63. Hansı turşunu həkimlər dezinfikasiya üçün, kimyaçılar isə şüşə hazırlamaq üçün istifadə edirlər?
Borat turşusunu.
64. Yay vaxtı südü müəyyən müddətə qıcqırmadan necə qorumaq olar?
İçərisində süd olan qab içərisində su olan ləyənə qoyulur və salfetka ilə elə sürtülür ki, salfetkanın ücları suya toxunsun. Buxarlanma prosesi endatermik prosesidir, olur ki, qabdakı süd soyuyacaqdır.
65. Hansı planet qırmızı planet adlanır və nə üçün?
Mars planeti qırmızı planet adlanır. Çünki onun səthində dəmir oksidlərinə malik hissəciklər var.
66. Nə üçün Ölü dənizdə batmaq olmaz?
Suda çoxlu duzlar həll olmuşdur və odur ki, bu dənizin suyu böyük sıxlığa malikdir. İnsan belə suyun səthində üzana bilir və batmır.
Dostları ilə paylaş: |