Böyük qeyb dövründə şəraiti nəzərə alaraq dini rəhbərlik üçün mərhələlər müəyyənləşdirilə bilər. Dini hərəkat hədəflərini nəzərə alaraq bu hərəkat üçün üç mərhələ müəyyənləşdirilə bilər:
1.Təqiyyə mərhələsi: Din və siyasət rabitələri sahəsindəki məxfilik böyük qeyb dövründən qabaq başlamışdır. Məntəqədəki siyasi vəziyyətdən asılı olaraq təqiyyə dərəcəsi müəyyənləşdirilmişdir. İnqilabi şiə dövlətləri həmin dövlətdəki imkanlara münasib olaraq zühur üçün şərait hazırlamışlar.
2.Hakimiyyətə çatmaq üçün təlaş mərhələsi: Fəqihlər hakimiyyətə birbaşa nəzarət etmədiklərindən hicri X əsrdən sonranı ikinci mərhələ saya bilərik.
3.Hakimiyyətə çatma mərhələsi:Bu mərhələ hicri XV əsrdən İslam inqilabının qələbəsi ilə başlamışdır. Cameüş-şərait fəqihin rəhbərlik vəzifəsini öz öhdəsinə götürməsi ilə İslam qanunları cəmiyyətə hakim olmuşdur.