Kimyavi əsaslar Modulun nömrəsi


Təlim nəticələrinin qiymətləndirməsi



Yüklə 2,15 Mb.
səhifə31/45
tarix10.01.2022
ölçüsü2,15 Mb.
#106671
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   45

Təlim nəticələrinin qiymətləndirməsi

Nəzəri biliklərin qiymətləndirilməsi


Qiymətləndirmə üsulu

Suallar

1

2

1. Test sualları

Sual 1: Oksidlərdə oksigenin oksidləşmə dərəcəsi neçə olur?

a) 1 b) 2 c) 3 d) 4



Sual 2: Peroksidlərdə oksigenin oksidləşmə dərəcəsi neçə olur?

a) 1 b) 2 c) 3 d) 4



Sual 3: Tərkibindən asılı olaraq duzlar olurlar?

a) normal duzlar b) turş duzlar

c) kompleks duzlar d) sadalanan hər növdə

Sual 4: Qüvvətliliyinə görə turşular olurlar?

a) qüvvətli turşular

b) orta qüvvətli turşular

c) zəif turşular

d) sadalanan hər növdə olurlar

Sual 5: -OH qrupu neçə valentlidir və yükü neçə olan iondur

a) -OH qrupu bir valentlidir və yükü -1 olan iondur

b) -OH qrupu iki valentlidir və yükü -2 olan iondur

c) -OH qrupu üç valentlidir və yükü -3 olan iondur



2. Düzgün və ya səhv cavabları seçmək

Aşağıdakı cümlələrin əvvəlində göstərilən boşluğa düzgün ( + ) və ya səhv ( - ) olduğunu işarə edin

1 ( ) Birəsaslı turşu ilə birturşulu əsas qarşılıqlı təsirdə olduqda hər zaman normal duz verir

2 ( ) Metal atomlarından və turşu qalıqlarından ibarət olan mürəkkəb maddələrə əsaslar deyilir.

3 ( ) Tərkibinə görə turşular oksigensiz və oksigenli olurlar

4 ( ) Turşular tərkibinə, əsaslığına və qüvvətliliyinə görə təsnif edilir

5 ( ) Əsaslar suda həll olmalarına, turşuluğuna və qüvvətliliyinə görə təsnif edilmirlər

6 ( ) Həm turşu oksidi, həm də əsasi oksid xassələri göstərən oksidlərə amfoter oksidlər deyilir

7 ( ) Bütün üzvi maddələr mürəkkəb maddədirlərdir



3. Boşluqları doldurmaq

Aşağıdakı cümləni oxuyun və boşluqlara uyğun gələn sözləri daxil edin

1. Mürəkkəb maddələr üzvi və qeyri-üzvi ................bölünür

2. Tərkibi bir və ya bir neçə hidroksid qrupu ilə birləşmiş metal atomu və ya müsbət yüklü atomlar qrupundan ibarət olan mürəkkəb maddələrə ............. deyilir

3. Metal atomlarından və turşu qalıqlarından ibarət olan mürəkkəb maddələrə ................ deyilir.

4. Suda yaxşı həll olan əsaslara .................... deyilir

5. Qeyri-üzvi maddələrin bir qismi .............. maddələrdir





Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin