Kimyadan bəZİ termiNLƏRİn tariXİ haqqinda (III məqalə) V. M. Abbasov, A. M. Tağıyeva, T. C. Soltanova


Benzin ərəb dilindən tərcümədə ətirli, aromatik şirə (benzoa)



Yüklə 105,5 Kb.
səhifə3/5
tarix01.01.2022
ölçüsü105,5 Kb.
#102769
1   2   3   4   5
Benzin ərəb dilindən tərcümədə ətirli, aromatik şirə (benzoa) deməkdir. Kerosin sözü yunan sözü “keros”-dan götürülüb və vosk deməkdir. Neftdən alınan bu maye xüsusi xassəsinə görə “yerin vosku” adlandırıldı.

Qazoyl – neftin kifayət qədər ağır faksiyası dizellər üçün yanacaq və kimya sənayesi üçün xammal kimi istifadə edilir. “Qazoyl” sözü “benzin yağı” kimi tərcümə olunur: “qaz” –benzinin amerikan adı olan qazoylin sözünün qısaldılmış formasıdır.

Böyük britaniyada benzin “petrol” “petroleum” –neft sözünün qısadılmış formasıdır. Belə bir tarixi fakt maraqlıdır. 1945-ci ilin yanvarında Ardenlərdə faşist başkəsənləri Skorsenlər amerika əsgər formasını geyinərək amerika yanacaq doldurma məntəqəsinə yaxınlaşırlar və onların cipini “petrol” ilə doldurmağı təklif edirlər. “Amerikalıların” bu sözü istifadə etmələri əsgərlərdə şübhə oyatdı və atışma başladı. Belə aşkar oldu ki, hitler komandanlığı müttəfiqlərin arxa cəbhəsinə ingiliscə danışan diversantlar göndərib.


Qallium. Yeni elementin kəşvi kəşv edənə imkan verir ki, elementi öz vətəninin şərəfinə adlandıraraq öz vətənpərvərlik hissini ifadə etsin. Belə misallardan biri 95-ci elementdir. Bu element 1944-cü ildə Qlenn Siborqun rəhbərliyi ilə bir qrup amerika alimləri tərəfindən kəşv olunmuş və ameris adlandırılmışdı. Bir qədər əvvəl fransız kimyaçısı Marqaret Peri 87-ci elementi ayırdı. Müharibə dərhal adın möhkəmlənməsinə imkan vermədi. Nəhayət ki, 1946-cı ildə onun doğma vətəninin şərəfinə həmin elementi fransium adlandırdılar.

Daha əvvələr, 1898-ci ildə Per və Mariya Küri uran filizini tədqiq edərkən onda az miqdarda 84-cü elementi aşkar etdilər (həmin ildə onlar radiumu kəşv etdilər). Mariya –Sklodovskaya –Kürinin vətəni Polşa idi və həmin elementi bu ölkənin latınca adı ilə - polonium adlandırdılar. Bir azda əvvəl, 1886-cı ildə alman kimyaçısı Klemens Vinkler 32-ci elementi kəşv etdi və öz ölkəsinin latınca adını istifadə edərək onu germanium adlandırdı.

31-ci elementin adlandırılması ilə maraqlı bir tarixçə var. Kifayət qədər çox vaxt elementlər görkəmli alimin adı ilə adlandırılırdı, amma adətən bu, həmin alimin ölümündən sonra edilirdi. Belə ki, 1952 və 1953-cü illərdə 99-cu və 100-vü elementlər kəşv olundu və Albert Eynşteyn və Enriko Ferminin şərəfinə eynişteynium və fermium adlandırıldı. Bu alimlər öz əməkləri ilə bu şərəfə nail olmuşdular və bu adları verməkdən bir az əvvəl vəfat etmişdilər.

1875-ci ildə fransız kimyaçısı Lekok de Buabodran 31 nömrəli elementi kəşv etdi və onu qallium adlandırdı. Qalliya –Fransanın latınca adıdır. Amma, müasirləri dərhal ona diqqət etdilər ki, Lekok fransızca “xoruz”, latınca xoruz –qallyus adlanır. Belə bir şübhə yarandı ki, Buabodran elementi təkcə öz vətəninin şərəfinə adlandırmayıb.


Qamma–qlobulin. Alimlər tez-tez sturkturca oxşar, amma, hansısa quruluş detalı ilə fərqlənən maddələrə rast gəlirlər. Odur ki, bir çox hallarda rahatlıq üçün belə müxtəlifliyi latın və ya yunan alfavitinin hərifləri ilə adlandırırlar.

Nümunə kimi qanın proteinlərinin (zülallarının) adlarına baxaq.

İlk zülalı qırmızı qan kürələrindən ayırdılar. Latınca “qlobulyus” –kürəcik deməkdir, odur ki, zülalı qlobulin adlandırdılar. Bu zülal yumurta zülalından –albumindən fərqlənir. Albumin öz adını latın sözü “albus” –ağ adını almışdır. Hamıya məlum olan yumurta zülalının bişirmə zamanı ağ rəng alması bütün zülallara ad vermişdir (proteinlər). Proteinlər iki qrupa bölünür: suda həll olan albuminlər (nisbətən böyük olmayan molekul kütləli) və qlobulinlər (ən böyük molekullara malikdirlər) və demək olar ki, suda həll olmurlar. Onu qeyd etmək maraqlıdır ki, qırmızı qan cisimlərindən ayrılmış “qlobulin” bu qrupun xarakterik nümayəndəsi olmadı, odur ki, onu həqiqi qlobulin hesab etməyərək qlobin adlandırdılar.

Qanın maye hissəsi və ya plazma həm qlobulinləri, həm də albuminləri həll olmuş halda saxlayır. Elektrik sahəsinin təsiri ilə plazmanın zülallarını bir neçə qrupa ayırmaq olar. Məsələ ondadır ki, müxtəlif zülalların elektrik sahəsində hərəkət sürətləri müxtəlifdir. Albuminlər digərlərinə nisbətən daha sürətlə hərəkət edirlər və sürətcə onlar fərqlənmirlər. Qlobulinlər isə üç qrup verir ki, onlar da yunan alfavitinin ilk hərifləri ilə adlandırılırlar: ən sürətllilər alfa-qlobulinlər, daha lənglər –beta-qlobulinlər və ən ləng olanlar –qamma-qlobulinlər.

Qamma –qlobulinlər ümumi məşhurluq qazandılar, çünki, onlardan çoxu orqanizmin müxtəlif xəstəliklərə davamlılığını artırırlar.
Helium. 1868-ci ilin avqustun18-i tam günəş tutulması baş verməli idi və onu Hindistanda daha yaxşı izləmək olardı. Günəş atmosferinin tərkibini öyrənmək imkanı yaranmışdı. Məsələ ondadır ki, bundan cəmi9 il əvvəl, 1859-cu ildə alman fiziki Qustav Kirxqof səma cisimlərinin kimyəvi tərkibini spektroskopiya üsulu ilə təyin etmək üçün real imkan olduğunu kəşv etmişdi. Günəşin buraxdığı işıq şüşə prizma ilə müxtəlif rəngli kətlərə ayrıldı və hər bir elementə ona xarakterik olan rəng xətləri uyğun gəlirdi. Bu xətlər şkalada müəyyən olunmuş yerdə yerləşirdilər. Fransa fiziki Per Jansen Hindistana getdi ki, günəş tutulması zamanı bu üsulu tətbiq etsin.

Jansen tam tutulma anında günəş şüalarını spektroskopdan buraxdı və çoxlu tanış xətlər arasında məlum olmayan bir xəttə diqqət etdi. İngilis astranomu Norman Loker bu xəttin vəziyyətini digər məlum elementlərin xətləri ilə müqayisə edərək belə nəticəyə gəlir ki, bu, yeni elementdir və günəş tacında yerləşir, ya Yerdə yoxdur, ya da hələ kəşv olunmayıb. Odur ki, Loker ona “helium” adı verdi: latınca Helium yunan sözü “helios” –günəş sözündəndir.

Demək olar ki, üç on illik ərzində helium helium kuryoz, kataloqlarda rənglənmiş xətt kimi qaldı. Əksər kimyaçılar bunu ciddi qəbul etmirdilər.

1888-ci ildə amerika kimyaçısı Uilyam Xillebrand aşkar etdi ki, urana malik filiz uraninit turşu ilə işləndikdə qaz qabarcıqları ayırır. Alim bu qazı toplayaraq və tədqiq edərək qərara gəlir ki, bu qaz azotdur. Xillebrand kimyəvi analizin nəticələrinə o qədər inanırdı ki, spektrdə tamamilə azotun xəttinə uyğun gəlməyən parlaq xəttə diqqət yetirmədi.

Və yalnız ingilis kimyaçısı Uilyam Ramzay bu təcrübələr haqqında oxuyaraq razı qalmadı. 1895-ci ildə o, Xillebrandın təcrübələrini digər uran mineralı –klevent ilə təkrar etdi və ingilis astranomu C.Loker ilə birlikdə qızdırılmış qazın spektral xətlərini tədqiq etdi. Və Günəşdə kəşvdən 27 il sonra helium Yerdə də aşkar olundu.


Yüklə 105,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin