Çöl şpatları - ən çox yayılmış süxur əmələgətirən minerallardan olub yer qabığının 50%-dən çoxunu təşkil edir. Öz tərkibinə görə o, kalium, natrium və kalsium alümoslikatların qarışığıdır (“Çöl şpatı” adı alman sözü “ şpat”dan və İsveçrənin çöllərində tapıldığı yerdən yaranmışdır). Natrium-kalsium çöl şpatı – plaqiolazlar, kalium-natrium çöl şpatları – ortoklazlar və s. adlandırıldı. Plaqioklazlar öz adını müstəvilər arasındakı iti bucağa görə almışlar. Plaqioklazlar bu bucaq altında sınırlar. Yunanca “plaqios” -əyri və “klazis” –sınma deməkdir. Ortoklaz, müstəviləri arasındakı düz bucağa görə belə adlandırılmışdır. Yunanca “orts” –düz deməkdir.
Kvars silisium dioksiddir və o da ən geniş yayılmış süxur əmələgətirici minerallardan biridir. Mineralın öz adı alman mənşəlidir (Quazz).
Slyudalar süxur əmələgətirici minerallar qrupuna –laylı slikatlara aiddir (latınca “sileks” –çaxmaq daşı adlanır). Slyuda asanlıqla incə şəffaf lövhələrə ayrılır (“Slyuda” sözü qədim slavyan sözü “sluda”dan yaranıb və daş, qranit deməkdir).
Qranit öz mənşəyinə görə dərin maqmatik süxur olub soyuma prosesində hər üç komponent –slyuda, çöl şpatı və kvars kristallar əmələ gətirir. Bu kristallar kifayət qədər iridirlər. Qranit qeyri bircins kütləyə malik olub sanki müxtəlif birləşmələrin qarışmış dənəcikləridir. Buradan da onun adı yaranmışdır: o, “qranum” latın sözündən yaranıb, mənası dənə deməkdir, deməli qranit –“dənəvər daş” deməkdir.
Yer qabığında geniş yayılmış digər süxur bazaltdır və qranitin altında yerləşir və kontinentlərin əsasını və okeanların yatağını əmələ gətirir. Bazalt qranitdən tünd və ağırdır.
Roma naturalisti Böyük Plini hesab edirdi ki, “bazalt” sözü Efiopiyada yaranmışdır. Efiopiyada mərmərin tünd növünü belə adlandırırdılar.
Dostları ilə paylaş: |