GİRİŞ. KİMYA FƏNNİ. KİMYANIN ƏSAS QANUNLARI
Kimya fənni və onun vəzifələri. Kimya maddələr və onların çevrilmələri
haqqında elmdir. Ölkənin maddi-texniki bazasının qurulmasında kimyanın rolu.
Kimya və ətraf mühitin mühafizəsi. Kimyanın kimyaçı-texnoloqlar üçün
əhəmiyyəti. Materiya və hərəkət. Maddə və sahə materiyanın varlıq forması kimi.
Atom-molekul təlimi. Kimyəvi elementlər və kimyəvi birləşmələrin əsas
sinifləri. Maddələrin nisbi atom və molekul kütlələri. Mol-maddə miqdarıdır.
Ekvivalent. Bəsit və mürəkkəb maddələrin ekvivalent kütləsi.
Stexiometrik qanunlar. Maddə kütləsinin saxlanması qanunu. Tərkibin
sabitliyi qanunu. Sadə nisbətlər və həcmi nisbətlər qanunları. Avaqadro qanunu və
ondan çıxan nəticələr. Ekvivalentlər qanunu. Atom və molekul kütləsinin təyini.
Mendeleyev- Klapeyron tənliyi.
Dostları ilə paylaş: