67. Nə üçün hidrogen ekoloji təmiz yanacaq adlandırılır?
Onun yanması zamanı yalnız su əmələ gəlir.
68. Kimyəvi yolla mərməri toz halına necə salmaq olar?
Mərmərə xlorid turşusu ilə təsir adilir və alınan qaz (karbon qazı) kalsium hidroksid məhlulundan buraxılır. Alınan çöküntü mərmər ilə eyni tərkibə malikdir.
69. Dəniz suyunun acı olmasının səbəbi nədir?
Dəniz suyunda olan maqnezium duzları ona acılıq verir.
70. Qarşqa çaldıqda onun çaldığı yer ağrıyır, cünki dəriyə güclü qarışqa turşusu düşür. Ağrını kəsmək üçün nə etmək lazımdır?
Qarışqa çaldığı yerə naşatır spirti sürtmək lazımdır. Naşatır spirti qələvidir və turşunu neytralaşdırır.
Dostları ilə paylaş: |