Kimya kafedrasi kimya fəNNİNDƏn laboratoriya iŞLƏRİ Bakı 2014 laboratoriya iŞİ №1. Sinkin ekvivalentinin təyini Ekvivalentlər qanunu



Yüklə 331,7 Kb.
səhifə6/21
tarix11.12.2022
ölçüsü331,7 Kb.
#120862
1   2   3   4   5   6   7   8   9   ...   21
Laboratoriya işləri1-5 yeni

Təcrübi hissə


Karbon qazının molekul kütləsinin təyini

Həcmi 150-200 ml olan kolbanın ağzını tıxacla bağlayıb tıxacın getdiyi yeri işarə edin, kim­yəvi-texniki tərəzidə çəkin. Sonra onu 3-4 dəqiqə müddə­tin­də Kip aparatında olan karbon qazı ilə doldurun. Kolbanı karbon 4-oksidlə doldurduqdan sonra, tıxacı nişanlanmış səviyyəyə qədər taxın və tərəzidə çəkin. Bu əməliyyatı sabit çəki alınana qədər təkrar edin. Sonra kolbanı nişanlanmış sə­viyyəyə qədər su ilə doldurub, onu ölçülü menzurkaya bo­şalt­maqla suyun həcmini təyin edin. Nəhayət, atmosfer təzyiqi və otaq temperaturunu qeyd edərək, aşağıdakı cədvəl üzrə karbon 4-oksidin molekul kütləsini hesablayın.







Təyin edilməsi tələb olunanlar

Şərti işarələr

Alınan nəticələr

1

Atmosfer təzyiqi

P




2

Otaq temperaturu, 0C

t0




3

Kolbanın hava və tıxacla kütləsi, q

A




4

Kolbanın CO2 və tıxacla kütləsi, q

B




5

Kolbanın həcmi, ml

V




6

Kolbadakı CO2-ının n.ş. həcmi, ml






7

Kolbanın həcmindəki ha­va­nın kütləsi, q

mhava=V00,00129




8

Kolbanın boş kütləsi, q

M = A – mhava




9

Kolbanın həcmindəki hid­ro­genin kütləsi, q

=V00,00009




10

Kolbadakı CO2 kütləsi, q







11

CO2-nin hidrogenə görə sıxlığı







12

CO­2-nin havaya görə sıxlığı







13

CO2-nin molekul kütləsi







14

Təcrübənin xətası









QEYD: 1. 0,0129 q – normal şəraitlə 1 ml havanın kütləsi;
2. 0,00009 q – normal şəraitdə 1 ml hidrogenin kütləsi.

LABORATORİYA İŞİ №2.


Kimyəvi kinetika


Kimyəvi reaksiyaların sürəti və ona təsir edən amillər


Kimyəvi reaksiyaların sürətindən, mexanizmindən və ona təsir edən faktorlar­dan bəhs edən təlimə kimyəvi kinetika deyi­lir.
Ümumi halda, reaksiyaya daxil olan yaxud reaksiya nəticəsində alınan maddə miqdarının vahid zamanda dəyişməsinə reaksiyanın sürəti deyilir.
Kimyəvi reaksiyalar sistemin faza müxtəlifliyinə görə homogen və heterogen sistemlərə ayrılırlar. Homogen reaksiyalar sistemin bütün həcmində, heterogen reaksiyalar isə görünə bilən fazalar sərhəddində gedir. Odur ki, onların sürətinin təyin edilməsi də müxtəlifdir.
Maddələrin qatılığının zamandan asılı olaraq dəyişməsini qrafiki olaraq göstərək.



Homogen reaksiyanın sürəti (υhomog .) vahid zamanda sistemin vahid həcmində reaksiyaya daxil olan, yaxud reaksiya nəticəsində alınan maddənin miqdarı ilə ölçülür və riyazi olaraq belə ifadə edilir.


υhomog. = ∆n / V∙ ∆t ; n / V=C; ∆n / V=∆C


υhomog. = ∆ C / ∆t

Heterogen reaksiyanın sürəti (υheterog.) isə vahid zamanda fazaların təmasda olan səthində reaksiyaya daxil olan, yaxud reaksiya nəticəsində alınan maddə miqdarı ilə ölçülür və belə ifadə edilir.



Yüklə 331,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin