Kimyavi əsaslar Modulun nömrəsi


Təlim nəticəsi 1 – Əsas kimyavi termin və anlayışlar, elementlərin dövrü sistemi



Yüklə 2,15 Mb.
səhifə5/45
tarix10.01.2022
ölçüsü2,15 Mb.
#106671
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   45

Təlim nəticəsi 1 – Əsas kimyavi termin və anlayışlar, elementlərin dövrü sistemi

1. Əsas kimyavi termin və anlayışlar

1.1 Atom və molekullar


Kimya fizika və biologiya elmləri kimi təbiəti öyrənən elmdir. Kimya elminin vəzifələrini aydınlaşdırmaq üçün əvəvlcə “fiziki cisim” və “maddə” anlayışları ilə tanış olaq. Orta məktəbdə təhsil alarkən sizə artıq məlum olub ki, ətrafımızda gördüyümüz müxtəlif əşyalar fiziki cisimlərdir. Bu cisimlər isə maddələrdən təşkil olunmuşdur. Məsələn, toxum – nişasta, zülal və bitki yağlarından təşkil olunmuşdur. Deməli fiziki cisimlər nədən ibarətdirsə, onlar maddə adlanır. Məhz kimyanın əsas predmeti də maddələri öyrənməkdir.

Təbiətdə maddələr çoxdur. Hazırda 10 milyonlarla müxtəlif maddələr mövcuddur. Bu maddələr müxtəlif xassələrlə xarakterizə olunur.

Maddələri bir-birindən fərqləndirən və ya onların arasındakı oxşarlığı müəyyən edən əlamətlərə maddələrin xassələri deyilir. Maddələrin xassələri onların harada tətbiq oluna bilməsini müəyyən edir. Maddələrin iki cür xasələri: fiziki və kimyavi xasələri öyrənilir.

Beləliklə, kimya – maddələr, onların xassələri, çevrilmələri və bu zaman müşayiət olunan hadisələr haqda elmdir.

Maddələrin xassələri ilə yanaşı, onların quruluşu və tərkibini də bilmək lazımdır. Bunun üçün atom, molekul və kimyavi element anlayışları ilə tanış olaq.

“Atom” sözü qədim yunan dilində “bölünməz” deməkdir”.



Atom nüvədən və onun ətrafında hərəkət edən elektronlardan ibarətdir. Atomun nüvəsi öz növbəsində protonlardan neytronlardan ibarətdir. Elektron -1 elektrik yükünə, proton +1 elektrik yükünə malikdir, neytron elektrik yükü daşımır. Bütün elementlərin atomları eyni elektron, eyni proton və eyni neytronlardan yaranmışdır. Lakin elementlər atomlarındakı protonların sayı ilə fərqlənirlər. Nüvədəki protonların sayı elementin atom nömrəsini təşkil edir.




Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin