BÖYÜK QEYB DÖVRÜNDƏ ŞİƏLİK DİNİ MƏRCƏİYYƏTİ, MƏRCƏİYYƏTİN ƏSASI VƏ İMAMƏT XƏTTİNİN DAVAMI
İslam kamil, ümumbəşəri və əbədi bir dindir. İslam insan vücudunun müxtəlif həyat mərhələlərində bütün yönümlərinə diqqət yetirir. Bu baxışda cəmiyyət də bir fərd, dünya da axirət kimi bir yer tutur. İslam bəşəriyyət üçün ən münasib həyat proqramını bəyan edir.
İslamın ümumbəşəriliyi və əbədiliyi İslam nizamında rəhbərlik məsələsini olduqca əhəmiyyətli edir.
Həzrət Peyğəmbərin İslam cəmiyyətinin gələcəyindən və bəşəriyyətin İslama üz tutacağından xəbər verməsi, özündən sonra insanların diqqətini on iki imama yönəltməsi, on ikinci imamın uzun çəkəcək qeybi haqqında danışması nəzərə alınarsa, İslam dəyərlərini qoruyacaq rəhbərliyin zəruriliyi də qəbul olunar. Əgər bu gün imam qeybdədirsə, demək, onun hər hansı bir nümayəndəsi İslam dinini təhlükələrdən qorumalıdır. Ona görə də on ikinci imamın qeyb dövründə rəhbərlik məsələsi məntiqi, ağılabatan və zəruri bir məsələdir. Belə bir əsasın inkar olunması kamilliyin, şəriətin idarəçilik gücünün inkar olunmasıdır. İmam qeybdə olduğu bir dövrdə zəruri şərtlərə malik fəqihin rəhbərliyi mövcud vəziyyətdən ən gözəl çıxış yoludur. Bu səbəbdən də fəqih hakimliyi haqqında dini mətnlərdə, Qur’an və peyğəmbər sünnəsində mə’lumatlar verilmişdir. Belə bir qurumun tə’sisi İslam cəmiyyətinin qeyb dövründəki bir çox problemlərini aradan qaldırmışdır. Fiqh və fəqihlik sayəsində tarixin ən eniş-yoxuşlu dövrlərində belə şiə düşüncəsi öz təravətini itirməmişdi.
Qur’ni-kərimdə buyurulur: «Din alimləri və fəqihlər isə kitabdan qorunub saxlanılanlarla hökm edərdilər.»8 Həzrət Peyğəmbərdən (s) nəql olunmuş rəvayətlərdə də alimlər peyğəmbərlərin varisləri kimi tanıtdırılır və fəqihlərin peyğəmbər əmanətçisi, xalqa hakim olduğu bildirilir. Mə’sum imamlardan nəql olunmuş rəvayətlərdə fəqihlərə təqlid edilməsi zəruri sayılır. Vəkalət qurumu kiçik qeyb dövründə mə’sumlara bağlı ən fəal qurum olmuşdur. Fəqihlər də mə’sum imamlar tək ictimai həyata qatılaraq, xalqın dini vəzifələrinin tə’yin edilməsində aparıcı rol oynamışlar. Onlar təqiyyə zamanı bir cür, aşkarlıq zamanı isə başqa cür hərəkət etmişlər.
Dinin təbliği, dinlə bağlı şübhələrin aradan qaldırılması fəqihlərin ilkin vəzifələrindən olmuşdur. Onların elm və siyasət səhnəsindəki xidmətlərinə tarix şahiddir.
Dostları ilə paylaş: |