Kimyavi elementlərin cədvəldə yerləşmə qanunauyğunluları
Dövri cədvəlin əsas üstünlüyü elementin yerləşməsinə görə onun xassələrinin təyin edliməsidir. Qeyd olunmalıdır ki, xassələr dövrlər və qruplar üzrə hərəkət etdikcə dəyişir.
Dövrlər və qruplar
Qrup elementlərin şaquli sütunda yerləşməsidir. Qruplar elementlərin sistemləşdirilməsində çox böyük rol oynayır. Bir çox qruplarda elementlərin oxşar xassələri var. Qruplara qeyri-elmi adlarda verilib; qələvi metallar, qələvi-torpaq metallar, hallogenlər, xalkogenlər, təsirsiz qazlar.
Standart dövri cədvəldə 18 qrup var. Elelementlərin qruplarda yerləşmələrinin müasir izahı onların xarici energetik səviyyələrində eyni sayda atomun olmasıdır. Qrupların rəqəmlənməsində ərəb və Roma rəqəmlərindən istifadə edirlər.
Dövri cədvəlin qrupları aşağıdakılardır:
Qrup 1-Qələvi metallar və ya Litium ailəsi
Qrup 2-Qələvi torpaq metallar və ya Berillium ailəsi
Qrup 3-Skandium ailəsi
Qrup 4-Titan ailəsi
Qrup 5-Vanadium ailəsi
Qrup 6-Xrom ailəsi
Qrup 7-Manqan ailəsi
Qrup 8-Dəmir ailəsi
Qrup 9-Kobalt ailəsi
Qrup 10-Nikel ailəsi
Qrup 11-Mis ailəsi
Qrup 12-Sink ailəsi
Qrup 13-Bor ailəsi
Qrup 14-Karbon ailəsi
Qrup 15-Azot ailəsi
Qrup 16-Xalkogenlər və ya Oksigen ailəsi
Qrup 17-Hallogenlər və ya Flüor ailəsi
Qrup 18-Təsirsiz qazlar və ya Neaon ailəsi
Dostları ilə paylaş: |