Qaz fazasında və məhlullarda homogen reaksiyaların kinetikası
Formal kinetikanın əsas anlayışları : reaksiyanın sürəti, onun molekulyarlığı və tərtibi. Reaksiyanın sürətinin qatılıqdan asılılığı. Sürət sabiti. Dönməyən homogen kimyəvi reaksiyaların kinetik təsnifatı. Birinci, ikinci, üçüncü, kəsr və sıfır tərtibli reaksiyalar. Bu reaksiyaların kintetik tənlikləri ( diferensial və inteqral). Qatılığın reaksiya müddətindən asılılığını ifadə edən tənliklərin çıxarılması və analizi. Yarımçevrilmə müddəti. Reaksiyanın tərtibinin və sürət sabitinin təyin edilməsinin təcrübi üsulları. Mürəkkəb reaksiyalar: iki istiqamətli ( dönər) , paralel, ardıcıl, qoşulmuş. Mürəkkəb reaksiyaların mərhələləri, limitləndirici mərhələ. Müxtəlif tərtibli reaksiyalar üçün reaksiyanın sürətinin , sürət sabitinin, qatılığın reaksiyanın başlanğıcından keçən müxtəlif zamanlar üçün hesablanması. Axında gedən reaksiyaların kinetikası. Kimyəvi reaksiyanın sürətinin və sürət sabitinin temperaturdan asılılığı. Arrenius tənliyi. Təcrübi kinetik dəlillər əsasında aktivləşmə enerjisinin, eksponensial qarşısındakı vuruğun təyini üsulları. Birinci, ikinci və üçüncü tərtib reaksiyaların kinetikasına temperaturun təsirinin xüsusiyyətləri. Kimyəvi reaksiyanın elementar aktının mexanizmi barədə müasir təsəvvürlər. Aktiv toqquşmalar nəzəriyyəsi. Bu nəzəriyyə əsasında aktivləşmə enerjisinin izahı. Sterik faktor. Stasionar hal prinsipi və onun monomolekulyar reaksiyaların mexanizminin izahına tətbiqi.
Keçid hal nəzəriyyəsi. Aktivləşmiş kompleks. Reaksiyanın sürətinin qatılıqdan və temperaturdan asılılığını ifadə edən tənliyin çıxarılışı. Aktivləşmənin entropiyası və onun bimolekulyar və monomolekulyar reaksiyalar üçün sterik faktorla əlaqəsi. Reaksiyanın sürətinin temperaturdan və qatılıqdan asılılığını ifadə edən tənliyin çıxarılışı. Aktiv toqquşmalar nəzəriyyəsinin və keçid hal nəzəriyyəsinin qaz fazada gedən reaksiyaların kinetikası üzrə təcrübi dəlillərlə müqayisəsi. Keçid hal nəzəriyyəsi çərçivəsində və aktiv toqquşmalar metoduna əsasən kimyəvi reaksiyaların sürətinin hesablanması. Bu nəzəriyyələr əsasında kinetik parametrlərin hesablanması.
Məhlulda gedən reaksiyaların kinetik xüsusiyyətləri. İonlar arasında, ionlarla molekullar arasında reaksiyaların xüsusiyyətləri. Həlledicinin rolu. Məhlulda gedən reaksiyaların sürətinə elektrolitlərin təsiri. Reaksiyanın kinetik parametrlərinə solvatlaşmanın təsiri.
Dostları ilə paylaş: |