mətn (və ya simvol tipli)-adından görünür (Görünən dağa bələdçi nə lazım?!)
məntiqi tipli-yalnız iki qiymət alır: Doğru (True-1), Yalan (False-0)
göstərici tipli-kompyuterdə yaddaş ünvanları ilə işləmək üçün istifadə olunur
Kompyuterdə verilənlər ikilik say sisteminin rəqəmləri ilə təsvir olunur. Verilənlərin bu cür təsviri ikilik kod adlanır. İnformasiyanın ikilik rəqəmlərlə yazılması ikilik kodlaşdırma, ikilik
rəqəmlərinözləriisəbit(ing.binarydigit–ikilikrəqəm)adlanır.Bit–informasiyanınənkiçik ölçü vahididir. Bit çox kiçik vahid olduğundan, kompyuter texnikasında informasiya vahidikimi 8 bitdən ibarət olan baytdan istifadəedilir. İnformasiyanın əsas prosesləri: toplanılması,saxlanılması, emalı və ötürülməsi.
İnformasiyanın toplanması öyrənilən obyektin vəziyyəti haqqında məlumatın alınması məqsədi ilə aparılır. İnformasiyanın toplanması adi halda insan tərəfindən, avtomatlaşdırılmış halda isə texniki vasitələr və sistemlər tərəfindən yerinə yetirilir. ((Məsələn siz hal hazırda informatika fənnindən informasiya toplayırsız.))
İnformasiyanın saxlanması.İnformasiya emaldan əvvəl və sonra informasiya daşıyıcılarında saxlanır. İnformasiya daşıyıcısı kimi kağızdan, perfolentdən, perfokartdan, maqnit lentindən, müasir kompyuterlərdə isə maqnit və lazer disklərindən və Flash kartlardan, yaddaş kartlarından istifadə olunur. ((Siz isə hal hazırda topladığınız informasiyanı çalışın beyninizdə saxlayın. Digər vasitələrin heç birin imtahan zalına buraxmırlar ))
İnformasiyanın və emalıİnformasiyanın emalı qarşıya qoyulan məsələnin həlli deməkdir. Kompyuterdə informasiyanı emal etmək üçün alqoritm və proqramlardan istifadə olunur. Məsələn internetdən bir testlər olan fayl yükləmişik baxırıq ki onun içində bizə lazım olmayan beynimizi qarışdıran testlər var. Faylı açırıq və həmin testləri silirik. Başqa sözlə emal edirik. ((siz də öyrəndiklərinizin bəzilərin yaddaşınızdan silirsiz və ya çatışmayanları ora əlavə edirsiz və imtahana gedəndə ancaq sizə lazım olan informasiyanı özünüzlə aparırsız))