91. Hansı maddə bərkliyinə görə almaza yaxınlaşır?
Borazon-bornitrid
92. məlumdur ki, kalium ionları canlı hüceyrənin daxilində, natrium ionları hüceyrələrarası fazada yerləşir. Nə üçün duzlu qida qəbul etdikdən sonra su içmək istəyinin səbəbini izah edin.
Natrium ionları kalium ionlarına nəzərən daha tez hidratlaşır və natrium ionlarını qatılığı artdıqda su hüceyrədən hüceyrələrarası fazaya keçir. Hüceyrə həcmcə kiçilir, reflektor olaraq yanğı hissi yaranır.
93. Naşatır və Naşatır spirti nə ilə fərqlənir?
Naşatır duzdur (Ammonium xlorid). Naşatır spirti qələvidir, ammoniakın suda məhluludur.
94. Hansı maddə yer səthinin 2/3 –ni örtür?
Su.
95. Fotosintez prosesində əmələ gələn və nəfəsalmanı, yanmanı, çürüməni təmin edən qaz hansıdır?
Oksigen.
96. Çay qumunun kimyəvi formulu necədir?
SiO2.
97. Közərmiş dəmir parçasını hərəkət etdirmək üçün elektromaqnitdən istifadə etmək olmaz. Nə üçün?
Cünki 800ºC-əqədər qızdırılmış dəmir tamamilə maqnitlənmir.
98. Atmosferin yuxarı təbəqələrində olan, yer səthinin bəzi səthlərində ozonun az miqdarda olduğu fəza necə adlanır?
Ozon dəliyi.
99. Hansı metal ionu olmadan xlorofill əmələ gələ bilməz?
Maqnezium ionu olmadan.
100. Soyuq suda yanan metal hansıdır?
Kalium.
101. Praktikada tökülmüş civəni məhv etmək üçün hansı qeyri-metal istifadə olunur?
Kükürd.
102. Hansı alim və hansı ildə müəyyən etmişdir ki, atomun nüvəsinin yükü (şərtli vahidlərlə) ədədi qiymətcə elementin D.İ.Mendeleyevin elementlərinin dövri sistemində atom nömrəsinə malikdir?
İngilis fiziki Q.Mozli 1914-cü ildə.
Qeyd edək ki, tərtib olunmuş sualların əksəriyyəti təbiət hadisələri, təbiət, canlı aləm ilə əlaqədar olduğundan şagirdlərin böyük marağına səbəb olur. Digər tərəfdən şagirdlər bilirlər ki, kimyanı dərindən öyrənmək onların xoşbəxt və daha təhlükəsiz, o cümlədən sağlam yaşaması üçün lazım olan ən vacib komponentlərdən biridir.
Müəllim bu sualların bir çoxu ilə əlaqədar təcrübələr qoyaraq cavabları praktiki olaraq əsaslandıra bilər. Bu halda yerli materiallardan istifadə daha cəlbedici və maraqlı olur. Verilən suallara cavabların tapılması şagirdlərin dünya görüşünün genişlənməsinə və zənginləşməsinə səbəb olur.
Dostları ilə paylaş: |