İsti külək əsər gecə və gündüz. Həmin dövrün ədiblərindən biri də Yə’qub ibn Yəzid Təmmar olmuşdur. O, hökumətin mülkü olan bir evdə yaşayır və iki ayda yetmiş dirhəm icarə ödəyərmiş. Kasıblıq səbəbindən bu icarəni ödəyə bilməyən şair belə gileylənir:
Qüssədən, kədərdən ağardı saçım. Şair öz dözülməz yoxsulluğunu yuxarıdakı misralarla təsvir edir. Bir cəmiyyətdə ki, düşüncə sahibləri fəqirlik girdabında çabalayır, həmin cəmiyyətin sadə adamlarının həyatı haqqında danışmağa ehtiyac qalmır. İslam dünyasının sərvətləri saraylarda xanəndələrə, rəqqasələrə xərclənirdi. Abbasilər öz işrət məclislərinə xalqın alın təri ilə rövnəq verirdilər.