59. Veneranın atmosferinin əsasını hansı qaz təşkil edir və Yerdə meyvə şirəsi almaq üçün istifadə olunur?
Karbon qazı.
60. Fransız aşbaz F.Apper XX əsrin əvvəlində öz peşəkar fəaliyyəti ilə əlaqədar olan hansı kəşvi etmişdir?
O, qida məhsullarının konservləşdirilməsi üsulunu kəşv etmişdir.
61. Qızılın hansı xassəsi Arximedə kömək etdi ki, saray zərgərlərinin tacı düzəldərkən qızılın bir hissəsini gümüş ilə əvəz etmələrinin üstünü açsın?
Qızıl ağır metallardan biri olub, yüksək sıxlıqlı maddədir. O, 19,3 dəfə sudan ağırdır. Arximed tacı çəkmiş, sonra onu suya salaraq sıxışdırılıb çıxarılmış suyun həcmini hesablamışdır. Tacın kütləsini həmin həcmə bölərək sıxlığın 19,3-dən az olan qiymətini almışdır. Bu, o demək idi ki, zərgərlər qırılan bir hissəsini başqa, daha yüngül metal ilə-gümüşlə əvəz etmişlər. Gümüşün sıxlığı sudan 10,5 dəfə çoxdur. Arximed biri qızıldan və biri gümüşdən ibarət olan iki külçə hazırlamışdı. Sıxışdırılıb çıxarılan suların həcminə görə Arximed hesablamışdı ki, zərgərlər nə qədər qızılı gümüş ilə əvəz etmişlər.
62. Hansı elementi həyat və ölüm elementi adlandırmaq olar?
Azot. Onu ona görə həyat elementi adlandırırlar ki, Yer üzündə həyatın daşıyıcısı olan zülalların tərkibinə daxildir. Ona görə azotu ölüm elementi adlandırırlar ki, o əksər partlayıcı maddələrin (ammoniak, trinitrotoluol və s.) tərkibinə daxildir.
Dostları ilə paylaş: |