Kiçik Qafqazın iqlimi



Yüklə 248,49 Kb.
səhifə3/7
tarix08.10.2023
ölçüsü248,49 Kb.
#129860
1   2   3   4   5   6   7
Sunu (72)

Xəzər dənizinin Azərbaycan sahillərinin uzunluğu 825 km təşkil edir. Xəzər dənizi qiymətli ağ balıq növləri ilə zəngindir — nərə balığı, kütüm, qızıl balıq. Xəzər dənizi qara kürü, qurubalıq istehsalı və balıq konservlərinə görə dünyada məşhurdur. Xəzər dənizi xüsusilə neft-qaz ehtiyatları ilə zəngindir . Xüsusilə, Azərbaycan, Qazaxıstan və Türkmənistanın sahil zonaları özünün neftli qazlı olması ilə fərqlənirlər. Xəzər dəniz nəqliyatı inkişaf edib. Azərbaycan Xəzər, Volqa-Don kanalı vasitəsilə dünya okeanına çıxır. Azərbaycanın Xəzərdə ən böyük limanı Bakıdır. Türkmənistanın Türkmənbaşı, Bektaş, Qazaxıstanın Aktau, Rusiyanın Həştərxan, Mahaçqala, İranın-Ənzəli limanları Xəzər dənizi qarşısında duran əsas məsələlər:

1)səviyyəsi tez-tez tərəddüd edir, çətinlik yaradır

2)ekoloji problemi isə neft-qaz çıxarılması və çaylar

vasitəsilə Rusiyadan çoxlu çirkli suların axıdılmasıdır.

3)Qafqazın ekoloji vəziyyətinin qorunması. Kürün və Araz çaylarının çox çirklənməsi

4) Təbii fəlakət hadisələrinin geniş yayılması, zəlzələr, daşqınlar, sürüşmələr, doluvurma

Daxili sular

Kiçik Qafqazın şimal-şərq yamacından axan Akstafaçay, Tovuzçay, Əsrikçay, Zəyəm, Şəmkirçay, Gəncəçay və Kürəkçay - Kürə qovuşaraq, onun sağ qollarını əmələ gətirir. Əsasən yağış (70%) qismən qar və yeraltı sularla qidalanır. 6. Kiçik Qafqazın cənub-şərq yamacından axan Tərtər, Xaçın, Həkəri, Oxçu və Qarqarçay - Mil və Qarabağ düzlərinin suvarılmasında istifadə edilir. Bu çaylar püskürülmüş vulkanik süxurlanından ibarət Qarabağ vulkanik yaylasında formalaşdıqlarından əsasən yeraltı sularla qidalanır. Belə süxurların geniş yayılması ərazidə çay şəbəkəsinin seyrək olmasına səbəb olub.

Bilavasitə Xəzərə tökülən çaylar Böyük Qafqazın, əsasən, şimal-şərq yamacından və Talış dağlarından başlayıb, Samur-Dəvəçi və Lənkəran ovalıqları ilə axır. Baş Qafqaz silsiləsinin Bazardüzü, Bazaryurdu, Tufan və Şahdağ zirvələrində buzlaqlar var. Buzlaqlardan başqa, nisbətən geniş yer tutan və yayda əriməyən qar qalıqlarına rast gəlinir. Bunlar okean səviyyəsindən 4000 m-dən çox hündürlükdə yerləşir.


Yüklə 248,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin