edir. Çaykovskinin İtaliya səfərinin təəssüratı ilə yazılmış “İtalyan kapriççiosu” geniş şöhrət qazanmışdır.
Onun son operası olan “İolanta” 1891 – ci ildə yazılmışdır. Çaykovskini cəlb edən səhnə əsərlərindən biri də balet idi. Bəstəkarın balet musiqisində simfonik pantomima elementləri geniş inkişaf etmişdir. Onun ilk baleti “Qu gölü” 1876 – cı ildə yazılmışdır. Sonra o, “Yatmış gözəl” (1889) və “Şelkunçik” (1891) baletlərini yazmışdır.
P. İ. Çaykovski 1893 – cü ildə ağır xəstəlikdən sonra vəfat etmişdir.
32. XX əsr Rus musiqi mədəniyyəti. S.S.Prokofyev, D.P.Şostakoviç, D.Kabalevski
Sergey Sergeyeviç Prokofyev (1891 – 1953)
Prokofyevin əsərləri son dərəcədə nikbin və işıqlıdır. Ən dramatik mövzularda yazdıqda belə bəstəkar heç zaman kədər və ümidsizlik hisslərinə qapılmır, xoş gələcəyə, insanın mətin iradəsinə, onun dərin idrakına inamını itirmir. Prokofyev sözün əsl mənasında novator sənətkar olmuşdur. Prokofyevin musiqisi fəal və dinamikdir. Sergey Prokofyev 1891-ci ildə Yekatirinoslav quberniyasının Sonsov kəndində aqronom ailəsində anadan olmuşdur.
Bəstəkarın istinad etdiyi ədəbi mənbələr sırasında nağıllar xüsusi yer tutur. Məsələn, "Üç portağala məhəbbət" (1921) operası, “Semyon Katko” operasını, İtaliya dramaturqu K.Qotsinin nağılı, "Zoluşka" (1945) baleti, fransız yazıçısı Ş.Peronun eyniadlı nağlı, "Təlxək haqqında nağıl" və "Daş çiçək haqqında hekayət" baletləri isə rus nağılları əsasında yazılmışdır.
Prokofyevin şah əsərlərindən biri -"Romeo və Cülyetta" (1935) baleti dahi U.Şekspirin faciəsi, "Duenya" operası isə ingilis dramaturqu R.Şeridanın pyesi əsasında yaranmışdır. Bütün yaradıcılığı boyu Prokofyev uşaqlar üçün xeyli musiqi əsəri bəstələmişdir. Bunlardan, məsələn, "Petya və canavar" simfonik nağılında bəstəkar balaca musiqisəvərləri müxtəlif musiqi alətləri ilə tanış etməyi qarşısına məqsəd qoymuş və nağılın hər bir qəhrəmanını müəyyən alətin tembri vasitəsilə səciyyələndirmişdir. Səs və fortepiano üçün "Çirkin ördək balası" "Uşaq musiqisi" fortepiano məcmuəsi də Prokofyevin uşaqlara həsr etdiyi dəyərli sənət nümunələridir.
1950-ci illərdə “Əsl insan haqqında povest” operası, “Daşçiçək haqqında nağıl” baleti VIII simfoniyasını yazır. 1953-cü ildə o, SSRİ-nin rəhbəri İosif Stalinlə bir gündə — martın 5-də dünyasını dəyişir.
Dmitri Dmitriyeviç Şostakoviç (1906 – 1975)
1906-cı ildə Peterburqda mühəndis – kimyaçı ailəsində anadan olmuşdur. 2 simfoniya, “Nos” operasını, “Bolt” baletini, “Klop” komediyasına musiqi, “Katorina İzmayılova” operalarını yazmışdır. Bəstəkar şah əsərlərindən sayılan 5-ci simfoniyası ilə yaradıcılığının yetkinlik dövrünə qədəm qoyur. Şostakoviçin İkinci Dünya müharibəsi illərində 1941-ci ildə 7-ci simfoniya isə sənət fədakarlığının əsl nümunəsidir.
Şostakoviç müxtəlif alətlər üçün də dəyərli əsərlər yaratmışdır. Belə ki, o, fortepiano üçün 24 prelüd və fuqa, bir neçə konsert və digər əsərlərin müəllifidir. Müharibədən sonrakı illərdə “Moskva”, “Çeryomuşki” operettasını, I skripka konsertini, “Yəhudi xalq poeziyası” vokal məcmuəsini, “Meşələr haqqında mahnı” oratoriyasını 24 prelüd və füqa, 10 xor poemasını XXI simfoniyaları yazmışdır.
Dostları ilə paylaş: |