Kimya məktəbdə
KİMYADAN BƏZİ TERMİNLƏRİN TARİXİ HAQQINDA
(III məqalə)
V.M. Abbasov, A.M. Tağıyeva, T.C. Soltanova
Bu məqalədə benzol, brom, viskoz, vitamin, qazoyl, qallium, qamma-qlobulin, helium terminlərinin yaranma tarixi haqqında maraqlı məlumatlar verilir.
Benzol. İndoneziyada stiraks ağacı bitir ki, onun yerli adı benzoin adlanır ki, bu söz ərəb sözü “luban cavi” dən yaranmışdır və “yavan ladanı, balzam” deməkdir. Bu ağacın qabağını çərtməklə qətranlı şirə alırdılar ki, onu da “qum benzoa” (ərəbcə qum-kitrə, qətran, ben-aromat, zoa-şirə). Bu qətranlı şirədən, benzoy qətranından asanlıqla benzoy turşusu alınırdı.
1833-cü ildə alman kimyaçısı E.Miçerlix benzoy turşusundan karbohidrogen aldı (yalnız karbon və hidrgen atomlarından ibarət birləşmə) və onu benzin adlandırdı. Digər alman kimyaçısı Yustus Libix hesab edərək ki, “-in”şəkilçisi yalnız azotlu birləşmələr üçün istifadə edildiyindən təklif etdi ki, bu sözün şəkilçisi “-ol” ilə əvəz olunsun (latın sözü “oleum”-yağ deməkdir). Çünki, maye yağlı idi. Libixin o vaxtın alimləri arasında nüfuzu o qədər böyük idi ki, benzol termini öz yerini möhkəmlətdi. Lakin, Lbixin şəxsiyyətinə böyük hörmət olsa da demək lazımdır ki, bu, yaxşı ad deyildi. “Ol” şəkilçisi benzolun aid olmadığı spirtləri (alkoholları) adlandırmaq üçün istifadə olunub və bu gün də istifadə olunur. Fransada, İngiltərədə, ABŞ-da bu birləşmə benzen kimi tanınır ki, bu ad daha yaxşı addır. Belə ki, “en” şəkilçisi ikiqat rabitəli və ya doymamış karbohidrogenləri ifadə etmək üçün işlədilir. [Həqiqətdə benzol Miçerlixə qədər kəşv olunmuşdur. 1825-ci ildə ingilis alimi Maykl Faradey içərisində işıqlandırıcı qaz olan balonun dibindən yağvari qalıq ayırdı və onu karbürator hidrogeni, hərifi tərcümədə karbohidrogen adlandırdı].
Brom. Az sayda maddələr öz iylərinə görə adlandırılmışlar. Daha çox maddələr onların rənginə görə adlandırılmışlar.
1824-cü ildə gənc fransız kimyaçısı Antuan J.Balar dəniz duzundan alınan kristallik maddə ilə işləyirdi. Məhlula bəzi maddələrin duzlarını əlavə etdikdə əmələ gələn qonur rəng onun diqqətini cəlb etdi. Balar qonur rəngli maddəni tətqiq etməyə başladı və yeni elementi aşkar etdi. Bu element adi şəraitdə maye aqreqat halında olan az sayda elementlərdən biri idi. Element tünd qonur rəngə və xlor və yodun iyinə bənzər kəskin iyə malikdir.
Balar bu elementi murid adlandırmağı təklif etdi (dəniz duzunun və dəniz yosununun (muria) latınca adından), lakin onun təklifi qəbul olunmadı. Yeni element kəskin iyi ilə əlaqədar olaraq brom adlandırıldı (yunan sözü “bromos” “üfunətli” deməkdir).
Viskoz. Süni və sintetik liflər bizə yeni kimi görünür, amma, bu, belə deyil. İlk süni lif hələ 19-cu əsrdə alınmışdı. Təbii lifləri təkrar etməyə çalışan kimyaçılar təbii sellüloza liflərindən başladılar (latınca “sellülola”-hüceyrə deməkdir). Əgər pambıq lifləri nitrat və sulfat turşularının qarışığı (nitrolaşdırıcı qarışıq) ilə işlənərsə, onda qlükoza molekulları qalıqlarına nitroqruplar birləşir və nitrat sellüloza və ya nitrosellüloza alınır (olduqca yanar, partlayış təhlükəli material olub tüstüsüz barıt istehsalında istifadə olunur).
Nitrosellülozada qlükoza qabığına üç nitroqrup düşür. Əgər nitrolaşdırıcı qarışıqda nitrat turşusunun miqdarı azalarsa iki qrup birləşir. Belə nitrosellülozanı piroksilin adlandırdılar [yunan sözü “pir”-alov və “ksil”-ağac].
Sellülozadan fərqli olaraq bəzi mayelərdə həll olur, məsələn, spirt və efir qarışığında. Bu zaman qatı yapışqan məhlul əmələ gəlir ki, onu kollodi adlandırdılar (yunan sözü “kollodes”-yapışqanlı deməkdir).
Əgər kollodi məhlulunu təzyiq altında xırda dəliklərdən buraxsalar sapa bənzər şırnaq əmələ gəlir. Spirt və efirin qarışığı tezliklə buxarlanır və bir andan sonra incə piroksilin sapları alınır. Belə ilk süni lif 1855-ci ildə alınmışdı.
Əgər sellüloza natrium hidroksid ilə, sonra karbon sulfid ilə işləndikdə narıncı çox özüllü maye-viskoz əmələ gəlir. Bu ad latın sözü “viskozus”-özüllü sözündəndir. Əgər viskoz incə yarıqlardan sıxılarsa, onda nazik və şəffaf sellofan alınır. Bu materiala adı onu ixtira edən fransız kimyaçısı Jak E.Brandenberq vermişdir. O, sellofanı ilk dəfə 1908-ci ildə almışdı. O, süllüloza diafan sözünü (şəffaf sellüloza) qısaltmışdı.
Vitamin. XX əsrin əvvəllərində aydın oldu ki, bəzi xəstəliklər qidalanma ilə əlaqədardır. Demək olar ki, bütün əvvəlki əsr (19-cu) sinqa ilə mübarizə aparmaq üçün vasitə axtarışına getdi.
1878-ci ildə yapon hərbi dəniz donanmasında matrosların rasionunda ağ parlaq düyü əvəzinə təmizlənməmiş düyü daxil etdikdə beri-beri xəstəliyi kəskin azalmağa başladı. Rus biokimyaçısı Nikolay İvanoviç Lunin siçovullar üzərində apardığı tərcübələrdə 1881-ci ildə göstərdi ki, əgər heyvanlar təmizlənməmiş karbohidratlarla, piylərlə və zülallarla qidalandırılarsa onda siçovullar ölür, onları yalnız rasiona bir qədər süd əlavə edilməsi xilas edir. Buradan o, belə nəticəyə gəlir ki, süddə həyat üçün vacib olan hansısa maddə var.
1901-ci ildə holland biokimyaçısı Q.Qriyns ehtimal etdi ki, sinqa və beri-beri xəstəliyini hansısa maddələrin çatışmazlığı törədir. Bu maddələr insan və heyvan orqanizmləri üçün olduqca az miqdarda tələb olunur və orqanizmə süd və meyvələr, düyü qabığı və tərəvəzlər vasitəsi ilə daxil olur.
1912-ci ildə polşa biokimyaçısı Kazimej Funk düyü doğrantılarından beri-beri xəstəliyinin qarşısını alan maddəni ayırdı və aydın oldu ki, o, aminlərə aiddir. O, səhv olaraq bütün həyati əhəmiyyətli maddələrin amin qrupuna malik olduğunu hesab edərək bu maddələri ümumi adla vitaminlər adlandırdı. Latınca “vita” həyat deməkdir. Odur ki, vitaminlər hərfi mənada “həyat aminləri” deməkdir. Kifayət qədər tezliklə aydın oldu ki, vitaminlər heç də həmişə amin qrupuna malik olmur, amma, artıq gec idi – termin özünə möhkəm yer tutmuşdu və həyata daxil olmuşdu.
Tezliklə aşkar olundu ki, vitaminlər ən azı ikidir: suda yaxşı həll olan vitaminlər, digərləri isə piylərdə və yağlarda yaxşı həll olanlar.
Amerika biokimyaçısı Elmer Makkolem 1915-ci ildə piydə həll olan vitamini A, suda həll olanı B hərfi ilə işarə etdi. 1920-ci ilə qədər elmi ədəbiyyatda A və B vitaminlərinin adları ümumiliklə qəbul olundu. Və yalnız sonrakı illərdə göstərildi ki, B vitamini tamamilə fərqli birləşmələrin qarışığından ibarətdir və onlar sonralar vitamin B, vitamin B2 və s. adı ilə tanındı (vitamin B12-yə qədər). Digər B qrupu vitaminləri də ayrıldı, amma, bununla da onların hərfi işarələnməsi qurtardı.
1956-cı ildə qərar qəbul olundu ki, vitaminlərin həriflərlə işarəsi ləğv olunsun. Lakin, vitaminlərin həriflərlə adları hələ də geniş istifadə olunur.
Aşağıda bəzi daha geniş yayılmış vitaminlərin adlarının mənşəyi verilir.
Vitamin A. – retinol (latınca “retina”-tor, anatomiyada tor qişa, gözün tor qişası). Retinol tor qişada rodopsin sintezi üçün lazımdır (yunanca “rodon”-qızıl gül və “optos”-görünən). Rodopsin görmə purpuru olub, o əmələ gəlmədikdə “toyuq korluğu” – pis işıqlanma şəraitində görmənin kəskin pisləşməsi baş verə bilir. Qidada bu vitaminin mənbəyi narıncı-sarı piqment karotindir (latınca “karota”-kök) və o, narıncı-sarı rəngli tərəvəzlərdə və meyvələrdə olur, o, xüsusən kökdə çoxdur.
Vitamin B2. – riboflavin: adın əsasında latınca “flavus”-sarı durur, belə ki, o, sarı-narıncı kristallar şəklində alınmışdır.
Vitamin B3. – pantoten turşusu: bir çox bitki və heyvan toxumalarında rast gəlir və bu da onun adını müəyyən etmişdir - yunanca “pantoten”- hər yerdə deməkdir.
Vitamin B9. – fol turşusu: o, yaşıl yarpaqlarda, xüsusən də kahıda olur, buradan da adı yaranmışdır. Latınca “folium” –yarpaq deməkdir.
Vitamin E. – tokoferol: onun olmaması yenidən doğmaya təsir edir, o, məhsuldarlıq vitaminidir ki, bu da adında əks olunur. “Tokos” yunanca nəsil, “fer” – daşımaq, “o” –isə latınca “oleum”dan (yağ) götürülmüşdür. Bu vitamin bir çox bitki yağlarında olur.
Vitamin H. – biotin: öz hərfi adını bütün əvvəlki həriflər tutulmuş olduqdan sonra almışdır. Yunan sözü “bios” –həyat sözündən adını almışdır. Çünki, yumurtanın sarısından ayrılmışdır; bu vitamin çatışmazlığı olduqda qan azlığı baş verir, həmçinin dəri xəstəlikləri yaranır.
Vitamin K. – filloxinon: yunanca “fillon” –yarpaq, “xinon” isə peru sözü olan kina –qabıq deməkdir. Xinon bitkilərin yaşıl hissəsində olduqca çoxdur və buradan da adı yaranmışdır.
Dostları ilə paylaş: |