Kimə: AzKİL-nin İcma İnkishafi üzrə Meneceri Gülbəniz Qənbərova Kimdən

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 148.05 Kb.
tarix21.10.2017
ölçüsü148.05 Kb.

Kimə: AzKİL-nin İcma İnkishafi üzrə Meneceri Gülbəniz Qənbərova

Kimdən: AzKİL LİQ-nun Köməkçi Heyətinin Rəhbəri Fuad Salmanov

Mövzu: Zonadaxili Çarpaz Görüşlər haqqında yekun Hesabat

Tarix: 25 Aprel 2008
İ. Məqsəd

AzKİL-in icrası zamanı əldə olunan nailiyyətlər, ortaya çıxan çətinliklər və tərəfdaşların qabilyyətlərinin təkmilləşməsi üçün gələcək istiqamətləri müəyyənləşdirmək, bir sözlə öyrənilmiş dərsləri müzakirə etməklə “İcma Şəbəkələşməsinin” əsasını qoymaq



II. Ümumi məlumat:

AzKİL-in əsas komponentlərindən biri olan “İcma İnkişafı” komponenti “səfərbərlik seminarları, təlimlər və icma şəbəkələşməsi” kimi fəaləyətlər əsasında reallaşdırılmışdır. İcma inkişafında nəzərə çarpacaq dərəcədə əhəmiyyəti olan, əsas fəaliyyətini icmaların inkişafı üçün faydalı təcrübələrin və öyrənilmiş dərslərin yayilması, icmaların biri-birinə inteqrasiya etməsi, birgə layihə həyata keçirmək və planlaşdırma, işgüzar əlaqələrin qurulması və s. əsasında quran “İcma şəbəkələşməsinin” bünövrəsi isə “ Zona daxili çarpaz görüşlər” vasitəsilə qoyulur. Layihə Köməkçi Heyəti hər üç zonada Xidmət Təchizatçısı kimi cari fəaliyyət müddətində bu cür görüşlərin 7-ni həyata keçirməyi öz üzərinə götürmüşdür ki, bunlardan 4-ü DŞ, 2-si MS və biri isə Naxçıvan zonasında reallaşdırılmışdır.


Çarpaz görüşlərin əsas məqsədi AzKİL-in bütün tərəfdaşlarını: İLK, Bələdiyyə və yerli İcra Hakimiyyəti üzvlərini bir araya gətirməklə, İcmalarda layihələrin icrası zamanı əldə olunmuş təcrübələrin, uğurların və çətinliklərin bölüşdürülməsi olmuşdur. Görüşlərdə müxtəlif qruplara daxil olan icmalarının İLK üzvləri cəlb olunmuşdur. İcmalarn seçimində onların icma inkişafında ümumi təcrübəsi və fəaliyyətləri dövründə həyata keçirtdikləri layihələrin tipi nəzərə alınmışdır. Belə ki, görüşlərdə müxtəlif qruplara (I, İİ-İİİ qrup) aid olan, eyni adlı layihə həyata keçirən icmalarin: layihə icrasının başlanğıc mərhələsində olan və ya layihənin əksər hissəsini həyata keçirən icmaların icra zamanı qarşıya çıxa biləcək eyni çətinlikərin həllində istifadə olunan yanaşmalardan bəhrələnə biləcəyi nəzərə alınmışdır. Digər tərəfdən təcrübəli icmaların (İ-İİ qrup) müxtəlif sayda layihə həyata kəçirməsi, layihə icrası zamanı ortaya çıxan çətinliklərin aradan qaldırılmasında kifayət qədər təcrübəyə malik olması bütün iştirakçılar üçün əvəzolunmaz təcrübə mübadiləsi olmuşdur.

Çarpaz görüşlərin keçirilməsi üçün LİQ Köməkçi Heyəti tərəfindən hər bir görüşün gündəliyi hazırlanmış, İLK-ların üzvləri ilə əlaqə yaradılmış, görüşün yeri və vaxtı bildirilmişdir.


Görüşlərin təşkili və keçirilməsində RƏO rəhbərliyi və əməkdaşları yaxından kömək göstərmişdilər. İştirakçıların sərbəst olması və müzakirələrin effektli keçməsini tam təmin etmək üçün uyğun şərait yaradılmışdır. Görüşlərdə iştirak edən icmaların hər birindən beş və daha çox İLK üzvü və ya Bələdiyə üzvü, ƏİN, Köməkçi heyətin təlim və səfərbərçiləri, RƏO-nun Proqram mütəxəsisi də iştirak etmişdi. Ümumilikdə 7 çarpaz görüşlər sessiyasında cəmi 21 icmadan 105 icma üzvünün iştirakı nəzərdə tutulduğu halda, 23 icmadan 126 icma lideri iştirak etmişdir ki, bundan 27-si qadın, 99 isə kişi olmuşdur.(Cədvəld iştirakçılar göstərilmişdir)
III. Metodologiya.
Çarpaz görüşlər böyüklərin öyrənmə metodologiyasına əsaslanan ayrı-ayrı mövzualrın müzakirələrindən, qarşıya çıxan problemlərin həllində daha səmərəli yanaşmalardan istifadə etmək və öyrənilmiş dərslərin müzakirəsindən ibarət idi. Yerli İcra Nümayyəndəlrindən, Bələdiyyə üzvlərindən və müxtəlif icma inkişafı təcrübəsinə malik icma liderlərindən ibarət görüş istirakçılarına qarşılıqlı fəaliyyət və icma inkişafının yeni perespekivləri haqqda fikir mübadiləsi aparmaq üçün kifayət qədər şərait yaradılmışdır. Görüşün nəticələri sənədlərdə öz əksini tapmışdır.
Çarpaz görüşlər iki hissədən təşkil olunmuşdur. I hissə seçilmiş mövzular ətrafında interaktiv müzakirələrdən, Layihələrin həyata keçirilməsində qarşıya çıxan problemlər və onların aradan qaldırılması yolları, İcma layihəsi üçün icmanın məsuliyyətləri barədə təcrübə mübadiləsindən, çətinliklərdən və onların mümkün həlli yolları haqqında təklif və rəylərdən ibarət idi.
Görüşün II hissəsi isə layihə ərazisinə səfərlərlərdən ibarət idi. Səfər zamanı layihələrin icra prosesinə baxış keçirilmiş və sözü gedən mövzularla bağlı ev sahibi olan İLK üzvləri və podratçı müəssisənin əməkdaşları öz təcrübələrini görüşdə iştirak edən İLK üzvləri ilə bölüşmüş və verilən suallara əhatəli cavab vermişdirlər.
IV. Müzakirə olunan mövzular.
Düzən-Şirvan Zonası üzrə həyata keçirilmiş görüşlərin xülasəsi
Mövzu #1. “İcma layihə təklifinin hazırlanmasında qarşıya çıxan çətinliklər və onların həlli yolları”, “İcra sturukturlarının icma layihələrinə dəstəyi”
İştirak edən icmalar: Kövər (Yevlax), İnçə (Göyçay), Cayarxı (Göyçay) Qaradağlı (Ağdaş)
Müzakirələr zamanı məlum oldu ki, İcma layihə təklifinin hazırlanması heç də İLK üzvlərinin fikirləşdiyi kimi asan deyil. Xüsusilə də büdcənin tutulması , icra planının hazırlanması üçün məlumatların toplanmasında bu sahədə təcrübəsi olan mütəxəsislərə böyük ehtiyac duyulur. İLK üzvülərinin hamısı isə öz üzərinə düşən vəzifəni tam yerinə yetirə bilmir. Bu çətinliklərin aradan qaldırılması üçün gedən müzakirələrdə Kövər İLK sədri Rüfət Qaraşov təlimə ayrılan günlərin az olduğunu və təlim arası təcrübə mübadiləsinin keçirilməsi təklifi ilə çıxış etdi.

İnçə kənd bələdiyyəsinin sədri Xəlilov Oktay İKQ seminarının keçirilməsi üçün yerin təşkilində , səfərbərlikdə , sənədləşmə işlərində , layihənin icrası zamanı maddi və texniki baxımdan rayon İcra Hakimiyyətinin icma layihələrinə böyük dəstək verdiyini vurğuladı. Natiq bildirdi ki, həyata keçirilən layihələr haqqında qabaqcadan icra sturukturlarına məlumat vermək işin vaxtında və uğurla həyata keşməsi ilə nəticələnir.

Ağdaş rayon Qaradağlı kənd bələdiyyə sədri Əli Musayev də gündəlikdə olan hər iki mövzuya öz münasibətini bildirərək ,Layihə təklifinin hazırlanması zamanı təcrübəli mütəxəsislərin cəlb olunmasının vacibliyini vurğuladı. Çünki, layihənin büdcəsinin tutulması, layihə cizkisi və eskizlərin hazırlanmasında xüsusi mütəxəssislərin olması xüsusilə də vacibdir. Əgər mütəxəssis icmada yoxdursa onu başqa yerdən cəlb olunması da vurğulandı.

Görüşdə hər iki mövzu haqqında maraqlı müzakirələr oldu , müxtəlif təklif və rəylər verildi.

Görüşün II hissəsi isə nahar fasiləsindən sonra əraziyə səfərlə başladı. Səfər zamanı Göyçay rayon Çayarxı icmasında həyata keçirilmiş “İçməli su təminatı” layihəsinə baxış keçirildi.. Baxış zamanı Çayarxı icmasının üzvləri öz təcrübələrini İnçə, Kövər, Qaradağlı icmalarının görüşdə iştirak edən İLK üzvləri ilə bölüşdülər və verilən suallara əhatəli cavab verdilər. Çayarxı İLK üzvüləri İcma layihəsinin hazırlanması zamanı İLK üzvlərinin vəzifəsindən, rolundan danışdılar və öz tövsiyyələrini verdilər. İnçə, Kövər, Qaradağlı İLK üzvüləri öz Layihə təkliflərinin hazırlanmasında ,İcra strukturlarının dəstəyini əldə etmək üçün Çayarxı icmasının təcrübəsindən bəhrələnəcəklərini bildirdilər.
Öyrənilmiş Dərslər:

.


  • Layihə təklifinin hazırlanması üçün təcrübəli mütüxəsislərin cəlb olunması vacibdir.

  • İLK –lərin İcma layihələrinin hazırlığı və icrası dövründə layihənin növündən asılı olaraq aidiyyatı olan icra strukturları ilə əməkdaşlıq etməsi qarşıya çıxan problemlərin həllində vacib yanaşmalardan biridir.

  • İcmada yerləşən idarə-müəsisələrə müraciətlər etməklə sıx əlaqələr qurmaq vacib şərtlərdən biridir.



Mövzu #2. ”İcma səfərbərliyində sosial iştirak”
İştirak edən icmalar: Eymur,Kükəl,Pirkəkə
Görüşün birinci hissəsində qısa tanışlıqdan sonra bu cür görüşlərin keçirilməsinin icmaların inkişafı üçün faydalı təcrübələrin və öyrənilmiş dərslərin yayılması, işgüzar əlaqələrin qurulması və informasiya mübadiləsində nə dərəcədə əhəmiyyətli olması vurğulandı.

Seçilmiş mövzu ətrafında aparılan müzakirələr zamanı qeyd olundu ki, sosial təbəqə - sinfin bütün əlamətlərinə malik olmayan, aralıq və ya keçid ictimai qrupdur. Seminar zamanı bir çox iştirakçılar tərəfindən dəfələrlə qeyd olundu ki, Məhz bu qrup insanlar ərazidəki problemlərdən daha çox əziyyət çəkirlər. Bu baxımdanda ən vacib problemlərin seçimində və gələcək həllində bu insanların əhəmiyyətli dərəcədə faydalanması amilinin ön planda durması arzuolunandır. Bunun üçün bu təbəqə insanların icma səfərbərliyinin bütün mərhələlərinin iştirakçısı olmaqları vacibdir. Görüş zamanı qadınların səfərbərlikdə xüsusilə də icma töhvəsinin toplanmasında əvəzsis yeri olduğu da vurğulandı. İcmanın problemlərinin həllində icmanın bütövlükdə: gənclər, ağsaqqalar, məcburi köçkünlr, yerlilər, kişilr və qadınların qeyri şərtsiz cəlb olunmasının əhəmiyyətini iştirakçılar dönə-dönə vurğuladılar və öz təcrübələrindən misallar söylədilər.

Kükəl icmasının lideri Mikayıl Mustafayev qeyd etdi ki, onlar AzKİL-lə əməkdaşlığa qədər beynəlxalq təşkilatlarla heç bir layihə həyata keçirməmişlər. “Haqqında söhbət aparılan təbəqə insanlar müəyyən dərəcədə icma daxilində proseslərə qoşulsalarda, lakin məhz AzKİL-lə əmkdaşlıqdan sonra mən və eləcədə mənim kimi digər icma üzvləri kəndlərindəki həssas qruplar barədə dolğun məlumata malik olduq. Onların da hamı kimi bərabər hüquqlu insanlar olaraq icmanı əhatə edən bütün proseslərdə iştirakının təmin edilməsinin vacibliyini dərk etdik Layihə həyata keçirilərkən istər pay qoyuluşunda, istər əmək töhfəsində onların iştirakı çox böyük təsir bağışlamış, digər “narahat” icma üzvlərinə nümunə olmuşdur. Nəticədə icma bir problemini uğurla həll etmişdir” -deyə icma lideri vurğuladı.

Ağdaş rayonu Eymur icmasının üzvü Əlizadə Yusifov öz icmalarında sosial iştiraka necə nail olmalarından bəhs etdi. Qeyd edildi ki, AzkiL-lə əməkdaşlıq qurana qədər ümumiyyətlə icma səfərbərliyi prosesi onlar üçün yeni bir məhfum olmuşdur. İcmadakı problemlər pərakəndə şəkildə həll edilmiş, icma sakinlərinin çoxluğunun görülmüş işdən necə bəhrələnəcəyi müəyyən edilməmişdir. Sosial qrupların bu işlərdə iştirakı və maraqları isə heç yada düşməmişdir. Ancaq AzKİL əməkdaşları ilə ilk söhbətlərdən məlum olub ki, sosial iştirak nə kimi əhəmiyyətli bir addımdır. İcmanın həyatında baş verən bütün hadisələrdə onlar mütləq iştirak etməlidirlər, çünki yaşanan problemlərdən bu qrup insanlar daha çox əziyyət çəkir. Odur ki, problem həll olunan təqdirdə bundan əhəmiyyətli dərəcədə bəhrələnməlidirlər.

Ə .Yusifov həmçinin qeyd etdi ki, onlar öz icmalarındakı bütün sosial təbəqələrin iştirakını təmin etməyə çalışmışlar. Bunun üçün ehtiyacı olanların gətirilməsinə maşınlar ayrılmış, əlillərin seminarda rahat iştirakı üçün bütün şərait yaradılmışdır. Qarşıdakı layihə mərhələlərindədə sosial qrupların iştirakının mütləq təmin olunması vurğulanmışdır. Ağdaş rayon Pirkəkə icmasının lideri Nəbi Məmmədov sosial təbəqələr və onların yerləşməsi haqqında məlumat topladıqlarından, icmadakı həssas qruplar barədə icma üzvlərinin məlumatlılığını artırmaqdan, müxtəlif qrup və təbəqələr arası inteqrasiyanı necə qiymətləndirmələrindən, bu qrup insanların həyata keçiriləcək layihədən necə bəhrələnəcəyini müəyyən etməklərindən və ən nəhayət icmadakı bütün sosial təbəqələrin İLK üzvləri tərəfindən hazırlanmış Sosial xəritədə öz əksini tapmağından danışdı.

Görüşdəki digər iştirakçılarda öz fikirlərini bildirərək qeyd etdilər ki, qaldırılan problemlər ümumi icma problemləridir və bu problemlərin həllində hamı kimliyindən asılı olmayaraq, bərabər hüquqda iştirak etməli və əlindən gələn köməyi həyata keçiriləcək işin uğuru üçün sərf etməlidir. Yalnız belə olan halda uğurdan danışmaq olar.


Görüşün II hissəsi isə nahar fasiləsindən sonra Ağdaş rayonunun Kükəl icmasına səfərlə başladı. Səfər zamanı Kükəl icmasında həyata keçirilmiş yol layihəsinə baxış keçirildi.

Baxış zamanı Kükəl icmasının üzvləri öz təcrübələrini görüşdə iştirak edən İLK üzvləri ilə bölüşdülər və verilən suallara əhatəli cavab verdilər. .



Öyrənilmiş Dərslər:


  • İLK-lərın uğurlu fəalliyyəti üçün icmanın bütün sosial təbəqələrinin səfərbər edilməsi əsas şərtdir

  • İcma üzvlərinin səfərbərliyin və layihə icrasının bütün mərhələlərində qarşılıqlı iştirakı şəffaflığa və layihələrin davamlı olmasina təminat verir.

  • İcma səfərbərliyi dövrünün bütün mərhələlərində icma sakinlərinin bütün təbəqələrinin iştirakını təmin etmək vacibdir. Hər hansı bir sosial təbəqəyə aid olan insan özünü başqaları kimi tam hüquqlu hiss etməlidir.

  • Aşkarlığın təmin edilməsinin yollarından biri də güclü informasiya mübadiləsi və icma üzvlərinin məlumatlandırılmasıdır.


Mövzu #3. “İcma Layihəsinin dayanıqlığı və istismarının təşkili.” “Layihələrin icrası və istismar dövründə ətraf mühitlə bağlı təsirlərin idarə olunması”
İştirak edən icmalar: Yxarı Nemətabad ,Şordəhnə ,Şahsoltanlı
Görüşə təcrübəli icma kimi Şahsoltanlı İLK-nin nümyəndələri dəvət olunmuşdur. Şahsoltanlı icması artıq yüksək keyfiyyətlə “İcma daxili yolların bərpası layihəsini” tamamlayıb əhalinin istifadəsinə vermişdir. Müzakirələr zamanı Şahsoltanlı İLK nin sədri Maiş Nuriyev qeyd etdi ki , İcma Layihəsinin dayanıqlığını və istismarını təşkil etmək ən vacib məsələdir . Bunun üçün dayanıqlıq planının hazırlanmasının vacibliyini qeyd elədi və bildirdi ki, Layihənin dayanıqlığı əvvəlcədən hazırlanmış plan əsasında həyata keçirilməlidir. Dayanıqlığı təmin etmək üçün xüsusi fond yaradılmalı, əsasnaməyə uyğun idarə olunmalıdır. Əsasnamə sadə və şəffaflığı təmin edən olmalıdır. Fond üzvülük haqqı və imkanlı icma üzvlərinin vəsaiti hesabına inkişaf etməlidir. Görüşlər zamanı iştirakçıların çoxu tərəfindən icma layihələrinin uğurlu həyata keçirilməsi üçün maliyənin idarə olunması və fondyartma bacarıqlarının vacib olması dəfələrlə vurğulanmışdır. İştirakçıların fikrincə bu kimi bacarıqların olması dayanıqlıq fondlarının inkişafında vacib şərtdir. İcma Layihəsinin dayanıqlığını qorumaq üçün dayanıqlıq fondunun əhəmiyyətindən danışan təcrübəli İLK liderləri, həmçinin düzgün maliyyə sənədləməsinin (dayanıqlıq fondu üçün fond kitabının hazırlanmasından ,mədaxil və məxaric xərclərinin qeydiyyatı) idarə olunmasının vacibliyini də vurğuladılar.

Yuxarı Nemətabad İLK sədri Teyfur İbrahimov isə öz çıxışında qeyd etdi ki, bu modeli hər icma üçün tədbiq etmək olmaz . Hər bir icma özünün istəyinə uyğun dayanıqlığı təmin edilməsinə cəlb oluna bilər. Müzakirələr zamanı digər İLK üzvləri dayanıqlığı təmin etmək üçün Fondların idarə olunması haqqında xüsusi təlim keçirilsinin vacibliyini vurğuladılar.

Layihələrin icrası və istismar dövründə ətraf mühitlə bağlı təsirlərin idarə olunması” mövzusu iştirakçılar arasında daha maraqlı və qızğın müzakirələrə səbəb oldu. Ətraf mühit məsələlərinin mənfi təsirlərinin azaldılmasının önə cəkilməsinin vacibliyi və bunun üçün “ətraf mühit üzrə cavabdeh şəxsin” seçilməsinin vacibliyi dəfələrlə səsləndi. Bildirildi ki, İLK üzvləri, ətraf muhitə təsirlərin azaldılması və idarə olunması üzrə fəaliyyət planını hazırladıqda mütəxəsisləri, Biologiya müəllimlərinin və icmada yaşayan ətraf mühitin qorunması üzrə mütəxəsislərin cəlb olunması daha məqsədə uyğundur. Şahsoltanlı icmasında Layihə başa çatdıqdan sonra yol kənarına ağacların və gül kollarının əkilməsi işlərinə başlanmasını icma lideri fəxrlə bildirdi və icmada ətraf mühitin qorunması İLK üzvüləri qarşısında ən vacib məsələ kimi durmasını vurğuladı.

Görüşün II hissəsi isə nahar fasiləsindən sonra Göyçay rayonunun Şahsoltanlı icmasına səfərlə başladı. Səfər zamanı Şahsoltanlı icmasında həyata keçirilmiş yol layihəsinə baxış keçirildi.

Baxış zamanı Şahşoltanlı icmasının üzvləri öz təcrübələrini görüşdə iştirak edən İLK üzvləri ilə bölüşdülər və verilən suallara əhatəli cavab verdilər
Öyrənilmiş Dərslər:


  • İcma Layihəsinin Dayanıqlığını qorumaq üçün nəzərdə tutulan Dayanıqlıq fondunu yaradılması vacibdir.

  • Ətraf mühitlə bağlı zəiflədici tədbirlərin planlaşdırılmasında təlimlərin vacibliyi təcrübədə sınaqdan çıxmış və özünü doğrultmuşdur.

  • İcma layihəsinin dayanıqlığını və istismarını təşkil etmək üçün yaradılacaq Fondların idarə olunması üçün əsasnamə hazırlamalıdır.

  • Fondların idarə olunması üçün xüsusi təlimlərin keçirilsi vacibdir

  • Hər bir İLK “Ətraf mühitin idarə olunması” üçün fəaliyyət planının hazırlanması vacibdir.


Mövzu #4. “Dövlət strukturları ilə İLK arasında əlaqələrin qurulması ”
İştirak edən icmalar: Müskürlü, Çərəcə, Məlikkənd ( Göyçay)
Görüş iştirakçıları bu müzakirələrdə digər mövzulara nisbətən daha çox fəal iştirak edirdilər. Seminar iştirakçılarının coxu İLK-ların yerli hökumət organları, xüsusilə də problemləri eyni olan bələdiyyə qurumları, həmçinin ərazi icra nümayəndələri ilə sıx əlaqə saxlamağın və əməkdaşlığın icma layihələrinin uğurlu həyata keçirilməsi dövründə ortaya çıxan problemlərin həllində faydalı omasını vurğuladılar. Digər icma və bələdiyyə üzvləri isə əksər bələdiyyələrin icmaların problemlərinin həllinə köməklik göstərmək istəsələr də maliyyə mənbələrinin olmamasından söhbət açdılar.

Məlikkənd İLK sədri İbrahimov Şakir bildirdi ki, İKQ seminarının təşkilindən bu günə qədər icmasının ƏİN-i çox fəal surətdə bu təşəbbüsə qoşulub. Biz işimizi birgə planlaşdırır və hər kəs öz üzərinə düşən iş haqqında bir-birinə həftədə bir dəfə hesabat veririk-deyə icma lideri vurğuladı. Bildirdi ki, İcma layihəsinin vaxtında və uğurla davam etməsi məhz İLK və ƏİN-yinin birgə işinin nəticəsidir.



Çərəcə kənd Bələdiyyə sədri Nəbiyev Arif Bələdiyyə və İLK arasında olan münasibətlər haqqında məlumat verdi. Arif müəllim bildirdi ki, İLK yeni yaranmış ictimai bir qurum olduğundan onların nə fondu, nə də oturmağa bir otaqları yox idi. Çərəcə kənd bələdiyyəsi İLK –ni otaqla təmin etməklə yanaşı , otağın tərtibatı üçün vəsait ayırdığını bildirdi. “Bələdiyyə və İLK arasında münasibətlər əla səviyyədədir. İLK-nin inkişafı bələdiyyə ilə iş birliyindədir” deyə bələdiyyə sədri sözünü davam etdirdi .

Müzakirələrə qoşulan Müskürlü İLK üzvü Bəyalıyev Qorxmaz gündəlikdə duran məsələnin aktual olduğunu söylədi. Qorxmaz müəllim İLK–nin davamlı olmasında dövlət qurumlarının rolunun əhəmiyyətindən danışdı və bildirdi ki Bələdiyyə və ƏİN-nin dəstəyi İLK –nin davamlı fəaliyyətinə müsbət təsir edə bilməsini bildirdi.



Görüşün II hissəsi isə Səfər zamanı Göyçay rayon Məlikkənd icmasında həyata keçirilmiş “İçməil su təminatı” layihəsinə baxış keçirilmişdir.. Baxış zamanı Məlikkənd icmasının üzvləri öz təcrübələrini Müskurlü və Çərəcə icmalarının görüşdə iştirak edən İLK üzvləri ilə bölüşdülər və verilən suallara əhatəli cavab və öz tövsiyyələrini verdilər. Müskürlü, Çərəcə İLK üzvüləri öz Layihə təkliflərinin hazırlanmasında və həyata keçirilməsində, İcra strukturlarının dəstəyini əldə etmək üçün Məlikkənd icmasının təcrübəsindən bəhrələnəcəklərini bildirdilər
Öyrənilmiş Dərslər:


  • Yerli hökumət və özünüidarə orqanları ilə əməkdaşlıq icma ehtiyaclarının ödənilməsinə yardımçı ola bilər.

  • .İLK- lərin davamlı və uğurlu fəaliyyətinə yerli hökümət və icra strukturları ilə sıx əməkdaşlıq vcib şərtlərindən biridir

  • İcma Layihəsinin vaxtında və uğurla başa çatması üçün dövlət qrumları ilə İLK arasında münasibətin qurulması vacibdir.

  • İcmada yerləşən idarə-müəsisələrlə, təşkilatlarla sıx əməkdaşlıq qurmaq işin keyfiyyətli və vaxtında həyata keçirilməsinə müsbət təsir edə bilər.


Muğan-Salyan Zonası üzrə həyata keçirilmiş görüşlərin xülasəsi
Mövzu #5. Layihələrin icrası zamanı təşkilati işlər, İLK-lərin vəzifə və məsuliyyətləri.
İştirak edən icmalar: İmishli- Telişli, Xəlfəli, Qaradonlu, Sabirabad- Moranlı
Digər görüşlərdə olduğu kimi, bu görəşədə təcrübəli icma nümayəndələri dəvət olunmuşdur. Telişli icması əvvəllər də digər donorlarla (BXK, CHF) bir neçə layihələr icra etdiyindən İLK-in üzvü, eləcə də Kənd bələdiyyəsinin sədri Bakir Salmanov bu mövzuda icmanın qazanılmış təcrübələri haqqında iştirakşılara ətraflı məlumat verərək icma layihəsinin icrası zamanı təşkilati işlərin xüsusi əhəmiyyət daşıdıgını vurğuladı. Bakir müəllim Telişli icmasında AzKİL-lə əməkdaşlıq çərçivəsində də icmanın bu xüsusiyyətini xüsusi qeyd edərək səylərin daha da artırılacağını bildirdi. Sonra isə İmişli rayonu Qaradonlu İLK-in katibi Valeh Həşimov İcmanın səfərbər olunması, təşəbbüskarlıq göstərməsi, təcrübəli, ixtisaslı kadrları İLK-ə cəlb edərək uğurlu layihə icra etmələri barədə ətraflı məlumat verdi. Bundan başqa layihə təklifinin hazırlanması əlavə sənədlərin vaxtında toplanaraq Layihə təklifi ilə birlikdə RƏO-ya təqdim edilməsinin vacibliyi qeyd olundu. Növbəti çıxışda Sabirabad rayonunun Moranlı İLK-in katibi Etibar Novruov ilk növbədə AzKİL-in bu işdə əməyi olan bütün əməkdaşlarına Moranlı icmasınin adından əməkdaşlığa görə minnətdarlıq edərək iştirakçıları salanladı. Moranlı icmasinin ilk dəfə bu kimi təşkilatlanaraq layihə icrasına başlamasına baxmayaraq icmada təşkilati işlərin yüksək səviyyədə aparıldığını və Layihə təklifinin artıq yazılaraq RƏO-ya təqdim edildiyini bildirdi. Çay fasiləsi zamanı gündəlik məsələ və ümumi iştirakçıları maraqlandıran mövzularda müzakirə və söhbətlər davam etdirildi. Fasilədən sonra İimişli rayonu Xəlfəli İLK-in sədri Kamil Qafarov da icmanin işi haqqında məlumat verərək icmada təşkilati məsələlərin normal olduğunu, Layihə təklifinin əlavə olunmuş sənədlərlə birlikdə hazırlanaraq RƏO-ya təqdim edilməsini, İcma Bələdiyyə, ƏİN arasında münasibətlərin bu işdə birlik və yüksək əməkdaşlığın olmasını bildirdi.
Sonra isə İmişli rayonunun Qaradonlu icmasına sahə səfəri təşkil edilərək artıq texniki icrası tamamlanmış “Yolun bərpası”layihəsinə baxış keçirildi. Baxış zamanı layihənin texniki icrası, icma iştiraki, əmək töhfəsinin ödənməsi və Dayanıqlıq Fondunun yaradilaraq idarə edilməsi mövzularında müzakirələr davam etdirildi.
Öyrənilmiş Dərslər:


  • Layihələrin uğurlu icrası üçün layihə təkliflərinin hazırlanmasınıa icmanın mütəxssis potensialını cəlb etmək vacib məsələdir

  • Layihənin uğurlu icrası üçün icma daxili və kənar yerli idarəetmə və icra strukturları ilə sıx əməkdaşlıq etmək səmərəli üsuldur

  • İcma Layihəsinin vaxtında və uğurla başa çatması üçün dövlət qrumları ilə İLK arasında münasibətin qurulması vacibdir.

  • İcma Layihələrinin dayanaqlığı üçün icma fondunun yaradılması və inkişaf etdirilməsi vacib şərtdir.


Mövzu #6. .Layihə təklifinin hazırlanması və icma töhfəsinin təşkili.
İştirak edən icmalar: Çaxırlı, Soltanmuradlı, Məzrəli, Aranlı
İlk olaraq AzKİL-LİQ-in Muğan-Salyan zonası üzrə Köməkçi Heyətinin səfərbərçisi Məmmədağa Rüstəmov iştirakçıları salamlayaraq çağırılmış vaxtda görüşə gəldiklərinə görə öz minnətdarlığını bildirdi. Sonra söz Baş Səfərbərçi Aidə Babayevaya verildi. Aidə xanım görüşün məqsədi və gündəlik məsələ haqqında məlumat verdikdən sonra görüşdə iştirak edən AzKİL-in Muğan-Salyan zonası üzrə Proqram Mütəxəssisi Fəridə Eminovanı təqdim edərək çıxış üçün sözü ona verdi. Fəridə xanım da ilkin olaraq iştirakçıları salamladı daha sonra isə “Zonadaxili çarpaz görüş”-ün icma layihəsinin icrası, eləcə də öyrənilmiş təcrübələrin bölüşdürülməsi üçün mühüm əhəmiyyət daşıdığını vurğuladı.

Daha sonra icma layihəsinin yekun mərhəlsində olan Aranlı İLK-in sədri Nizami Gülmalıyevə söz verildi. Nizami müəllim artıq icrası başa çatmaq üzrə olan ”Yolun bərpası” layihəsinin çox uğurla həyata keçirilməsindən danşdı. Nizami müəllim icmada həyata keçirilmiş layihənin icma sakinlərinin İLK-ə inamının artmasına bu da gələcəkdə icmanın digər layihələrə də cəlb olunmasına şərait yaradığını vurğuladı. Çıxış zamanı layihə təklifinin hazırlanması və icma töhfəsin yığılmasında qazanılmış təcrübə və biliklər iştirakşılarla bölüşdürüldü. Vurğulandı ki, icma töhfəsinin toplanmasında imkanlı və nüfuzlu şəxslərin müstasna rolu danılmazdır.

İcma layihəsinin həyata keçirilməsində hələ yeni olan lakin bu işləri uğurla icra edən İmişli rayonu Məzrəli icması da görüşdə təmsil olunmuşdu. Gənc icma liderlərindən olan Əfqan müəllim öz çıxışında icmanın güclü tərəfi olaraq Bələdiyyə, ƏİN və İLK arsında çox isti münasibətlərin olduğunu və bu münasibətlərin nəticə etibarı ilə icma layihəsinin uğurla həyata keçirilməsinə öz müsbət təsirlərini göstərdiyini bildirdi. Əfqan müəllim digər icmalara da yerli orqanlarla sıx əlaqəyə girərək layihənin uğurlu icrasına nail olmağı arzuladı.

Görüşdə iştirak edən icmalardan biri də öz fəallığı ilə xüsusi seçilən İmişli rayonu Çaxırlı icması idi. İLK-in üzvü, eləcə də kənd bələdiyyəsinin sədri Babək Kazımov icmanın səfərbər olunması, təşəbbüskarlıq göstərməsi, icma layihəsinin həyata keçirilməsində ixtisaslı kadrlardan səmərəli istifadə edilməsindən danışdı. Bundan başqa layihənin vaxtında icra edilməsi üçün əsas faktorlardan olan layihə təklifinin hazırlanması əlavə sənədlərin vaxtında toplanaraq Layihə təklifi ilə birlikdə RƏO-ya təqdim edilməsinin vacibliyi qeyd olundu. Çay fasiləsi zamanı gündəlik məsələ və ümumi iştirakçıları maraqlandıran mövzularda müzakirə və söhbətlər davam etdirildi.

Fasilədən sonra İimişli rayonu Soltanmuradlı İLK-in üzvü Şəmsəli Müəllim icmanin bu vaxta qədər heç bir layihələrdə iştirak etməməsindən təcrübənin az olmasını, lakin AzKİL-lə əməkdaşlığın uğurla davam etdirilərək icmanin inam hissinin daha da artırılmasına nail olunacağını bildirdi. Bu icma da artıq layihə təklifinin hazırlanaraq RƏO-ya təqdim edildiyini bildirdi. Şəmsəli müəllim öz çıxışında töhfənin yığılması məsələsinə də toxunaraq bu işin uğurla icra ediləcəyini bildirdi.

Görüşün II- hissə isə Aranlı icmasına səfərdən ibarət idi. Nahar fasiləsindən sonra əraziyə səfərlə başladı. Səfər zamanı Aranlı icmasında “Yolun bərpası” layihəsinin son tamamlanma işləri ilə tanış olundu. Baxış zamanı Aranlı icmasının üzvləri öz təcrübələrini görüşdə iştirak edən İLK üzvləri ilə bölüşdülər və verilən suallara ətraflı cavab verdilər.


Öyrənilmiş Dərslər:


  • İcma töhvəsinin yığılmasında İLK-sədrinin və üzvlərinin kənddə icmada klifayət qədər nüfuza və hörmətə malik olması icma sakinlərində etibarlılıq hissini formalaşdırır ki, bu da icma töhfəsinin toplanmasına öz müsbət təsirini göstərir.

  • Aidiyyatı orqanları ilə sıx əməkdaşlıq etmək icazə sənədlərinin alınmasında öz müsbət təsirini göstərir.

  • Layihə Təklifinə əlavə edilmiş sənədlərin hazırlanmasında İLK üzvlərindən başqa icmanın digər savadlı mütəxəssislərindən istifadə müvafiq işləri daha səmərəli edir.

  • İcma töhfəsinin yığılması zamanı hesabatlılığa riayət edərək vaxtaşırı yığım haqqında məlumatların şəffaflıq lövhəsində öz əksını tapması vacib şərtlərdən biridir.


Mövzu # 7. “Tender prosesi” və “ İcma Layihə təklifinin hazırlanması və təqdimatı.
İştirak edən icmalar: Şahbuz rayonu Daylaqlı, Babək rayonu Məmmədrza-dizə, Şərur rayonu Aşağı Yaycı icması
Görüş Daylaqlı icmasında təşkil olunmuşdur. Köməkçi Heyətdən Həsənqulu Sadiqov, Naxçıvan RƏO-nin İcma İnkişafı(monitorinq) mütəxəssisi Yəməntac Əmirova; Daylaqlı icmasından İLK-nin üzvlərindən 3 icmadan olmaqla 15 nəfər bu görüşdə iştirak etmişdir.

Bu görüşdə icmalar “Tender prosesi” və “ İcma Layihə təklifinin hazırlanması və təqdimatı mövzularında qarşılıqlı müzakirələr aparılmış və mövzular ətrafında İLK-nin üzvlərindən müxtəlif maraqlı fikirlər, təcrübələr əldə edilmişdir. İştirakçılar icmalarında aparılan layihələrin cari mərhələləri haqqında və qarşılaşdıqları cətinliklər və onun həlli yolları barədə məlumat verdilər.

Sonra mövzular ətrafında müzakirələr başlandı. Hər bir İLK-nin üzvləri öz icmaları haqqında və həyata keçiridikləri icma layihələri haqqında söhbətlərə başladılar:

Məmmədrza-dizə İcma Layihə komitəsinin müavini Mehdiyev Səid bütün iştirakçıları salamladı, Az.KİL layihələrinin icma sakinləri tərəfindən müsbət qarşılandığını bildirdi. Natiq vurğuladı ki, Az.KİL ilə əməkdaşlığımız bizə ümüdlə icma işinə yanaşmağımıza zəmin yaradır. Az.KİL-nin əsas mərhələlərini artıq keçmişik. Kəndimiz səfərbər olundu və bu mərhələdə biz problem olaraq bir neçə məsələni irəli sürdük, onlardan isə ən vacibi isə suvarma suyuna olan ehtiyacımız oldu. Təlimlərdə aldığımız bacarıq və təcrübə əsasında layihə təkilifi hazırladıq, hazırda bu mərhələdəyik. İcma Lideri təcrübəli icma lidrlərindən tenderin aparılma qaydaları və üzləşdikləri çətinliklərdən danışmağı xahiş etdi.

Aşağı Yaycı İLK-nin sədri Məmmədova Yeganə də öz icmaları haqqında məlumat verərək, öz növbəsində tender prosesi ilə bağlı icma qrup üzvlərinin təcrübələrini öyrnmək istərdiyini. A.Yaycı icmasının digər üzvü Mirvari Seyidova da söhbətlərə qoşularaq mübadilə görüşünün onlarda inam yaratdığını bildirdi. Tenderlə bağlı öz təcrübələrindən və tenderin keçirilmə qaydalarını, podratçı təşkilatların seçilməsi üçün əldə olan təcrübələrdən danışdı. Layihə icrasinda təcrübəsi olan İcma lideri Podratçı seçimindən danışaraq bildirdi ki, icma üzvlərinin layihənin keyfiyyətinə və davamlılığına təsir göstərən bu prosesdə yaxından və diqqətli iştirakı vacib şərtlərdən biridir. “Real qiymət, kəmiyyət və keyfiyyəti” özündə əks etdirən müəsisənin seçimində, Podratçı ilə material alınmasında iştirakda öz təcrübəsinə istinad edən lider, bütün bunların nə dərəcədə layihənin keyfiyyətinə, axırıncının isə dolayısı ilə davmlılığa təsirini iştirakçıların diqqətinə çatdırdı.

İştirakçılar tərəfindən bir daha vurğulandı ki, layihənin uğurlu və davamlı olması üçün podratçı təşkilatın seçilməsi vacib şərtlərdən biridir. Tender zamanı movcud olan potensial təşkilatlar haqqında informasiya toplamaq, onların maddi-texniki bazaları və maliyyə vəsaitləri barədə məlumatlı olmaq sonralar işin icrasının ardıcıl, icra planına uyğun vaxtında və keyfiyyətli görülməsinin qarantıdır. Bununla yanaşı layihələrin idarəetmə və istismar planı hazırlanmalı və icma üzvəri ilə müzakirə olunmalıdır. Bütün bunların icma layihələrinin dayanıqlı və səmərəli istifadəsi üçün zəruri olması iştirakçılar tərəfindən vurğulandı.

Daha sonra icma liderləri layihə təklifinin hazırlanmasında icmada olan ixtisaslı mütəxəsisslərdən səmərəli istifadə olunmasının, icazə sənədlərinin alınmasında dövlət qurumları ilə sıx əməkdaşlığın əhəmiyyətində və hər bir İLK üzvünün üzərinə düşən məsuliyyət bölgüsöndşn danışdılar.

