Kiçik summativ qiymətləndirmə №-5 Ədəbiyyat-vii sinif Ad Soyad Sinif Tarix



Yüklə 15,31 Kb.
tarix12.03.2020
ölçüsü15,31 Kb.
#102291

Kiçik summativ qiymətləndirmə №-5



Ədəbiyyat-VII sinif
Ad______________Soyad______________Sinif_________Tarix_____________
Qiymətləndirmə H.Arifin "Yaşıl işıq" şeiri üzrə aparılır.


1. Bənddə hansı bədii ifadə vasitəsi işlənilib?

Təbiət vurğunu, torpaq oğluyam

İlk dəfə əlimi ağaclar sıxıb.

Dağlarda meşəyə düşən yanğının

Tüstüsü evimdə başımdan çıxıb.

a) Epitet b) Bənzətmə c) Mübaliğə d) Bədii sual



2. Bənddə hansı bədii ifadə vasitəsi işlənilib?

Baharda açılan hər yaşıl düymə,

Bir yaşıl şölədir, yaşıl işıqdır.

a) Epitet b) Mübaliğə c) Təkrir d) Litota



3. Şeir mövzu, məzmun baxımından hansı əsəri xatırladır?

a) S.Vurğunun "Azərbaycan" şeiri b) İ.Əfəndiyevin "Şəhərdən gələn ovçu" hekayəsi

c)"Xəzinəqaya" əfsanəsi d) "Höccətləşən barmaqlar" təmsili

4. Misraların ifadəli oxusunda səsdə hansı çalar duyulmalıdır?

Dağlarda meşəyə düşən yanğının

Tüstüsü evimdə başımdan çıxıb.

a) Laqeyd, soyuqqalı b) Kədər, təəssüf c) Sevinc, fərəh d) Heyrət,qəzəb



5. Şərti işarələrdən istifadə etməklə bənddə fasilələrin yerini, məntiqi vurğulu sözləri göstər.

Bir yaşıl ümmandır açıb qoynunu

Görünməz sahili, bilinməz sonu.

Bir deyil, beş deyil onun vurğunu,

Demirəm meşəni tək məndən soruş.

________________________________________________________________________________________________________________________________________________________

______________________________________

6. Əsərdə şeirə xas olan hansı xüsusiyyətlər vardır?

________________________________________________________________________________________________________________________________________________________

7. "Tala" sözünün mənası hansı variantda düzgün veilib?

a)Meşədə ağacsız yer

b)Meşədəağac çox olan yer

c) Yaylaqda bulaq olan yer

d)Dağın zirvəsi

8. Şeirin əsas ideyası hansı misralarda əksini tapıb?

a) Hər dən bir sünbüldür, hər toxum bir tağ,

Hər şitil bir nemət, bir yaraşıqdır.

b)Düzdə seyr etdikcə məğrur çinarı

Qartal balasıtək qanadlanmışam.

c)Çoxdan Abşeronun boz yaxasını

İlmələr bəzərdi, yaşıl ilmələr.

d)Axı "Ana torpaq!" demişik ona.



Ananı qorumaq vəzifəmizdir.

9. Əsərdə qaldırılan başlıca problem nədir?

______________________________________________________________________________________________________________________________________________________________________________________________

10. Əsər səndə hansı hiss və düşüncə yaratdı? Kiçik esse yaz.

__________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________



Düz cavablar_________________

Səhv cavablar________________

Cavabı yoxdur___________

Qiymət______________________

Müəllim_____________________
Yüklə 15,31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin