|
Praktik tapşırıq 3.5 – Suyun analizi
|
səhifə | 24/45 | tarix | 10.01.2022 | ölçüsü | 2,15 Mb. | | #106671 | növü | Dərs |
| Praktik tapşırıq 3.5 – Suyun analizi
Istifadə edilməli resurslar:
iş paltarı və əlcək
suyu elektroliz etmək üçün hofman cihazı
6-12 voltluq batareya (reostat və düzləndirici olduqda adi elekrik mənbəyindən də istifadə etmək olar)
spirt və ya qaz lampası
quru taxta çöp
2 sınaq şüşəsi
20 ℅-li H2SO4 məhlulu.
Fəaliyyət və tapşırıqlar
|
Təlimat və tövsiyyələr
| |
İs paltarını geyinin
Əmək təhlükəsizliyi qaydalarına əməl edin.
Suyun analizini bu əməliyyata aid olan təlimatda göstərildiyi kimi yerinə yetirməlisiniz.
Çalışmalısınız ki, işləri dəqiq yerinə yetirəsiniz
|
Təlim nəticərəninə nail olmaq üçün tələb olunan praktik tapşırıqlar.
|
Suyun analizinin aparılmasına dair qaydaları şifahi söyləyirsiniz
Hofman cihazının (kranların səviyyəsinə qədər) qıfına tam dolana qədər sulfat turşusu məhlulu tökür və kranları bağlayırsınız
Elektrodları elektrik mənbəyinə birləşdirirsiniz
Suyun parçalanmasından alınan qazlar cihazın sağ və sol borularının yuxarısına qalxacaq və suyu sıxışdırıb qıfın borusuna dolduracaq
Cihazın borusunun birində toplanan qazın həcmi o birindən 2 dəfə artıq olması görünəcəkdir
Buraya H2 qazı yığılır
Həcmi az olan borunun yuxarısında isə O2 qazı toplanacaq
Reaksiyanın tənliyi: elektroliz 2H2O → 2H2 + O2
Təzyiqi artırmaq üçün qıfa bir qədər də H2SO4 məhlulu tökürsünüz
Kiçik sınaq şüşəsinə əvvəlcə H2 qazını (kranı açmaqla) doldurursunuz
Alova tutursunuz və H2 qazının varlığını sübut edirsiniz
Sonra közərmiş çöp hazırlayırsınız və onu cihazın o biri borusundan doldurulmuş sınaq şüşəsinə salırsınız
Çöpün alovlanması O2 qazının varlığını təsdiq edəcəkdir
|
Praktik işə dair fotoillüstrsiya
|
|
Dostları ilə paylaş: |
|
|