Relyefin mürəkkəbliyi və başqa təbii amillərin təsiri ilə axım ərazi üzrə bərabər paylanmamışdır. Ərazidə axım modulu, ümumiyyətlə, hündürlüyə görə artır. Lakin bu artım müəyyən hündürlüyə qədərdir (Böyük Qafqazın şimal-şərq yamacıda 2800 m, cənub yamacında 2000-2200 m, Kiçik Qafqazda 2200-2400 m). Göstərilən hündürlükdən yuxarıda axım modulu azalır. Oroqrafik xüsusiyyətinə görə Talış sahəsində axım ilə orta yüksəklik arasında bir-birinə zidd iki qanunsuzluq var. Talış silsiləsində axım modulu hündürlüyə görə azalır. Peştəsər və Burovar silsilələrində isə artır.
Qafqaz regionunun şimal hissəs ilə Don çayı axır. Çay öz axınını Rusiya düzənliyindən meşə çöl və çöl zonasının suları hesabına formalaşdırır. Ön Qafqaz düzənliyi ilə axan çayların əksəriyyəti, Eya, Celbas, Sal, Cir, Kaltiva və başqaları öz başlanğıcını Orta Rusiya yüksəkliyindən götürür. Bu çayların axın sürəti çox zəif olduğundan onların vadilərində bataqlıqlara rast gəlinir. Az sulu çaylardır, bəziləri Kor mənsəblidirlər. Ön Qafqaz ən mühüm əkinçilik rayonlarından biri olduğundan bir sıra nisbətən iri çayların üzərində suvarma sistemləri, sututarlar və kanallar inşa olunmuşdur. Belə çaylara Yeqorlık, Kuma, Manıc və başqalarını misal göstərmək olar. Kanallardan: Tersk-Kuma, Hevinno-nusx kanalı, Sağ Yeqorlik, Sol Yeqorlik və.s Vilayətin dağ gölləri şirinsulu, düzənlik gölləri isə şorsuludur.