Китабда истифадә олунмуш әсас мәнбәләр



Yüklə 1,87 Mb.
səhifə6/204
tarix19.02.2022
ölçüsü1,87 Mb.
#114563
1   2   3   4   5   6   7   8   9   ...   204

TARİX KİTABLARI


Tarix kitabları dedikdə uyğun mövzu haqqında mə’lumat verən ümumi tarixi mənbələr nəzərdə tutulur.

Tarixçi Təbəri kiçik qeyb dövründə yaşamışdır. Onun «Tarixe-Təbəri» adı ilə məşhur olan əsərində on ikinci imamın (ə) vəkillərinin fəaliyyəti haqqında heç bir mə’lumat verilmir. Bu bir daha onu göstərir ki, onların fəaliyyətləri gizli olmuşdur. Amma kitabda ismailiyyə kimi şiə qruplarının mübarizələri haqqında mə’lumat verilir və həzrət Mehdi (ə) haqqında Peyğəmbərdən nəql olunmuş hədislər bu qrupların dilindən çatdırılır.

Tarixçi Məs’udi böyük qeyb dövründə yaşamışdır. O, öz kitablarında Abbasi hakimlərinin imamlar və onların ardıcılları ilə amansız rəftarı haqqında ətraflı mə’lumat vermişdir.

Tarixçi İbn-Əsir (hicri-qəməri 630-cu il) «Əl-amil fit-tarix» kitabında on ikinci imamın (ə) vəkilləri haqqında mə’lumat verir və həmin dövrdə baş vermiş bir sıra ixtilafları işıqlandırır.

Müasir dövrümüzdə, son onilliklərdə də qeyb dövrü ilə bağlı əsərlər yaranmışdır. Bu kitablarda on ikinci imamın (ə) qeyb tarixi, həzrətin siyasi həyatı işıqlandırılmışdır. Həzrətin (ə) siyasi tarixinin açıqlanmasında, onun məxfi vəkillərinin fəaliyyətləri ilə tanışlıqda bu kitabların mühüm rolu var. Bu kitablardan bə’zilərinin adını çəkirik: Ayətullah Safi Gulpayqaninin «Muntəxəbul-əsər fil-imaməs-sani əşr», Seyyid Məhəmməd Sədrin «Tarixul-ğeybətus-suğra», «Tarixul-ğeybətul-kubra». Doktor Casim Hüseynin «On ikinci imamın (ə) qeybinin siyasi tarixi», Baqir Şərif Əl-Qurəşinin «Həyatul-imam Muhəmməd əl-Məhdi (ə)» əsərləri.

Əlinizdəki kitabda başqa tarixi əsərlərdən və hədis kitablarından da istifadə olunmuşdur. Xüsusi ilə də böyük qeyb dövrü və böyük qeyb dövründə müsəlmanların ictimai-siyasi düşüncə vəziyyəti ardıcıl şəkildə araşdırılmışdır.


XÜLASƏ


On ikinci imamın qeyb hadisəsi e’tiqadi və tarixi baxımdan araşdırıla bilər. Bu hadisənin tarixi şəraitinin araşdırılması və qeyb dövründə vəkalət qurumunun rolu ilə tanışlıq üçün ilk öncə müraciət edilmiş mənbələrlə tanış olmaq lazım gəlir. Bu mənbələr üç qismə bölünə bilər:

Qeyb hadisəsi mövzusunda yazılmış kitablar;

Rical kitabları;

Tarixi kitablar.

Müasir dövrdə yazılmış kitablardan doktor Casim Hüseynin və Seyyid Məhəmməd Sədrin kitablarını qeyd etmək olar.


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin