Heterogen proseslərin kinetikası.
Qazlarda, mayelərdə və bərk cisimlərdə diffuziya. Dönməyən proseslərin termodinamikasına uyğun olaraq diffuziyanın hərəkətverici qüvvəsi. Diffuziya əmsalı və onun temperaturdan asılılığı. Fik qanunu. Prosesin sürətinin diffuziya və kinetik faktorlarının nisbəti. Heterogen proseslərin stasionar halı. Reaksiyaya girən maddələrin reaksiya zonasına diffuziyası ilə müşayiət olunan birinci tərtib heterogen reaksiyaların kinetik tənliyinin çıxarılması, sərhəd hallarda və qarışıq rejimdə prosesin sürəti. Diffuziya mərhələsi olan heterogen prosesin sürətinə temperaturun və qarışdırmanın təsiri. Bərk fazalı sistemlərdə reaksiyanın kinetikasının xüsusiyyətləri. Topokimyəvi reaksiyalar. Heterogen reaksiyaların kinetikasının öyrənilməsinin təcrübi metodları, heterogen reaksiyaların kinetikasının hesablanması.
Adsorbsiya.
Adsorbsiyanın izobarı və izosteri. Fiziki və aktivləşmiş adsorbsiya. Onların kintetik və termodinamiki fərqləri. Ləngmürün monomolekulyar adsorbsiya izoterminin tənliyinin çıxarılışı. İzotermlərin digər növləri. Adsorbsiyanın və adsorbsiya tarazlığı sabitinin təcrübi olaraq təyini üsulları. Adsorbsiya qüvvələrinin təbiəti. Adsorbsiyanın entalpiyası və entropiyası. Bu kəmiyyətlərin təyininin təcrübi üsulları . Səthin dolma dərəcəsinin temperaturdan asılılığı. Adsorbsiyanın praktiki əhəmiyyəti təcrübi dəlillər əsasında adsorbsiyanın və adsorbsiya tarazlığının parametrlərinin hesablanması. Adsorbsiya prosesinin kinetikasının xüsusiyyətləri.
Dostları ilə paylaş: |