Kimya kafedrasi kimya fəNNİNDƏn laboratoriya iŞLƏRİ Bakı 2014 laboratoriya iŞİ №1. Sinkin ekvivalentinin təyini Ekvivalentlər qanunu



Yüklə 331,7 Kb.
səhifə2/21
tarix11.12.2022
ölçüsü331,7 Kb.
#120862
1   2   3   4   5   6   7   8   9   ...   21
Laboratoriya işləri1-5 yeni

b) Əsasların ekvivalentini təyin etmək üçün onların mo­le­kul kütlələrini tərkibində olan hidroksil qrupunun sayına bölmək lazımdır. Məsələn,
q;
q.
c) Turşuların ekvivalentini təyin etmək üçün onların mo­lekul kütləsini turşunun əsaslığına, yəni metalla əvəz oluna bilən hidrogen atomlarının sayına bölmək lazımdır. Məsələn,
q;
q.
ç) Duzların ekvivalentini təyin etmək üçün onların mole­kul kütlələrini, metal atomlarının sayı ilə metalın valentliyi hasilinə bölmək lazımdır. Məsələn,
q;
q;­
q.
Oksidləşmə-reduksiya reaksiyalarında oksidləşdirici və re­duksiyaedicinin ekvivalentini tapmaq üçün onların molyar kütlələrini verilən və ya alınan elektronların sayına bölmək lazımdır. Bu üsulla tapılan ekvivalent (oksidləşmə və ya reduksiya) ekvi­va­lenti adlanır. Məs.,


Təcrübi hissə


Qovub çıxarma üsulu ilə sinkin ekvivalentinin təyini
Bu üsul ilə duru turşulardan hidrogeni çıxara bilən metal­la­rın ekvivalentini təyin etmək olar.
Şəkildə göstərilən cihazı quraşdırın.

Bunun üçün həcmi 200-250 ml olan şüşə kolba götürüb onun ağzını tıxac ilə qapayaraq ştativə bərkidin. Qazaparan şüşə boru­nun ucunu ağzınacan su ilə dolu Vulf şüşəsinin birinci boğazına tıxac vasitəsilə birləşdirək. Vulf şüşəsinin o biri boğazına qazapa­ran bo­ru olan tıxac ilə qapayıb onun ucunu içərisində 50 ml su olan qa­ba salın. Sonra həmin rezin borunu Hofman sıxıcısı ilə sıxıb bağlayın.


Qurğunun hermetikliyini yoxlamaq məqsədilə reaksiya kolbasının tıxacını çıxarın və qaz borusu üzərindəki sıxıcını açaraq kolbanın ağız hissəsindən üfürün. Stəkana su axmağa başladıqda kolbanın ağzını tıxacla bağlayın. Qurğu hermetik olduqda su azca axıb dayanmalıdır.Qurğu havanı buraxırsa, tıxacları və rezin boru birləşmələrini yoxlamaq lazımdır. Qaz aparan boruya taxılmış sıxıcını bağlayaraq stəkandakı suyu tam boşaltmalı.
Cihazı quraşdırdıqdan sonra kimyəvi-texniki tərəzidə 0,2-0,5 q sink çəkib, kolbaya atın və üzərinə 15 ml 1:1 nisbətində duru­laş­dı­rılmış ( 15-20%) HCl əla­və edin. Kolbanın ağzını dərhal tıxacla bağla­ya­raq sıxıcını açın.
Sink ilə xlorid turşusu arasında gedən reaksiya nəticəsində ayrılan hidrogen qazı qazaparan boru ilə ikiboğazlı Vulf şüşəsinə daxil olaraq suyun sıxışdı­rı­la­raq stəkana axmasına səbəb olur. Reaksiya qurtardıqdan sonra, ikiboğazlı şüşədən stəkana axan suyun həcmini təyin edin. Bu həcm reaksiya nəticəsində alınan hidrogenin həmin şəraitdə həcmini göstərir. Otaqda havanın təzyiq və tempera­tu­runu ölçərək, metalın ekvivalentini hesablayın.



Yüklə 331,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin