Cr2O3 + 2KOH → 2KCrO2 + H2O Cr2O3 + K2CO3 → 2KCrO2 + CO2 Xrom 3-oksid suda həll olmadığına görə onun uyğun hidroksidini üçvalentli xrom duzlarına qələvilərlə təsir etməklə əldə edirlər. O, bozumtul-yaşıl rəngli çöküntüdür, amfoter xassəyə malikdir.
Cr2(SO4)3 + 6NaOH → 3Na2SO4 + 2Cr(OH)3 Cr(OH)3 + 3NaOH → Na3Cr(OH)6 (məhlulda)
c. Xrom 6-oksid tünd qırmızı rəngli kristal maddə olub, zəhərlidir. O, qüvvətli oksidləşdiricilər sırasına daxil olub, qızdırıldıqda asanlıqla parçalanır.
4CrO3 2 Cr2O3 + 3O2 Xrom 6-oksidi bixromit və xromatlara qatı H2SO4 turşusu ilə təsir etməklə əldə edirlər.
K2Cr2O7 + H2SO4 = K2SO4 + 2CrO3 + H2O Xrom 6-oksid turşu oksidi olub suda yaxşı həll olaraq aşağıdakı turşularla çevrilir.
CrO3 + H2O → H2CrO4 – xromat turşusu 2CrO3 + H2O → H2Cr2O7 – bixromat turşusu Xromat və bixromat turşuları yalnız məhlulda məlumdur. lakin duzları davamlı birləşmələr olub, xromat və bixromatlar adlanırlar. Mühitin pH-dan asılı olaraq xromatlar və bixromatlar bir-birinə çevrilirlər. Turş mühitdə xromatlar bixromatlara çevrildiyindən məhlulun sarı rəngi narıncı rəngə çevrilir.