30. Polad yonqarlara malik maddələr qarışığını ayırmağa nədən başlayardınız?
Poladv yonqarları maqnit ilə ayırmaqdan.
32. Dəmir, alüminium və natrium metallarından hansı dəyişgən valentlidir?
Dəmir.
33. Gümüş əşyaların qaralması hansı hadısələrə aiddir?
Kimyəvi hadisələrə.
34. Separatorlarda yağ südün qalan hissəsindən hansı üsul ilə ayrılır?
Sentrifuqa üsulu ilə.
35. Daimi komponentlərindən biri azot olan təbii qarışığı göstərin?
Hava.
36. Havanın tərkibindəki qazlardan hansı birinci kəşv olunub?
Oksigen.
37. Tikinti materialı ola bilən təbii karbonatların adlarını deyin?
Mərmər, əhəng daşı, təbaşir.
38. Təbaşirin, mərmərin, əhəng daşının əsasını hansı maddə təşkil edir?
Kalsium karbonat.
39. Yer qabığında hansı metallar daha geniş yayılmışdır?
Alüminium və dəmir.
40. Tərkibində 2%-dən çox karbon, silisiumun, manqanın, fosforun və kükürdün əlavələri olan dəmir ərintisi neçə adlanır?
Çuqun.
41. Səhər yeməyi yeməyə oturmazdan əvvəl səhər tezdən hansı duzları istifadə edirsiniz?
Diş pastasının tərkibinə daxil olan kalsium karbonat və ya kalsium fosfat, flüoridlər.
42. Hansı turşu bütün canlıların əsası olan elementə malikdir?
Karbonat turşusu.
43. Hansı metal ən yüngül, hansı ən ağırdır?
Ən yüngül metal litium, ən ağır metal osmiumdur.
44. Hansı maddə texnikada kaustik soda adlanır?
Natrium qələvisi- natrium hidroksid.
45. Hansı süd içilmir? Bu maddə hansı sinifə aiddir?
Əhəng südü – kalsium hidroksidin suda suspenziyası belə adlanır. Bu məddə əsaslar sinifinə aiddir.
46. Aşağıdakı qazlardan hansı təbii birləşmə deyil: metan, dəm qazı, karbon qazı?
Dəm qazı.
Dostları ilə paylaş: |