Texniki kimyavi tərəzidə 0,01 qr dəqiqliklə, təmiz yuyulub qurudulmuş və sonra közərdilmiş çini qabın qapağı ilə birlikdə çəkisini təyin edirsiniz
Qaba 2 qrama yaxın natrium karbonat töküb, 0,01 qr qəqiqliklə tərəzidə çəkirsiniz (qapağı ilə birlikdə)
Ştativi qab ilə birlikdə sorucu şkafa aparıb, qabı ehtiyatla qızdırırsınız
Bir qədər gözlədikdən sonra metal maşa ilə ilə qabın qapağını qaldırıb kükürdün əriməsini yoxlayırsınız
Kükürd ərimiş olarsa tərəzidə çəkilmiş mis tozunu ehtiyatla kükürdün üzərinə əlavə edirsiniz (kükürd əriməyibsə qapağı yenidən örtüb kükürdün əriməsini gözləyirsinin)
Qabın qapağını örtüb, orada kükürd qalmayana qədər qızdırmağı davam etdirirsiniz
Götürülmüş mis ilə kükürd birləşdikdən sonra qabı eksikatorda soyudub tərəzidə çəkirsiniz
Bundan sonra qabı ağzı qapalı halda yenidən gözərtməli və yenə də eksikatorda soyumasını gözləyib, təkrar tərəzidə çəkirsiniz
Hər iki dəfə tərəzidə çəkərkən alınan nəticələr uyğun gələrsə təcrübəni bitmiş hesab edirsiniz
Əks halda qabın qızdırılmasını, eksikatorda soyudulmasını və çəkilməsini tarazlıq yaranana qədər davam etdirirsiniz