Kimə: Açıq Cəmiyyət İnstitutu-Yardim Fonduna
Kimdən: İqtisadi Tədqiqatlar Mərkəzi tərəfindən
Aralıq Hesabat (qrant № 14035)
Layihə 25.01.2007-25.10.2007-ci il tarixləri əhatə edib. Acıq Cəmiyyət İnstitutu-Yardim Fondu və İqtisadi Tədqiqatlar Mərkəzi arasında imzalanmiş müqavilə ilə təsdiq olunmuş fəaliyyət planina əsasən layihə çərçivəsində aralıq dövrdə aşağıdakı işlər görülmüş və ilkin nəticələr əldə edilmişdir.
1. Fəaliyyət planına uyğun olaraq, layihənin icraçılarının seçilməsi və onlarla əmək kontraktlarının bağlanması birinci ayın ilk 10 günlüyündə başa çatdırılmışdır. Bunula əlaqədar olaraq işçi heyət arasında iş bölgüsünün aparılmış və onların əmək fəaliyyətini əks etdirən fərdi fəaliiyət plani və işin təsviri təsdiq olunmuşdur. Beləliklə də ilk ayda formalaşan “Vəkillik qrupu” layihənin fəaliyyət planına uyğun olaraq İTM ekspertlərinin Oxfam Humanitar Təşkilatının maliyyə dəstəyi ilə həyata keçirdikləri monitorinqin nəticələri əsasında geniş əhatəli və davamlı dəyişikliklərə nail olunması, onun təsirinin daha davamlı olması və əldə olunmuş nəticələrin arzuolunmaz siyasi dəyişikliklərdən müdafiə olunması üçün vəkillik strategiyası işləyib. Aparılmlş müzakirələr əsasında strategiyanın əsas tərkib hissələri müəyyənləşdirilib: onun məqsədləri, istifadəçiləri müraciət formaları, müraciəti yayanları və tədbirləri konkretləşdirib. Strategiya əsasında vəkillik qrupunun yaradılması nəzərdə tutlub. Qrupun köməyi ilə ilk növbədə hər bir auditoriya üçün ayrıca strategiya işlənənilib, tədqiqat layihəsi üçün spesifik sayılan komponentlər bu strageyinın aparıcı xəttinə uyğunlaşdırılıb.
2. 20-21 Aprel 2007-ci il tarixlərində İrşad mehmanxanasının konfrans zalında “Səhiyyə büdcəsi və vəkillik” mövzusunda təlim keçirilmişdir. Təlimə sosial-tibbi istiqamətlər üzrə ixtisaslaşmış QHT-lər üçün 11-13 Dekabr 2006-cı il tarixlərində keçirilmiş “Səhiyyə büdcəsi və onun monitorinqi” təliminin seçilmiş iştirakçıları ilə yanaşı HİV/QİÇS qrupu üzvləri də dəvət olunmuş və təlim onların fəal iştiraki ilə işini başa çatdırmışdır. İki günlük təlimdə konkret olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Diabet Liqasının, HİV/QİÇS qrupunun, əlilllər və uşaqlarla iş, ilkin səhiyyə xidməti və səhiyyəyə dəstək sahəsində ixtisaslaşmış QHT-lərin, eyni zamanda sehiyyə mövzusunda yazan KİV nümayəndələri iştirak etmişdir. Təlim İqtisadi Tədqiqatlar Mərkəzinin ekspertləri Qubad Bayramov və Azər Mehtiyev tərəfindən aparılmışdır. Təlimin 1-ci günü iştirakçılara vəkillik konsepsiyası, vəkillik işinin və strategiyasının təşkili, vəkillik ehtiyaclarının qiymətləndirilməsi metodikaları, səhiyyə sahəsində vəkillik ehtiyacları və təsir qruplarının müəyyənləşdirilməsi, KİV-lə işin qurulması mövzularında geniş məlumat verilmişdir. Treninqin 2-ci günü ictimai kampaniyaların təşkili və onun ən vacib komponentlərindən olan KİV-lə işin xüsusiyyətləri, səhiyyə siyasəti ilə bağlı ictimai kampaniyanın təşkilindəki addımlar, Koalisiyalarda, şəbəkələrdə və birliklərdə fəaliyyətin təşkilinin müsbət və mənfi cəhətləri müzakirə olunmuşdur. Treninqdə tədrisin aktiv üsullarından, o sıradan qruplarda iş, birgə tədris, real problemlərin həllinin axtarılması ilə məsələlərin daha dərindən başa düşülməsi və öyrənilməsi üçün tədqiqat, modelləşdirmə formalarından geniş istifadə edilmişdir. (Təlimin gündəliyi əlavə olunur). “Səhiyyə büdcəsinin monitorinqi üzərində qurulmuş vəkillik işində İKT alətlərinin tətbiqi” layihəsi çərçivəsində həyata keşirilmiş ikinci təlimdən sonra vəkillik işində İKT tətbiqi ilə bağlı ehtiyacların ödənilməsi məqsədilə texniki təlimin də həyata keçirilməsi nəzərdə tutulub. Treninqin yekunlarından biri də səhiyyə sahəsində ixtisaslaşmış QHT-lərin təmsilçiliyi ilə bu istiqamətdə vəkillik işini daha da gücləndirmək məqsədilə Koalisiyanın formalaşdırılması qərarlaşdırılıb. Hazırda bu istiqamətdə real addımların atılması üçün müzakirələr aparılır. Təlim barədə məlumatın elektron versiyası İqtisadi Tədqiqatlar Mərkəzinin və Milli Büdcə Qrupunun saytlarında yerləşdirilmiş və müvafiq elanlarda bu barədə də məlumatlar yerləşdirilmişdir: , www.nbg.az .
3. 2007-cı il may ayının 7-də layihə çərçivəsində "Sağlamlığa Çağırış" QHT Alyansı təsis edilib. Alyansın məqsədi Minilliyin İnkişaf Məqsədləri üzrə səhiyyə sahəsində Azərbaycan qarşısında duran vəzifələrin və hədəflərin reallaşdırılmasında, səhiyyə proqramlarının nəticələrinin qiymətləndirilməsi və monitorinqlərinin aparılmasında iştirak etməkdir. Alyansda səhiyyə sahəsində ixtisaslaşmiş 11 qeyri hökumət təşkilatı təmsil olunur. Həmin təşkilatların 2-si bölgələrdə - Bərdədə və Gəncədə yerləşir. Təsis konfransında Ayans uzvləri tərəfindən qarşılıqlı Anlaşmaya dair Memorandum imzalamışdır (Memorandum əlavə olunur). Təsis konfransından sonra Alyansın 3 iclası (18 iyun, 02 iyul və 16 iyul tarixlərdə) keşirilmiş və bu iclaslarda Alyansın Əsasnaməsi, 2007-ci il üçün Fəaliyyət Planı qəbul edilmiıdır. (Əsasnamə və Faəliyyət Planı əlavə olunur.)
4. Bundan əlavə "Sağlamlığa Çağırış" QHT Alyansı 22 iyun 2007-ci ildə BMM-də mətbuat üçün təqdimati keşirilib. Təqdimat mərasimində Alyansın Idarə Heyətinin sədri Qubad Bayramov bildirib ki, bütün səviyyələrdə səhiyyə büdcəsinin tərtib olunmasında cəmiyyətin iştirakı təmin olunmalıdır. Onun sözlərinə görə, eyni zamanda səhiyyədə maliyyə vəsaitlərinin istifadəsində şəffaflıq və səmərəliliyə nail olmaq vacibdir. O, elə məhz bu məqsədə çatmaq üçün sözügedən Alyansın yaradlımasını labüd olduğunu bildirib. "Şəffaflığın, iştirakçılığın, hesabatlılığın və səmərəliliyin təmin edilməsi baxımından səhiyyə qanunvericiliyinin təkmilləşdirilməsinə nail olmaq niyyətimiz var. Həmçinin düşünürük ki, səhiyyə siyasətinin işlənilməsi və reallaşmasında geniş ictimai iştirakçılığa, qərarların qəbulunda ictimai təsirliliyə nail olmaq lazımdır". İqtisadçı ekspert həmçinin deyib ki, Alyansın fəaliyyəti çərçivəsində səhiyyə siyasətində vətəndaş iştirakçılığı ilə bağlı beynəlxalq təşəbbüslərdə iştirak təmin olunacaq və bu sahədə beynəlxalq təcrübədən istifadə olunacaq. Təqdimat mərasimi barədə yazılar aşağıdakı qəzetlərdə dərc olunmuşdur:
N Qəzetin adı Yazının adı Tarix
1. 525-ci qəzet ABŞ-da həkimlərin orta illik maaşı 430 min dollardır 23 İyun 2007-ci il
2. Reytinq qəzeti Amerikanın səhiyyə sistemi böhran yaşayır 24 İyun 2007-ci il
3. Xalq Cəbhəsi qəzeti “Sağlamlığa çağırış” QHT Alyansı yaradılıb 23 İyun 2007-ci il
4. Olaylar qəzeti “Sağlamlığa çağırış” QHT Alyansı sığorta şirkətlərinin işindən narazıdır 23-25 İyun 2007-ci il
5. Yeni Müsavat qəzeti “Sağlamlığa çağırış” QHT Alyansı yaradıldı 23 İyun 2007-ci il
(Qəzetlərdə dərc olunmuş yazıların surəti əlavə olunur).
5. Hesabat dövründə layihə heyəti tərəfindən 3 dəfə (fevral-mart, aprel-may və iyun-iyul aylarında) bulleten hazırlanaraq, azrbaycan və ingilis dillərində aidiyyatı orqanlara yayılıb.(Bülletenlər əlavə olunur).
6. Hesabat dövründə layihə çərçivəsində təsis edilmiş “Sağlamlığa Çağırış" QHT Alyansının bir qrup üzvləri 16 may -6 iyun tarixlərində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin dəvəti ilə «Dünya ilə tanışlıq» proqramı çərçivəsində səfərdə olub. Səfərin təşkili Ohayo ştatının Dünyəvi İşlər üzrə Klivlend Şurası tərəfindən həyata keçirilib. Səfərdə İqtisadi Tədqiqatlar Mərkəzi ilə yanaşı, Uşaqları Qoruyaq, Sağlam Dünya, Göy Qurşağı, Azərbaycan Diabetlər Liqası, Hüqüqi İnkişaf və Demokratiya təşkilatının nümayəndələri də təmil olunub. Azərbaycan nümayəndə heyətinin ABŞ səfərinin əsas məqsədi Birləşmiş Ştatların səhiyyə sisteminin maliyyələşdirilməsi və idarəolunması ilə yaxından tanış olmaq və səhiyyədə sığorta modellərinin tətbiqi təcrübəsini mənimsəməkdən ibarət olub. Səfər proqramında səhiyyə sistemlərinin idarəolunması planının hazırlanmasına və onun fəaliyyət proqramının işlənilməsinə də yer ayrılıb. Proqram iştirakçıları bununla əlaqədar olaraq Boldun-Uollas Tibb Kollecinin professoru Tomas Kompanellanın ABŞ səhiyyə sisteminə giriş və səhiyyə sığortalanmasının modelləri mövzusunda məruzəsini dinləmiş və müzakirələrə qoşulmuşlar. Cənab Kampanella dinləyicilərə ABŞ səhiyyə sisteminin inkişaf təkamülü və tarixi dövləri, müxtəlif dövrlərdə səhiyyəyə çıxış imkanları, səhiyyə xidmətinin keyfiyyəti və xərclərindəki dəyişikliklər barəsində məlumat verib.
Səfər iştirakçıları ABŞ-da səhiyyənin maliyyələşdirilməsində dövlətin rolu, dövlət tənzimlənməsi və səhiyyə işçilərinin akredittasiyası barədə daha geniş məlumatlar əldə etmək məqsədilə Məşğulluq və ailə xidmətləri üzrə nazirlikdə, Klivlend ictimai səhiyyə şurasında, Cənub-Şrqi ümümi səhiyyə mərkəzində, səhiyyənin maliyyələşdirilməsi üzrə idarə assosiasiyasında görüşlər keçirib, ABŞ-da dövlət maliyyə hesabına həyata keçirilən Medikair və Medikaid proqramları ilə tanış olublar. Bununla yanaşı həmin proqramların benefisiarlarına edilən tibbi xidmətin keyfiyyəti ilə yerindəcə tanış olmaq üçün Metro Health Sağlamlıq Mərkəzində, Vetranlar üçün Dövlət Xəstəxanasında, Klivlendin Pulsuz Tibbi Klinikasında da görüşlər keçirilib.
Səhiyyə müəssislərinin işi ilə yaxından tanışlıq üçün Klivlend Klinikası, Universitet hospitalında, Yaşıl Şəhərətrafı Səhiyyə Mərkəzində mütəxəssislərlə geniş müzakirələr aparılıb, onların fəaliyyət prinsipləri və resurs imkanları ilə tanışlıq üçün xəstəxanalara gəzintilər təşkil olunub.
Səfərin maraqlı bölmələrindən biri də səhiyyə sığorta modelləri ilə tanışlıq olub. Bu məqsədlə ABŞ-da məşhur olan Kayzer Permanente şirkətində, Nordson Korporasiyasında, SİQNA şirkətində və Kiçik Müəssisələr Şurasında müzakirələr aparılıb. Yerli səviyyədə səhiyyənin tənzimlənməsi məsələlərinə həsr olunmuş görüşlər Klivlend Bələdiyyə Şurasında və Klivlend Bələdiyyə Məktəb Dairəsində təşkil edilib.
Səfər iştirakçıları ərazi üzrə ailə həkiminin tətbiqi təjrübəsinə də yiyələnə biliblər. odur ki, iştirakçılar Ailə və Uşaq Sağlamlıq Mərkəzində olub və onların göstərdikləri xidmətlərin texniki təminatını nəzərdən keçiriblər.
Səfər iştirakçılar Böyük Klivlendin Şəkərli Dibatlər Assosasiyasında da geniş müzakirələr aparmış və ABŞ üçün xüsusilə aktual olan diabetli xəstələrə qayğı proqramları ilə tanış olublar.
7. Layihə şərşivəsində iyun ayının 23-də İqtisadi Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə İctimai Televiziyada “Səhiyyə sisteminin maliyyələşdirilməsi” mövzusunda tolk-şou təşkil olunub. Verilişin qonaqları İTM İdarə Heyətinin sədri Qubad İbadoğlu, Səhiyyə Nazirinin müavini Elsevər Ağayev və millət vəkili Musa Quliyev idi. Auditoriyanı müxtəlif səhiyyə müəssisələrini təmsil edən həkim və tibb bacıları, həzmçinin müstəqil ekspertlər təçkil edirdi. Veriliş hal hazırkı şəraitdə Azərbaycanda səhiyyə sisteminin maliyyələşdirilməsinin təşkili və bu sahədə qarşıya çıxan problemlerə həsr olunmuşdu. Səhiyyə nazirinin müavini Elsevər Ağayev hökumətin, xüsusilə də Səhiyyə Nazirliyininndə bu istiqamətdə son dövrlər gördüyü işlər haqqında məlumat verdi. O, bildirib ki, 2007-ci ildə Dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitlərin həcmi 50%-dək artıb, səhiyyə sistemi ən çox vəsait yönəldilən sahələr arasındadır. E.Ağayevin sözlərinə görə 2007-ci ilin büdcəsindən səhiyyə sahəsinə aid olan təkcə 8 proqramın maliyyələşdirilməsi üçün 40 milyon manata yaxın vəsait ayrılmışdır. O, həmçinin bu sahədə ciddi problemlərin mövcud olduğunu da vurğulayıb. Millət vəkili Musa Quliyev səhiyyə sistemindəki problemlərdən danışaraq, bu sahədə islahatların qaçılmaz olduğunu vurğuladı. O, bildirdi ki, xüsusilə də ilkin səhiyyə xidmətinin gücləndirilməsinə ehtiyac var. Millət vəkili Milli Məclisin Sosial Siyasət Daimi Komissiyasının da bu istiqamətdə fəaliyyətini gücləndidiyini və tezliklə “Tibbi sığorta haqqında” qanunun qəbuluna nail olunacağını söylədi. İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu rəhbərlik etdiyi təşkilatın artıq 2 ildir ki, səhiyyənin maliyyələşdirilmsə istiqamətində tədqiqatlar apardığını bildirdi. O, bildirdi ki, dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitlərin çox olmasına baxmayaraq bu sahədə ciddi problemlər mövcuddur. Belə ki, vəsaitlərin artımına baxmayaraq vəsaitlər üzərində Səhiyyə Nazirliyinin sərəncamvericiliyi aşağı səviyyədədir, büdcə planlaşdırılmasında Səhiyyə nazirliyi icradan kənarda qalır, tibb işçilərinin orta aylıq əmək haqqısı kifayət qədər aşağı səviyyədədir. Bu sahədə sığorta modellərinin tətbiqi vacib amillərdəndir. Belə ki, sığorta modelləri həm dövlətin maliyyə yükünü azaldacaq və həm də sağlam həyat tərzinin təbliğinə nail olacaq. O, həmçinin prpfilaktik tədbirlərin görülməsini, maliyyələşmənin çarpayı sayına deyil adambaşına aparılmasını, qeyri rəsmi ödənişləri leqallaşdırılmasının vacibliyindən danışdı. Auditoriyada qonaq qismində iştirak edən “Hüquqi İnkişaf və Demokratiya” İctimai birliyinin sədri Zülfiyyə Əliyeva Azərbaycanda ilk dəfə olaraq yerli QHT-lərin “Sağlamlığa çağırış” Koalisiyasının yaradılmasından danışaraq, əsas məqsədin bu sahədə hökumətin siyasətinə dəstək göstərmək olduğunu bildirdi. Koalisiya üzvləri bu yaxınlarda Amerikada səfərdə olub və Amerika təcrübəsini öyrənib. Amerikada səhiyyə sisteminin çox mürəkkəb olduğu haqda danışan Z.Əliyeva, Azərbaycanın bu təcrübəyə müraciət etməsinin məqsədəuyğunluğundan danışdı. Q.İbadoğlu da bu təcrübədən danışaraq Amerikada ən yüksək əməm haqqını tibb işçilərinin aldığını bildirdi.
Bununla da layihə çərçıvəsində aralıq hesabat dövrü nəzərdə tutulan işlər başa çatdırılmışdır.
Dostları ilə paylaş: |