Cavab: Berklium (Berkli şəhəri).
Hansı element ABŞ-da ştatın şərəfinə adlandırılmışdır?
Cavab: Kalifornium (Kaliforniya ştatı).
Yaxınlığında böyük nadir torpaq metalları, filiz yatağı aşkar olunmuş hansı isveç yaşayış məntəqəsinin adı dörd kimyəvi elementə ad vermişdir?
Cavab: İtterbyu şəhərciyi. İttrium, itterbium, terbium, erbium.
66. Hansı kimyəvi element Almaniyada olan əyalətin şərəfinə adlandırılmışdır?
Cavab: Renium (Reyn əyaləti).
Nə üçün 69-cu element tulium adlandırılmışdır?
Cavab: Tulium öz adını yunan sözü olan “Tuli”dən almışdır. Antik coğrafiyaçılar
Avropanın ən şimal hissəsini belə adlandırırdılar.
Hansı kimyəvi elementlərin adlarında çay adlarını oxumaq olar?
Cavab: Radon – Don, İndium – İnd, Polonium - Po.
Bir elementin adının sonuna iki hərf əlavə etsəniz, Monqolstandan başlanğıcını götürən və Baykal gölünə tökülən çayın adı alınar. Bu element hansıdır?
Cavab: Selen. Çayın adı Selenqadır.
Elementlərdən birinin latınca adının son iki hərfini dəyişdikdə pribaltika ölkələrindən birinin paytaxtının adı yaranır. Bu, hansı elementdir?
Cavab: Tallium. Estoniyanın paytaxtı Tallin şəhəridir.
Hansı elementin adında Türkiyədə yerləşən gölün adı var?
Cavab: Vanadium. Türkiyədə Van gölü var.
Qeyd edək ki, tərtib olunmuş sualların əksəriyyəti təbiət hadisələri, təbiət, canlı aləm ilə əlaqədar olduğundan şagirdlərin böyük marağına səbəb olur. Digər tərəfdən şagirdlər bilirlər ki, kimyanı dərindən öyrənmək onların xoşbəxt və daha təhlükəsiz, o cümlədən sağlam yaşaması üçün lazım olan ən vacib komponentlərdən biridir.
Müəllim bu sualların bir çoxu ilə əlaqədar təcrübələr qoyaraq cavabları praktiki olaraq əsaslandıra bilər. Bu halda yerli materiallardan istifadə daha cəlbedici və maraqlı olur. Verilən suallara cavabların tapılması şagirdlərin dünya görüşünün genişlənməsinə və zənginləşməsinə səbəb olur.
Dostları ilə paylaş: |