2K2CrO4 + 2HCl → K2Cr2O7 + 2KCl + H2O
sarı narıncı
Əsasi mühitdə isə bixromatlar xromatlara çevrildiyindən məhlulun narıncı rəngi sarı rəngə çevrilir.
K2Cr2O7 + 2KOH = 2K2CrO4 + 2H2O
narıncı sarı
Təcrübi hissə
Təcrübə 1. Xrom 3-oksidin alınması
Kristallizatorun içərisinə çini buta qoyub, yarıya qədər ammonium-bixromat duzu doldurun. Duzun içərisinə yanar çöp daxil edin. Parçalanma reaksiyası nəticəsində bozumtul yazıl rəngli xrom 3-oksidi alınır. Reaksiyanın tənliyini yazın.
Təcrübə 2. Xromatın bixromata və əksinə çevrilməsi
a) Sınaq şüşəsinə 2-3 ml kalium-xromat – K2CrO4 məhlulu üzərinə bir qədər durulaşdırılmış sulfat turşusu əlavə etməli və sarı rəngli məhlulun narıncı rəng almasını müşahidə etməli. Reaksiyanın tənliyini yazın.
b) Sınaq şüşəsinə 2-3 ml kalium-bixromat məhlulu töküb, üzərinə bir qədər kalium hidroksid məhlulu tökməli və məhlulun narıncı rənginin sarı rəngə çevrilməsini müşahidə etməli. Reaksiyanın tənliyini yazın.
Təcrübə 3. Bixromatların oksidləşdirici xassəsi
Sınaq şüşəsinə 2-3 ml kalium-bixromat məhlulu töküb, üzərinə turş mühit yaratmaq üçün 2-3 damcı duru sulfat turşusu əlavə edin. Qarışığın üzərinə bir qədər natrium-nitrit məhlulu tökərək, onun narıncı rənginin yaşıl rəngə çevrilməsini müşahidə edin. Reaksiyanın tənliyini yazın.
Mis
Mis nisbətən geniş yayılmış elementdir. Təbiətdə əsasən birləşmələr şəklində olur. Passiv metal olduğu üçün bəzi halda külçə şəklində də ola bilir.
O yer qabığının çəki ilə 4,710-3%-ni təşkil edir. Onun ən geniş yayılmış təbii birləşmələri aşağıdakılardır:
Dostları ilə paylaş: |