Görüş başa çatdıqdan və nahar fasiləsində sonra hər üç icmadan iştirak edən İLK- nin üzvləri icmadakı mövsud su, elektrik problemləri ilə tanış oldular və Daylaqlı icmasında layihə həyata keçiriləcək sahəyə baxdılar, mövcud elektrik sisteminin vəziyyəti ilə tanış oldular. Beləliklə, maraqlı keçən bu mübadilə görüşü hər üç icma qrup üzvləri arasında səmimi münasibətər yaratdı, onların layihəyə maraqlarını və məsuliyyətlərini bir daha artırdı.


Öyrənilmiş dərslər


  • Podratcı təşkilatın düzgün secilməsi işin icrasının ardıcıl, icra planına uyğun vaxtında və keyfiyyətli görülməsinin qarantıdır

  • Layihə Təklifinə əlavə edilmiş sənədlərin hazırlanmasında İLK üzvlərindən başqa icmanın digər savadlı mütəxəssislərindən istifadə müvafiq işləri daha səmərəli edir.



V. Nəticə.
KH-nin əməkdaşları tərəfindən belə nəticəyə gəlinmişdir ki, iştirakçılar öyrənmək üçün bütün imkanlardan istifadə edir, böyük təşəbbüskarlıq gəstərirdilər. Bütün bunlar göstərir ki, təşkil olunmuş seminarlar çox uğurla keçmiş və qoyulmuş məqsədlərə nail olunmuşdu.

Sonda bütün görüşlərdə iştirak edən icmaların üzvləri Köməkçi Heyətin əməkdaşlarına təşəkkür etdilər və bu tip görüşlərin vaxtaşırı keçirilməsinin icma inkişafı prosesində çox əhəmiyyətli rol oynayacağına inandıqlarını bildirdilər. Müəyyən olundu ki, icmaların inkişaf proseslərində uğur əldə etmələri üçün birgə işləməlidirlər.


Bütün görüşlərin nəticələrini təhlil edərkən aşağüdakı nəticəyə gəlmək olar:


  • Bütün tərəfdaşların bir araya gətirilməsi, icma üzvlərinin və digər qurumların biri-digərindən öyrənməsi üçün məqsədəuyğun yanaşmadır




  • İnkişaf işlərinin təbliğinin aparılmasında, icmalarda özünəinam və özünəgüvənc hisslərinin aşılanmasında mübadilə görüşlərinin keçirilməsi əhəmiyyətli rol oynayır.




  • Mübadilə görüşləri gələcək icma şəbəkəsinin əsasını qoyur ki, bu da icmaların biri –birinə inteqrasiyasna zəmin yaradır. Nəticədə, problemləri eyni olan icmalar əməkdaşlıq edərək tək başına həll edə bilməyəcəyi problemi birgə həll edirlər.




  • Əməkdaşlığın hər hansı forması yeni bacarıqların artırılmasına, birgə işləmək vərdişlərinin formalaşmasına kömək edir.


Köməkçi Heyət tərəfindən üç zona üzrə keçirilmiş çarpaz görüşlərdə iştirak edən icmaların və icma üzvlərinin siyahısı




S/S

Rayon

İştrak edən icmalar

İcmaların aid olduğu qrup

İştirakçıların sayı

Müzakirə olunan mövzu

Səfər olunan icma/layihə

Görüşün keçirildiyi tarix




Qadın

Kişi

Cəmi




1

Ağdaş

Qaradağlı

ııı

2

4

18

Layihənin hazırlanmasında

Çayarxı icması

28.01.2008




 

Göyçay

İnçə

ııı

2

4




çətinliklər və həlli yolları. İcra

sahə səfəri

 




 

Yevlax

Kövər

ııı

1

5

 

sturukturlarının dəstəyi

 

 




2

Ağdaş

Pirkəkə

ııı

2

4

20

Səfərbərlikdə sosial

Kükəl icmasına

09.04.2008




 

Ağdaş

Eymur

ııı

1

6




cəlbetmə

sahə səfəri

 




 

Ağdaş

Kükəl

ııı

2

5

 

 

 

 




3

 

 



Ağdaş

Yuxarı Nemətabad

ııı

1

5

21

Fondun idarə edilməsi.Ətraf

Şahsoltanlı

10.04.2008




Ağdaş

Şordəhnə

ııı

2

6




mühitə dəyəcək zərəri mini -

icmasına sahə

 




Göyçay

Şahsoltanlı

ııı

1

6

 

muma endirmək

səfəri

 




4

Göyçay

Müskürlü

ııı

3

4

20

Dövlət strukturları ilə İLK

Məlikkənd

11.04.2008




 

Göyçay

Çərəcə

ııı

1

5




arasında əlaqənin qurulması

icmasına sahə

 







Göyçay

Məlikkəd

ııı

2

5







səfəri







  Muğan-Salyan




5


İmişli

Sabirabad



Telişli

Xəlfəli


Qaradonlu

Moranlı


II

III


III

III


2

0

0



0

3

3

2



6

16

İcma Layihəsinin

icrası zamanı

təşkilati işlər,

İLK-in vəzifə və məsuliyyəti



Qaradonlu

Yoluna cınqılin

döşənməsi.


8.04.2008




6

İmişli

Çaxırlı

Sotanmuradlı

Məzrəli

Aranlı


III

III


III

III


2

0

2



0

3

5

3



3

16

Layihə təklifinin

hazırlanmsı və

icma töhfəsinin

təşkili.


Aranlı.

İçməli su

təminatı


10.04.2008




Naxçıvan




7




Daylaqlı

Aşağı Yayıcı

Məmmədrza-dizə


III

III


III

1

2


4

3

5



15

1.İLT-nin hazırlanması və təqdimatı(Çətinliklər və həll edilmə təcrübələri)

2. Tender prosesi



Daylaqlı

18.03.08




Cəmi







27

99

126










 


Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə